image image

Əhliman Əmiraslanov: "Antalya Diplomatiya Forumu Türk Dünyası və dünyamız üçün çox önəmli platformadır"

image

 


Milli Məclisin Azərbaycan-Türkiyə Dostluq qrupunun rəhbəri, Qərbi Azərbaycan Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Qlobal idarəçilikdə parlament diplomatiyası” mövzusunda paneldə çıxış edərək bildirib ki, Ermənistanın öz ərazisindən 300 min olmaqla ümumilikdə bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub.
 
Azərbaycan türkləri öz dədə baba yurdlarından didərgin salınıb, xalqımızın maddi-mənəvi irsinə, qədim tarixi abidələr məhv edilib. Bu vandalizmin artıq bəşəri problem olduğunu bildirən deputat Əhliman Əmiraslanov Azərbaycan prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycanlıların hüquqlarını müdafiə edən Qərbi Azərbaycan İcmasının yaranmasına, təşkilatın geniş fəaliyyət göstərməsinə böyük dəstək verdiyini bildirərək, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına şərait yaradılmasının beynəlxalq insan hüquqlarının bir tələbi olmaqla bərabər, bölgədə dayanıqlı inkişaf və sülhə xidmət edən mühüm amal olduğunu vurğuladı.
 
Deputat beynəlxalq ictimaiyyəti, diplomatları, parlamentariləri bu məsələyə dəstək verməyə çağırıb. Parlamentin Azərbaycan-Türkiyə Dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov həmçinin TÜRKPA-nın beynəlxalq parlament diplomatiyasında rolunun güclənməsinin labüdlüyündən danışaraq bildirib ki, TÜRKPA müxtəlif istiqamətlər üzrə uğurlu layihələr həyata keçirir və bunun parlament diplomatiyasında böyük əhəmiyyəti olur. Eyni zamanda Özbəkistan və Türkmənistan dövlətlərinin də TÜRKPA da taç hüquqlu üzv kimi təmsil olunmağının tezləşməsi bu uğurları daha da genişləndirər. Şimali Kipr Türk Cumhuriyyəti ilə Azərbaycan Parlamenti arasında dostluq qruplarının yaradəldığını bildirən deputat tezliklə Şimali Kipr Türk Cumhuriyyətinin TÜRKPA da tam hüquqlu üzv kimi təmsil olunacağını arzuladı.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...