Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Laçın Beynəlxalq Hava Limanının açılışı geostrateji mesaj daşıyan hadisədir - ŞƏRH

2025-06-01 03:52:38 566 baxış
Xəbər şəkil

 

Laçın Beynəlxalq Hava Limanının rəsmi açılışı, Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sistemli və məqsədyönlü bərpa-quruculuq strategiyasının növbəti əlamətdar mərhələsidir. Bu mühüm infrastruktur layihəsi, həm logistik imkanların genişləndirilməsi, regional və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır, həm də Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq aləmdə açıq və qətiyyətli şəkildə təsdiqi kimi çıxış edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, Laçın Hava Limanının açılışı təkcə texniki və iqtisadi layihə deyil, həm də siyasi və geostrateji mesaj daşıyan hadisədir. Bu hava limanı Qarabağın, Zəngəzurun və bütövlükdə Azərbaycanın inteqrasiyasını təmin edən, yeni reallıqlara əsaslanan regionun inkişaf vizyonunun konkret təzahürüdür.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Laçında baş tutan üçtərəfli Zirvə görüşü, qardaş ölkələr arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində yüksəksəviyyəli strateji tərəfdaşlığın göstəricisidir. Bu görüş, eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün regional sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa verdiyi töhfənin bariz nümunəsidir.

“Bu üçtərəfli əməkdaşlıq formatı yalnız regional çərçivə ilə məhdudlaşmır, eyni zamanda, beynəlxalq miqyasda milli maraqların müdafiəsi, beynəlxalq hüququn qorunması və müstəqil dövlətlərin suveren iradəsinin təmin olunması baxımından da nüfuzlu platformaya çevrilir. Məhz bu birlik, yeni dünya düzənində Türk-İslam həmrəyliyinin və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq modelinin möhkəmlənməsində aparıcı rol oynayır", - deyə Günay Ağamalı vurğulayıb.

Deputat əlavə edib ki, qardaş Türkiyə və Pakistanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər nəticəsində istehsal olunan müasir, yüksək texnologiyalı hərbi məhsulların Azərbaycan Silahlı Qüvvələrinin inventarına daxil edilməsi isə bu üçtərəfli əməkdaşlığın hərbi-strateji ölçüsünün də gücləndiyini təsdiqləyir. Bu, təkcə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsinə deyil, eyni zamanda, regionda balanslaşdırılmış və dayanıqlı təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edir.

“Laçında istifadəyə verilən bu müasir hava limanı həm də Türk-İslam dünyasının mənəvi birliyinin, strateji həmrəyliyinin və ortaq gələcəyinin simvoluna çevrilib. Bu layihə ölkəmizin inkişaf və güc siması, dost və qardaş ölkələrin birgə iradəsinin və ortaq dəyərlərə söykənən əməkdaşlığının parlaq göstəricisidir.

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmiz təkcə regionda deyil, həm də daha geniş beynəlxalq müstəvidə siyasi nüfuz sahibi, əməkdaşlığa açıq və öz iradəsi ilə proseslərə yön verən aparıcı dövlətə çevrilib. Laçında gerçəkləşən bu Zirvə görüşü və strateji layihələr, məhz bu uzaqgörən və milli maraqlara əsaslanan dövlət siyasətinin bəhrəsidir”, - deyə Günay Ağamalı bildirib.





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19