Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Azərbaycan-Türkiyə Müttəfiqliyi: Şuşa Bəyannaməsinin İqtisadi Gücü

2025-06-15 04:45:32 240 baxış
Xəbər şəkil

 

“İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.” – Prezident İlham Əliyevin bu fikirləri Şuşa Bəyannaməsinin həm mənəvi, həm də strateji dəyərini dolğun ifadə edir.
15 iyun 2021-ci ildə Şuşada imzalanan Azərbaycan-Türkiyə müttəfiqliyinə dair Bəyannamə təkcə hərbi və siyasi münasibətləri deyil, həm də iqtisadi inteqrasiyanı əhatə edən çoxşaxəli bir əməkdaşlıq sənədidir. Bu sənəd, qardaş dövlətlərin yalnız bu günü deyil, gələcəyini də birgə inşa etmək iradəsinin ifadəsidir. Bəyannamə iqtisadi sahədə daha sıx əməkdaşlığın, birgə layihələrin, qarşılıqlı sərmayələrin və texnoloji tərəfdaşlığın möhkəm hüquqi və siyasi bünövrəsini yaradır.
Şuşa Bəyannaməsi iqtisadi sahədə birgə layihələrin təşviqini, ticarət həcminin artırılmasını, sərmayələrin qorunmasını, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, sənaye, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsini nəzərdə tutur. Bu müddəalar özündə iqtisadi gücün milli təhlükəsizliklə birgə inkişafı fəlsəfəsini ehtiva edir.
Hazırda Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Enerji sektorunda həyata keçirilən böyük layihələr – TANAP, STAR Neft Emalı Zavodu, Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi nəhəng infrastruktur təşəbbüsləri iki ölkənin iqtisadi maraqlarını üst-üstə gətirmişdir. Şuşa Bəyannaməsi bu əməkdaşlığı daha da möhkəmləndirərək, yeni sahələrə – yaşıl enerji, rəqəmsal iqtisadiyyat və nəqliyyat logistikasına keçidi dəstəkləyir.
Bəyannamənin strateji iqtisadi nəticələrindən biri də Zəngəzur dəhlizinə göstərilən dəstəkdir. Bu dəhliz təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirmək deyil, həm də Türkiyəni birbaşa Türk dünyasına bağlayan iqtisadi arteriya olacaq. Beləliklə, Azərbaycan üzərindən Asiya və Avropa arasında yeni nəqliyyat və ticarət imkanları yaranacaq. Bu, regionda tranzit və logistika imkanlarının inkişafını sürətləndirəcək, Azərbaycanın iqtisadi gəlirlərini artıracaq, Türkiyənin də Orta Dəhliz strategiyasına real dəstək verəcəkdir.
Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlıqda hüquqi sabitliyi və investisiya mühitinin qorunmasını da əsas götürür. Tərəflər sərmayələrin təşviqi və qorunması, biznes mühitinin yaxşılaşdırılması, gömrük və vergi sahələrində qarşılıqlı əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində öhdəliklər götürüblər. Bu, xüsusilə regionlarda – o cümlədən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq layihələrinin sürətləndirilməsinə böyük töhfə verir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd”, “yaşıl enerji zonası”, “sıfır tullantı” kimi konsepsiyalar üzərində işləyərkən Türkiyə şirkətləri artıq bu proseslərdə fəal iştirak etməyə başlamışdır. Bu isə əməkdaşlığın təkcə dövlətlərarası deyil, bizneslərarası səviyyədə də genişlənməsinin göstəricisidir.
Şuşa Bəyannaməsi eyni zamanda Azərbaycan və Türkiyə üçün yeni iqtisadi hədəflərə yol açır. Əməkdaşlığın gələcək mərhələsində birgə sənaye parklarının yaradılması, turizm marşrutlarının inteqrasiyası, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində ortaq təşəbbüslərin həyata keçirilməsi, eləcə də rəqəmsal texnologiyalar və süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsi kimi istiqamətlər üzrə böyük perspektivlər formalaşır. Xüsusilə turizm sahəsində Şuşa və digər işğaldan azad edilmiş ərazilərin Türk dünyası üçün yeni cazibə mərkəzinə çevrilməsi qarşıya qoyulan əsas strateji hədəflərdən biridir. 
Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin milli iradəsini, ortaq gələcək vizyonunu və qarşılıqlı inamını əks etdirən sənəddir. Bu sənədin iqtisadi müddəaları bir daha sübut edir ki, həqiqi müttəfiqlik yalnız hərbi və siyasi deyil, iqtisadi əsaslar üzərində qurulduqda dayanıqlı olur. Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətinin artırılması, birgə inkişaf modeli qurulması və Türk dünyasının iqtisadi inteqrasiyasına xidmət edən tarixi addımdır. Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.”

Günel Zeynalova,
Salyan rayonu Kürqaraqaşlı kənd tam orta məktəbin direktoru,  YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19