Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Şəhid analarına unudulmadıqlarını xatırladan bir gün və bu günün görünməyən ünvanı…

2025-07-26 17:33:10 329 baxış
Xəbər şəkil

 

Mən Almaz Zeynalova, artıq 30 ildən artıqdır ki, “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri kimi fəaliyyət göstərirəm. Uzun illərdir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, xüsusilə də təhsil sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqı ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq etmişəm. Bu illər ərzində nələr baş verdiyini, hansı yollar keçildiyini bir-bir xatırlatmaq istəmirəm. Sadəcə bir gün baş verənləri bölüşmək istəyirəm  bir gün ki, orada həm insanlıq, həm səssiz xidmət, həm də adı çəkilməyən bir təşəkkür var.

Bu ilin mart ayında 8 Mart Beynəlxalq Qadınlar Gününə az qalmış, eşitdim ki, təhsil sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqında rəhbərlik dəyişib. Adını belə bilmədiyim yeni sədrin qəbuluna yazılmaq üçün AHİK-in inzibati binasına yaxınlaşdım. Məni qarşılayan əməkdaşlara şəhid ailələri ilə bağlı bir layihə üçün rəhbərliklə görüşmək istədiyimi bildirdim. Qəbul günü olmadığını dedilər, lakin qəfil olaraq həmin anda telefonla danışan sədrə məlumat verdilər. Cənab sədr dərhal tapşırdı: “Təcili şəhid ailəsini xidməti otağıma dəvət edin".Lakin əvvəlki illərdə aylarla həmin qurumda rəhbərliyin qəbuluna düşmək üçün növbə gözləmişəm.Dediyim kimi köhnə illərdə baş verənləri detallı açıqlamaq istəmirəm.

Qəbul otağına qalxanda gördüm ki, sədr məni qapının ağzında, ayaq üstə, özü gözləyir. Bu anın təsiri, bu davranışın sadəliyindəki ucalıq sözlə ifadə ediləsi deyildi. Onun adı ilə də elə o zaman tanış oldum Araz Paşayev. Gənc bir kadr, söhbət əsnasında bildirdi ki, əvvəllər Tələbə Kredit Fonduna rəhbərlik edib. Lakin hər kəliməsi ilə söhbətimiz zamanı  sübut edirdi ki, savad, insanlıq, məsuliyyət yaşda deyil, düşüncə və vicdandadır. Hər dediyi cümləni ölçüb-biçib, sakit, təmkinli və dərin bir səmimiyyətlə danışırdı.

Mən ona bildirdim ki, 1990–1993-cü illərdə şəhid olmuş oğulların təhsil işçiləri analarının bir qrupu var. Onların hər biri artıq 70 yaşını keçib. Onlar 8 Mart günü bir stulda, bir fotoda xatırlanmaqdan artıq heç nə gözləmirlər. Sadəcə son illərdə istəkləri “yada salındıqlarını” hiss etməkdir. Cənab sədr tərəddüdsüz və ciddiyətlə tapşırıq verdi: “Tədbir keçirilsin. Hər şey yüksək səviyyədə təşkil olunsun, analar hədiyyələr ilə təltif edilsin. Amma nə mənim, nə qurumun adı çəkilməsin.”

Bəli, layihə baş tutdu. 90-a yaxın şəhid anası martın 8-də paytaxtın nüfuzlu məkanlarından birində həm bayram tədbirində həmdə 11 ayın sultanı olan Ramazan ayına təsadüf etdiyindən iftar süfrəsində bayramı bayrama qatdı.Analara hədiyyələr təqdim olundu, dualar səsləndi, göz yaşları sevincə qarışdı. Lakin mən onun tapşırığına əsasən  o tədbirdə bircə dəfə belə nə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının, nədə Araz Paşayevin adını dilə gətirmədim. Bu, onun istəyi idi. O, bununla bildirdi ki, ona reklam lazım deyil, lazım olan şəhid ailələrinin, o anaların sevinməsidir.Təsəvvür edə bilirsiz mənim yazdıqlarımı...

