Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

CƏMİYYƏT
Günay Ağamalı: “İnsan azad danışa bilər, amma əxlaqı tapdalaya bilməz”
SİYASƏT
Məkrli niyyətlərin ifşası
SİYASƏT
İranda baş verən hər bir qeyri-sabitlik birbaşa regiona təsir edir
SİYASƏT
“Cənab Prezidentin sülhlə bağlı mövqeyi bir daha sübut edir ki...”
SİYASƏT
"Məhz bu faktor Vaşinqtonu ehtiyyatla hərəkət etməyə sövq edir" - AÇIQLAMA
SİYASƏT
Sistemli tədbirlər fasiləsiz və dayanıqlı su təminatına hədəflənib
SİYASƏT
“İpək Yolu Gənclər Platforması: İnnovasiya, Liderlik və Regional Əməkdaşlıq”
SİYASƏT
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası: milli kimliyin və müasir inkişafın strateji modelidir
SİYASƏT
Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir
SİYASƏT
Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür
CƏMİYYƏT
Laçınlı Gənc Prezidentə müraciət etdi.
SİYASƏT
Regional inkişaf proqramlarının uğurlu icrası ölkəmizin tərəqqisində xüsusi rol oynayır
SİYASƏT
İranda baş qaldıran həqiqət: Zülmün, saxta dindarlığın və susqunluğun sonu
SİYASƏT
Millət vəkili  Culfa şəhərində seçicilərlə növbəti görüşü keçirilib
GÜNDƏM
Yeni Klinikada varikoz xəstəliyinin lazerlə müalicəsinə başlanılıb
SİYASƏT
Regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyan Dövlət Proqramı
SİYASƏT
Regional  inkişaf proqramlarının uğurlu icrası ölkəmizin tərəqqisində xüsusi rol oynayır.
SİYASƏT
Bakı və Abşeronda yeni infrastruktur dövrü
SİYASƏT
Dövlət Proqramı Bakı və Abşeron yarımadasının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır
SİYASƏT
"Körpələrə milli ad qoymaq dilə hörmətin, kökə bağlılığın ifadəsidir"
SİYASƏT
Azərbaycan düşünülmüş və ardıcıl inkişaf yolu seçib"
SİYASƏT
Su təminatında beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmalar tətbiq edilir
SİYASƏT
ABŞ 35 beynəlxalq təşkilat və 31 BMT agentliyindən çıxır. 
SİYASƏT
“Ailəyə hazırlıq məsələsinə ciddi yanaşmalıyıq”
SİYASƏT
Prezidentin Bakı və Abşeronda su təchizatı ilə bağlı məsələni strateji müstəvidə gündəmə gətirməsi xüsusi əhəmiyyət kəsb edir - RƏY
SİYASƏT
Güclü iqtisadiyyat, müasir enerji siyasəti və dayanıqlı inkişaf xətti
SİYASƏT
Azərbaycanın enerji siyasəti: bərpaolunan enerji və yeni imkanlar
SİYASƏT
“Xızı–Abşeron” Külək Elektrik Stansiyası: Azərbaycanın enerji strategiyasında yeni mərhələ
SİYASƏT
“2025 Azərbaycanın xarici siyasətində tarixi dönüş oldu”
SİYASƏT
Yaşıl enerjiyə doğru inamlı addım: “Xızı-Abşeron” Külək Elektrik Stansiyası

Xameneinin Türkiyəyə hədəsi

2025-04-09 13:01:05 163 baxış
Xəbər şəkil
 
saytl

İranın dini liderinin İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Türkiyə və Bəhreynə rəsmi xəbərdarlıqlar göndərdiyi iddia olunur. Xəbərdarlıqda ABŞ-ın mümkün hücumuna hər hansı dəstək, o cümlədən sözügedən ölkənin qoşunlarının yerləşdirilməsi və hava məkanından istifadə üçün ərazinin verilməsi düşmənçilik aktı kimi qiymətləndiriləcək, belə bir hərəkətin onlar üçün ağır nəticələri olacağı qeyd olunub.

