image image

"Rəsmi Bakı üçün türk dünyası ilə strateji tərəfdaşlıq çox önəmlidir" - Günay Ağamalı

image

 

 

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Şimali Kipr məsələsinə toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynayıb.

"Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı", - deyə Prezident qeyd edib.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Redaktor.az-a açıqlamasında bildirdi ki, bu münasibət eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial və cəsarətli mövqe tutduğunu göstərir.

"Cənab Prezident İlham Əliyevin Şimali Kipr Türk Respublikasının (ŞKTR) Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alması ilə bağlı açıqlamaları Azərbaycanın türk dünyası ilə əməkdaşlığı gücləndirmək istiqamətində atdığı addımlardandır. Azərbaycanın bu məsələdə fəallığı, türk dövlətləri arasında həmrəyliyi və siyasi birlik ruhunu gücləndirmək baxımından önəmlidir".

Deputat qeyd etdi ki, ŞKTR-nin bayrağının Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısında dalğalanması isə həm rəmzi, həm də siyasi baxımından əhəmiyyətli addımdır.

"Bu, həm də Azərbaycanın öz tarixi torpağı olan Qarabağda türk dünyasının birliyini nümayişi deməkdir. Şimali Kipr hələ də bir çox ölkələr tərəfindən tanınmır. Lakin, Azərbaycanın bu məsələdə prinsipial mövqeyi onu göstərir ki, rəsmi Bakı üçün milli maraqlar və türk dünyası ilə strateji tərəfdaşlıq çox önəmlidir", - deyə G.Ağamalı bildirdi.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...