Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Strateji tərəfdaşlarla əməkdaşlıq Azərbaycanın enerji potensialını yeni mərhələyə daşıyır

2025-06-30 17:30:46 335 baxış
Xəbər şəkil

 

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlətin prioritet istiqamətlərindən biri müstəqil, balanslaşdırılmış və çoxşaxəli xarici siyasətin qurulması olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da sistemli şəkildə həyata keçirilmiş və nəticədə ölkəmiz qlobal arenada etibarlı və sabit tərəfdaş imici qazanmışdır. Bu uğurlu siyasətin əsas dayaqlarından ikisi İtaliya və Çin ilə qurulmuş dərin strateji əlaqələrdir.
İtaliya, Azərbaycanın Avropada ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, enerji sahəsində də əsas ortaqdır. İki ölkə arasında 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri əməkdaşlığın rəsmi və hüquqi çərçivəsini müəyyən etmişdir. Azərbaycanın neft və qaz ixracının böyük bir hissəsi məhz İtaliya bazarına yönəlir. Bundan əlavə, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan təbii qazı İtaliya üzərindən Avropaya nəql olunur ki, bu da ölkəmizi Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevirir.
Azərbaycan–Çin əlaqələri də son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Çin Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsünə verdiyi dəstəyə görə ölkəmizi Cənubi Qafqazda mühüm tərəfdaş kimi qəbul edir. Azərbaycan isə bu layihənin mühüm tranzit ölkəsidir. Prezident İlham Əliyevin 2024-cü ilin aprel ayında Çinə dövlət səfəri zamanı imzalanmış sənədlər əməkdaşlığın enerji, nəqliyyat və texnologiya sahələrində genişləndirilməsini nəzərdə tutur.
İtaliya və Çinlə olan münasibətlərin strateji dəyəri yalnız diplomatik səviyyədə deyil, həm də praktik əməkdaşlıq layihələrində özünü göstərir. Bu əməkdaşlığın ən mühüm istiqamətlərindən biri enerji sahəsidir. İtaliya şirkətləri, xüsusilə “Ansaldo Energia”, elektrik stansiyalarının layihələndirilməsi və turbin texnologiyalarında Azərbaycanla yaxından işləyir. Çin şirkətləri isə günəş və külək enerjisi sahəsində texnoloji həllər təqdim etməklə, Azərbaycanın yaşıl enerji keçidinə töhfə verirlər. Məhz bu əməkdaşlığın nəticəsidir ki, Azərbaycan son illərdə enerji siyasətində həm daxili ehtiyacların təmininə, həm də ixrac potensialının artırılmasına yönəlmiş ciddi islahatlar həyata keçirir. İtaliya və Çin kimi güclü tərəfdaşların iştirakı ilə bu siyasət daha da dinamik və real nəticələrə yönəlik şəkildə inkişaf etdirilir.
Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycanın enerji strategiyası təkcə neft və qaz ehtiyatlarının istismarı ilə məhdudlaşmır. Əksinə, ölkə bu resurslardan əldə olunan gəlirləri bərpaolunan enerji mənbələrinin inkişafına, enerji səmərəliliyinin artırılmasına və ekoloji davamlılığa yönəldir. Hazırda Azərbaycanın ümumi enerji generasiya gücü təqribən 9 000 meqavat təşkil edir. Dövlət strategiyasında isə 2030-cu ilə qədər bu gücün 6 500 meqavatının bərpaolunan enerji mənbələri hesabına təmin olunması hədəflənib. Bu isə yalnız daxili tələbatı qarşılamır, eyni zamanda ixrac üçün əlavə enerji resursları yaradır. İtaliya və Çin şirkətləri bu prosesdə əsas texnoloji və investisiya tərəfdaşları kimi çıxış edir.
Bu uğurlu enerji siyasətinin təzahürlərindən biri də 2025-ci ilin iyununda istifadəyə verilmiş “8 Noyabr” Elektrik Stansiyasıdır. Mingəçevirdə yerləşən bu stansiya 1 280 MVt gücə malikdir və hazırda ölkənin ən böyük elektrik istehsalı obyektidir. Stansiya Azərbaycanın enerji sistemində yeni keyfiyyət mərhələsinin başlanğıcıdır. Prezident İlham Əliyevin açılış mərasimində etdiyi çıxışda da vurğuladığı kimi, bu layihənin gerçəkləşdirilməsində İtaliya və Çin şirkətləri aparıcı rol oynamışdır. “Ansaldo Energia” tərəfindən təmin olunan turbin texnologiyası və Çin şirkətlərinin verdiyi avadanlıqlar layihənin yüksək keyfiyyətlə və qrafikə uyğun tamamlanmasına zəmin yaratmışdır.
“8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji sektorunda bir sıra mühüm nəticələrə səbəb olmuşdur. Belə ki, stansiyanın fəaliyyəti sayəsində hər il təqribən 1,3 milyard kubmetr təbii qaz qənaət olunur ki, bu da ölkənin əlavə ixrac potensialını artırır. Eyni zamanda, enerji sistemində daha sabit və səmərəli iş rejimi təmin edilir, xüsusilə payız-qış mövsümündə artan tələbatın qarşılanmasına ciddi töhfə verilir. Bununla yanaşı, elektrik enerjisinin istehsal miqyası və keyfiyyəti yüksəlir. Bütün bu amillər Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaratmaqla yanaşı, ölkənin Avropa və Asiya arasında etibarlı enerji körpüsünə çevrilməsi istiqamətində strateji addım kimi qiymətləndirilə bilər.
Bir sözlə, İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşları olmaqla yanaşı, ölkənin enerji sektorunun yenilənməsi və güclənməsi prosesində birbaşa iştirak edən mühüm aktorlardır. “8 Noyabr” Elektrik Stansiyası bu əməkdaşlığın konkret, texniki və strateji uğur nümunəsidir. Prezident İlham Əliyevin mərasimdəki çıxışında dediyi kimi: “Bu layihədə İtaliya və Çin şirkətləri bizim əsas tərəfdaşlarımız idi. Onlarla əməkdaşlıq bu gün də davam edir və gələcəkdə də yeni layihələr üçün əsas olacaq.”
Azərbaycanın dünya enerji xəritəsindəki mövqeyini möhkəmləndirən bu tərəfdaşlıqlar təkcə enerji sahəsində deyil, ümumilikdə ölkənin inkişaf strategiyasının mühüm sütunları kimi qiymətləndirilə bilər.

Əjdər Mikayılov,
Salyan Elektrik Şəbəkəsinin mühəndisi, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19