Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Müstəqil enerji siyasətinin 20 illik uğur yolu

2025-06-30 17:41:13 193 baxış
Xəbər şəkil

 

Azərbaycanın müasir inkişaf tarixində enerji sektoru həmişə aparıcı sahələrdən biri olmuşdur. Amma bu sahədə əldə olunan uğurlar, sadəcə mövcud resursların istismarı ilə deyil, düzgün siyasi iradə, strateji planlaşdırma və dayanıqlı infrastruktur quruculuğu ilə mümkün olmuşdur. Müstəqilliyin ilk illərində qarşıya çıxan iqtisadi, sosial və texniki çətinliklər enerji sektoruna da təsirsiz ötüşməmişdi. Köhnəlmiş avadanlıqlar, tez-tez baş verən enerji kəsintiləri, daxili tələbatı ödəməkdə çətinliklər və texnoloji gerilik enerji təminatını milli təhlükəsizlik məsələsinə çevirmişdi.
Bu şəraitdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə enerji siyasətində dönüş yarandı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın enerji sektorunun təməli sistemli şəkildə qoyulmağa başlandı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanın zəngin neft-qaz ehtiyatları beynəlxalq bazara çıxarıldı və ölkənin enerji potensialı dünya miqyasında tanındı. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri kimi strateji layihələrin təşəbbüskarı və əsas müəllifi də məhz Heydər Əliyev idi. O, yalnız neft ixracını deyil, enerji sahəsində milli maraqları qoruyacaq hüquqi bazanı, beynəlxalq əməkdaşlıq formatlarını və institusional islahatları da formalaşdırdı.
Ulu Öndərin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi və enerji sahəsində keyfiyyətcə yeni bir mərhələ başlandı. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sektorunda həm daxili, həm də xarici yönümlü mühüm islahatlar həyata keçirildi. Dövlət siyasətində enerji sektorunun inkişafı xüsusi prioritet elan olundu. Qısa müddət ərzində həm paylayıcı, həm də istehsal infrastrukturunda dərin dəyişikliklər baş verdi. Müasir elektrik stansiyalarının tikintisi, köhnə avadanlıqların yenilənməsi və yeni ötürücü xətlərin qurulması sayəsində Azərbaycan enerji baxımından tələbkar bir daxili bazarı sabit şəkildə təmin edən, hətta regional və beynəlxalq enerji ixracatçısına çevrilən bir ölkəyə çevrildi.
Hazırda ölkənin ümumi elektrik istehsalı gücü təqribən 9 000 meqavat səviyyəsindədir. Təkcə son 20 ildə tikilən elektrik stansiyalarının sayı 30-dan çoxdur. Bu obyektlər arasında bir sıra mühüm layihələr var ki, onların hər biri ölkənin enerji xəritəsində dönüş nöqtəsi olub. Bu prosesin davamı kimi, 2025-ci ilin iyun ayında Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası öz miqyası və texniki göstəriciləri ilə xüsusi yer tutur. Prezident İlham Əliyev məhz həmin mərasimdə etdiyi çıxışda belə bir mühüm fikri səsləndirdi: “Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq.” Bu sözlər bir tərəfdən görülən işlərin miqyasını, digər tərəfdən isə həmin işlərin ideya və strateji əsaslarını aydın şəkildə ortaya qoyur.
“8 Noyabr” Elektrik Stansiyası 1 280 meqavat gücə malik olmaqla ölkənin ən iri istilik elektrik stansiyasıdır. Bu obyekt müasir texnologiyalarla təchiz olunub və Avropa standartlarına cavab verən səmərəlilik göstəricilərinə malikdir. Stansiyanın istifadəyə verilməsi nəticəsində ildə təxminən 1,3 milyard kubmetr təbii qaz qənaət olunur. Bu isə həm daxili tələbatın daha optimal şəkildə ödənilməsi, həm də ixrac imkanlarının artması deməkdir. Ən əsası isə, bu stansiya enerji sistemində daha stabil və çevik idarəetmə rejimi yaradaraq, payız-qış mövsümündə yükün artdığı dövrlərdə fasiləsiz enerji təminatını mümkün edir. Bu, ölkənin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malikdir. Digər tərəfdən, belə irimiqyaslı layihələr yerli mühəndis potensialının inkişafı, innovativ yanaşmaların tətbiqi və xarici tərəfdaşlarla yüksək səviyyəli texnoloji əməkdaşlıq baxımından da olduqca dəyərlidir.
Azərbaycanın bu sahədə apardığı siyasət yalnız öz tələbatını ödəməyə deyil, eyni zamanda region ölkələrinə və Avropaya enerji təchizatında etibarlı tərəfdaş kimi çıxış etməyə yönəlib. Məhz bu baxımdan “8 Noyabr” Elektrik Stansiyası təkcə bir texniki obyekt deyil, həm də ölkənin müstəqil enerji strategiyasının simvoludur. Prezident İlham Əliyevin də dediyi kimi, enerji sektoru ölkənin inkişafında təkcə iqtisadi deyil, siyasi və strateji çəkidə də öz sözünü deyən sahədir. Energetikanın inkişafı sosial rifahın, sənayeləşmənin və regional inteqrasiyanın hərəkətverici qüvvəsinə çevrilmişdir. Bu gün Azərbaycan təkcə neft və qaz ehtiyatları ilə deyil, həm də müasir və dayanıqlı enerji sistemi ilə regionun liderlərindən biridir.
Göründüyü kimi, "sıfırdan qurulan enerji sistemi" ifadəsi sadəcə keçmişə istinad deyil, həm də gələcəyə verilən mesajdır – davamlılıq, müasirlik və milli maraqlar naminə düşünülmüş enerji siyasəti. Bu siyasətin təməlini Ümummilli Lider Heydər Əliyev qoymuş, Prezident İlham Əliyev isə onu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək yeni zirvələrə çatdırmışdır.

Ülviyyə Ağalarova, 
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19