"İnsanlara nur bəxş edərək dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş oftalmoloq alim Zərifə xanım Əliyeva Azərbaycan tarixinin görkəmli simalarından biridir". Bu sözləri Milli Məclisin deputatı, “Ana Vətən” Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib.
O xatırladıb ki, Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28 də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxı kəndində anadan olub:
"1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olan Zərifə xanım qısa müddət ərzində yüksək nəticələr göstərmiş və institutu əla qiymətlərlə bitirib. Oftalmologiya sahəsində ixtisaslaşan Zərifə xanım uzun illər bu sahədə çalışmış və bir çox elmi tədqiqatlara imza atıb. Onun əsas elmi tədqiqatları göz xəstəliklərinin diaqnostikası, müalicəsi və onların qarşısının alınması ilə bağlı olub. Böyük alimin faliyyəti dövründə Azərbaycanda geniş yayılmış traxoma göz xəstəliyinə qarşı mübarizəsi təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb edib".
Millət vəkili qeyd edib ki, uğurlu tədqiqatları ilə seçilən Zərifə xanım respublikanın şəhər və rayonlarını bir-bir gəzərək göz xəstəliklərinin yaranma səbəblərini araşdırıb və xəstəlik ocaqlarında kompleks müalicə və profilaktika tədbirləri həyata keçirib:
"Traxomanın sosial xəstəlik kimi ləğv olunması da məhz onun adı ilə bağlıdır. Zərifə xanım peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyasını yaratmaqla dünyada bir ilkə imza atıb. Tibb elminin inkişafına həsr olunmuş elmi məqalələr "Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” bu gün də milyonlarla tibb işçisinin köməyinə çatır. Böyük şəxsiyyət Zərifə xanım Əliyevanın işinə məsuliyyəti və sevgisi, insanlara səmimi münasibəti və məhəbbəti hər kəsin qəlbində taxt qurub. Zaman keçsə, illər ötsə də, böyük alimin ideyaları, tibb elminə bəxş etdiyi töhfələr daim yaşayacaq və milyonlara insanın ümid yeri olacaq".
Günay Ağamalı vurğulayıb ki, Zərifə xanım Əliyeva təkcə elmi uğurları ilə deyil, həm də nəcib insani keyfiyyətləri, vətəninə və xalqına sonsuz sevgisi ilə yaddaşlara həkk olunub:
"O, nur saçan baxışlarıyla yalnız xəstələrin gözlərini deyil, qəlblərini də şəfa ilə doldurub. Bugünkü və gələcək nəsillər onun parlaq irsindən ilham alacaq, tibb elminin inkişafı naminə onun yolunu davam etdirəcəkdir. Zərifə xanımın işıqlı adı Azərbaycan səhiyyə tarixində əbədiyaşar bir simvol olaraq yaşayacaqdır".
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...