Lakin bu günlərdə sosial şəbəkələrdə həmkarlar ittifaqı ilə bağlı gördüyüm, oxuduğum bəzi haqsız tənqidlər vicdanımı silkələdi. 11 ay əvvəl rəhbərliyə gəlmiş bir gənc, Araz Paşayev, bu qısa müddətdə illərdir unudulmuş bir təşkilatın yenidən cəmiyyətin etimadını qazanması üçün əzmlə çalışır. Onun fəaliyyəti tək şəkillərdə, tədbirlərdə görünmür, o bu fəaliyyəti təhsil işçilərinin,imkansız ailələrin, şəhid ailələrinin dua etdiyi səssiz məkanlarda yaşayır.Bəlkədə bugün mənim yazımı oxuyacaq və eyni hissi yaşayacaq yüzlərlə ailə var ki, onlarada mənə olunduğu kimi yaxşılıq olunub ancaq ad çəkilməyə icazə verilməyib.

Mən onuda etiraf edirəm  ki,bu tək Araz Paşayevin fəaliyyəti deyil, bütün bunlar, əlbəttə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni rəhbərliyi, uzun illərdən bəri cəmiyyətdə savadı, peşəkarlığı və ədalətli mövqeyi ilə tanınan Sahib Məmmədovun dəstəyi ilə həyata keçirilir. Onlar birlikdə bu təşkilata yeni nəfəs, yeni yanaşma və ən əsası inam gətirirlər.
EY MƏNİM XALQIM...
Həmkarlar ittifaqı təkcə yollayış verən qurum deyil. Onun arxasında insan taleləri, sosial ədalət,kollektiv saziş və əməkdaşlıq dayanır.Yollayışlara gəldikdə isə bu gün minlərlə insan 15% ödənişlə, onlayn müraciətlə sanatoriya və istirahət mərkəzlərinə göndərilirsə, bunun arxasında sistemli yanaşma və şəffaf təşkilatçılıq var. Bir zamanlar yollayışlar hansı şərtlərlə, hansı vasitələrlə, hansı “seçilənlərə” təqdim olunurdu, hər kəsin yadındadır. Bugünkü mənzərə isə çox fərqlidir. Ucqar bir rayonun təhsil işçisi ailəsi indi onlayn müraciətlə 5 ulduzlu istirahət mərkəzində dincəlirsə, bu, dövlətin, təşkilatın və insanlığın birgə qazandığı etimaddır.Nədənsə bu gün cəmiyyətimizdə böyük işlər görməyə çalışan insanlar təşviq olunmaq əvəzinə, ruhdan salınır, nümunə olmaq əvəzinə hədəfə çevrilir sanki yaxşılıq bir az gec gələndə qəzəblə qarşılanır.

Əgər bu il sizə yollayış çatmayıbsa, narahat olmayın gələn il olacaq. Və o vaxta qədər bu sistem daha da təkminləşəcək. Amma xahişim budur  ey mənim mərdi qova-qova namərd edən toplumum, imkan verin, bu gənc kadrlar sizə başa salsınlar ki, uzun illər xəbəriniz olmayan “həmkarlar ittifaqı” anlayışı bu gün artıq öz adını bərpa etməkdədir.

Bu yazını hal-hazırda bir xəstəxanadan yazıram. Mən də illərlə şəhid ailələrinin hüquqları uğrunda mübarizə apardım və sonunda öz səhhətimdən oldum. 

Böyük fikir adamlarından biri deyirdi: “Zaman sonda həqiqətin tərəfini tutur. Amma bəzən bu həqiqəti cəsarətlə müdafiə etmək gərəkir.”

Araz müəllim, bağışlayın məni… Bu sirri pozdum. Verdiyiniz tapşırığı adınızın çəkilməməsini yerinə yetirə bilmədim. Çünki bu vəziyyətdə susmaq vicdansızlıq olardı. Mən bu sözləri yazmaqla bir haqqı ifadə etmiş oldum. Bu, mənim vicdan borcum idi… Mən bu gün sükutu pozdum. Çünki vicdan, səssiz qalanda ölə bilər… Amma biz şəhid ailələri ölümü görüb həyatda qalmışıqsa, demək hələ sözümüz var.

Almaz Zeynalova
Şəhid ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri
Şəhid yoldaşı və ömürlük daşıdığı haqqın səsi





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19