"Azərbaycan xalqının əsrlərlə formalaşan dövlətçilik tarixi, milli adət-ənənələri, zəngin elmi və mədəni irsi bu gün ölkəmizin gücünün və kimliyinin təməl sütunlarını təşkil edir. Bu dəyərlərin qorunması və dünyaya tanıdılması istiqamətində görülən işlər məhz böyük uzaqgörənliklə aparılan siyasətin nəticəsidir.
Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə və müstəqillik illərində Azərbaycanın milli mənəvi dəyərlərinin qorunması və beynəlxalq aləmdə tanıdılması sahəsində müstəsna xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə milli ideologiyamızın əsası qoyulmuş, Azərbaycançılıq fəlsəfəsi formalaşmış və milli-mədəni irsimiz strateji xətt kimi dövlət siyasətinə çevrilmişdir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycan elminin inkişafı, gənc nəslin milli ruhda yetişməsi və tariximizin obyektiv şəkildə təqdim olunması istiqamətində həyata keçirilən dövlət proqramları ölkəmizin gələcəyinə yönəlmiş strateji addımlardır:
"Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan mədəniyyətinin, elminin və milli dəyərlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl və sistemli addımlar atır. Ölkəmizin qədim dövlətçilik ənənələri, zəngin mədəni irsi, milli adət-ənənələri beynəlxalq tədbirlərdə, zirvə görüşlərində, sərgilərdə və multikultural layihələrdə qürurla təqdim olunur.
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən beynəlxalq forumlar, mədəniyyət festivalları, Şuşa şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi Azərbaycanın mədəniyyət diplomatiyasının uğurlu nümunələrindəndir.
Dövlətçilik tariximizin, milli dəyərlərimizin və zəngin elmi-mədəni irsimizin təbliği həm vətəndaş məsuliyyətidir, həm də dövlətimizin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu sahədə hər bir azərbaycanlının üzərinə xüsusi missiya düşür".
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...