Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Qələbə diplomatiyasının informasiya müstəvisində təsdiqi

2025-07-23 19:27:54 381 baxış
Xəbər şəkil

 

2025-ci ilin iyulunda Azərbaycanın tarixi və strateji şəhəri Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu həm mahiyyəti, həm də formatı baxımından regional media tədbiri olmaqdan çıxaraq qlobal dialoq platformasına çevrildi. Cənab Prezident İlham Əliyevin şəxsən iştirak etdiyi və birbaşa suallara cavab verdiyi Forum, 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun nümayəndəsinin iştirakı ilə dünyanın diqqətini bir daha Qarabağa yönəltdi. 
Bu ilki Forumun əsas mövzusu — “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” — həm müasir dövrün çağırışlarına cavab verir, həm də medianın dəyişən dünya düzənindəki rolunu yenidən düşünməyə çağırırdı. Forumun moderatoru – “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri xanım Ceyn Viterspunun sözləri ilə desək, bu tədbir “fikri formalaşdıran rəhbərləri, media peşəkarlarını və dünyanın müxtəlif yerlərindən gəlmiş insanları dialoq və şəffaflıq prinsipləri əsasında bir araya gətirməyi hədəfləyib.” Əslində bu həm də media diplomatiyası və strateji yumuşaq güc kimi də önəmlidir. Artıq üçüncü ildir ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın yumşaq güc alətlərindən biri kimi, həm informasiya müharibəsində, həm postmünaqişə reallıqlarının tanıdılmasında, həm də media diplomatiyasının inkişafında mühüm rol oynayır. Cənab Prezident İlham Əliyev bu baxımdan haqlı olaraq Forumun artıq “ənənəvi xarakter aldığını” və coğrafi əhatəsinin ildən-ilə genişləndiyini qeyd etdi. Şuşadan Xankəndiyə daşınan media tribunası — özlüyündə Azərbaycanın real sülh gündəliyinin və qələbə diplomatiyasının informasiya müstəvisində təsdiqidir. Forumun Xankəndidə, Zəfər Meydanının yaxınlığında yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi, həm də simvolik xarakter daşıyır. Burada əvvəllər “separatçılığın beyni” hesab edilən binaların yerində indi Vətən Qələbəsini, Azərbaycan dövlətçiliyinin suveren rəmzlərini əks etdirən müasir infrastruktur yüksəlməkdədir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, “burada keçirilən tədbirlər həyatın geri döndüyünü sübut edir və dünya ictimaiyyətinə verilən aydın mesajdır.” Bu Forumu qlobal gündəmin qovşağa kimi və Şuşada siyasi etimad platforması kimi də qiymətləndirmək olar. Forumda təqdim olunan suallar və Prezident İlham Əliyevin verdiyi açıq, birbaşa cavablar göstərdi ki, bu tədbir təkcə media məsələlərinin deyil, həm də qlobal siyasət, enerji təhlükəsizliyi, ekoloji transformasiya, süni intellekt və geosiyasi gərginliklər fonunda kommunikasiya etikasının dərin müzakirə olunduğu meydandır. Söhbət artıq təkcə informasiya vasitələrinin inkişafından getmir. Söhbət qlobal təsir, strateji informasiya axınının tənzimlənməsi, jurnalistikanın obyektivliyi və yeni çağırışlara adaptasiyasından gedir. Və bu funksiyaları yerinə yetirmək üçün Azərbaycan artıq öz modelini – Şuşa modelini təqdim edir.  III Şuşa Qlobal Media Forumu təkcə media sektoruna deyil, eyni zamanda Azərbaycanın böyük strateji vizyonuna dair mühüm mesajların verildiyi bir platformaya çevrildi. Prezident İlham Əliyevin cavablarında COP29-un Bakıda keçirilməsi ilə bağlı fikirlər, Azərbaycanın ekoloji məsuliyyətli dövlət imicini daha da gücləndirdi. Bu Forum, eyni zamanda COP29-un irsi və Azərbaycanın Yaşıl Keçid Siyasətinin informasiya blokuna çevrildi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan artıq dünyada yaşıl enerji ölkəsi kimi tanınır və bu sahədə liderliyə doğru inamla irəliləyir.” Bu, bir tərəfdən ekoloji diplomatiya, digər tərəfdən isə “yaşıl brendin” informativ təsdiqidir. Forumda süni intellektin media sahəsinə təsiri də geniş müzakirə olundu. “Media 5.0” adlandırıla biləcək bu yeni dövrdə jurnalistikanın təbiəti dəyişir — informasiyanın istehsalı, yayımı və qəbul olunması süni intellekt vasitəsilə optimallaşdırılır. Cənab Prezidentin bu mövzuya xüsusi diqqət yetirməsi göstərdi ki, Azərbaycan bu texnoloji transformasiyaya hazırdır və süni intellektin etik istifadəsi ilə bağlı normativ çərçivələr üzərində düşünür. Media artıq yalnız “insan mənbəyi” ilə deyil, həm də “alqoritmik şüur”la fəaliyyət göstərir. Eyni zamanda, Forumda Zəngəzur dəhlizi və geostrateji bağlantılarla bağlı Prezidentin söylədiyi fikirlər də mühüm mesaj idi. “Zəngəzur Dəhlizi reallaşarsa, bu, nəinki Azərbaycan üçün, bütün bölgə üçün ciddi bir bağlantı layihəsinə çevriləcək,” — deyə Prezident bildirib. Bu ifadə, eyni zamanda Forumun geopolitik mesaj daşıdığını, informasiya və kommunikasiya sferasında da inteqrasiya siyasətini təşviq etdiyini göstərir. Rusiya-Azərbaycan münasibətləri ilə bağlı Prezidentin verdiyi cavabların sətiraltı mənası isə aydın şəkildə nümayiş etdirdi ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu davam etdirir. Cənab Prezidentin ritorikasında ani emosiyalardan uzaq, strateji sabitliyə və uzunmüddətli əməkdaşlığa əsaslanan diplomatik üslub ön planda idi. “Biz Rusiya ilə qarşılıqlı hörmət və strateji tərəfdaşlıq çərçivəsində münasibətlərimizi davam etdiririk,” — fikri bu baxımdan həm regional sabitliyin qorunmasına yönəlmiş mesaj, həm də informasiya diplomatiyasının tərkib hissəsi kimi oxunmalıdır. Nəticə etibarilə, III Şuşa Qlobal Media Forumu təkcə medianın gələcəyindən deyil, həm də Azərbaycanın gələcəyindən bəhs edən, strateji mesajlarla zəngin, qlobal informasiya arenasında ölkəmizin intellektual və siyasi çəkisini göstərən bir platforma oldu. COP29-un irsi, rəqəmsallaşma və süni intellekt, geostrateji əlaqələr və kommunikasiya təhlükəsizliyi fonunda bu Forum Azərbaycanın informasiyada suverenlik prinsipini təbliğ edən unikal modelinə çevrildi.

 

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19