YAP Salyan rayon təşkilatının ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının Salyan bələdiyyəsi ərazi partiya təşkilatında növbəti tədbir keçirilib. Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan bələdiyyəsinin sədri Telman Ağabəyov, rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak edib. Tədbir zamanı ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan bəhs edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da inamlı qələbələrə imza atacaq. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir. Təşkilat sədri çıxışında ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini önə çəkib. Bildirib ki, bu günün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin miqyasının daha da genişləndirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin yürütlüyü siyasətin təbliğatçısı olan hər bir YAP üzvü günümüzün çağırışlarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışır.
Daha sonra təşkilatı məsələlərə baxılıb, Telman Ağabəyov ərazi partiya təşkilatının sədri, Kəmalə Dadaşova isə sədr müavini seçiliblər.