Son aylar Türkiyə və İran arasında diplomatik münasibətlərdə gərginlik müşahidə olunur. Xüsusilə Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın Yaxın Şərqdəki milis qruplarına verdiyi dəstəyi tənqid etməsi, qarşılıqlı diplomatik notaların verilməsinə səbəb olub. Bu gərginlik fonunda, iki ölkənin regional siyasətə yanaşmaları, Suriyadakı qüvvələr balansı və ümumilikdə Yaxın Şərqdəki strateji maraqları yenidən müzakirə mövzusuna çevrilib.

Türkiyə və İran arasındakı gərginlik regional siyasətə necə təsir edəcək və bu, gələcəkdə iki ölkə arasında daha ciddi qarşıdurmaya səbəb ola bilərmi?

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a söylədi ki, son dövrlər qardaş Türkiyə və İran arasında münasibətlərin gərginləşdiyinin şahidi oluruq: “Regional maraqlardan irəli gələn fərqli yanaşmalar tərəflər arasında müxtəlif mövzularda qarşılıqlı ittihamlarla müşahidə olunur. Rəsmi Tehranın Türkiyənin də aralarında olduğu bölgə dövlətlərini təhdid etməsi bunun bariz nümunəsidir. İndiki situasiyada rəsmi Tehran və Ankara arasındakı gərginliyin inkişaf tendensiyası böyük ölçüdə ABŞ-ın İranla bağlı atacağı addımlardan asılı olacaq. Lakin yaxın perspektivdə iki dövlət arasında eskalasiyanın baş verəcəyini düşünmürəm”.

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə düşünür ki, Türkiyə ilə İran region uğrunda tarixən rəqabətdə olub və bu mübarizə bu gün də davam edir: “Türkiyə ilə İran arasında münsibətlərin gərginləşməsi məhz Ankaranın Suriyada möhkəmlənməsidən sonra baş verdi. Türkiyənin Suriyada iki hərbi baza yaratmaq istəyi təkcə İranı əndişəyə salmayıb, bundan İsrail də ciddi narahatdır. Yaxın Şərqdə Türkiyənin mövqeyi həmişə güclü olub və bu da İrandan fərqli radikal din ixraci hesabına olmayıb. Məsələnin təhlükəli tərəfi ondadır ki, İran istəsə də, istəməsə də gec-tez İsrail və ABŞ onu münaqişəyə cəlb edəcək. İsrailin strateji hədəflərində İran rejimi sıradan çıxarılmalı, yaxud da tam təsirsiz hala salınmalıdır. Nüvə proqramı sadəcə bəhanədir. İsrail regionun şəriksiz güc mərkəzi olmalıdır. Təəssüflər olsun ki, Tehran hələ də anlamaq istəmir ki, Türkiyə ilə rəqabət və qarşıdurmaya getməkdənsə əməkdaşlıq hər iki ölkə üçün faydalı və ümumi təhlükəyə qarşı dayanmaq rahat olardı. Qonşuları hədələmək, şantaj etmək Tehran heç nə qazanmayacaq, bu özünə qarşı işləyən haldır. Əksinə, hesab edirəm ki, həmin ölkələr də mümkün hərbi müdaxilənin onlar üçün da doğuracağı fəsadları anlayaraq bunun baş verməsini istəmirlər. İrana hava zərbələri İsraildən də, ABŞ-ın müxtəlif regionlarda yerləşdirdiyi hərbi bazalarından da endirilə bilər. Bunun qarşısını almağa, yaxud da ciddi adekvat zərbələr endirməyə İranın hərbi potensialını görmürəm. İranın Hərbi Hava Qüvvələrini şişirtmələrinə baxmayaraq hava məkanını elə də etibarlı qoruyacağını düşünmürəm. İkincisi isə İsraillə ABŞ İrana qarşı quru əməliyyatları aparmayacaq. Starteji və müdafiə qabiliyyəti üçün əhəmiyyət kəsb edən obyektlər hədəf götürüləcək. İran bu riskləri önləmək üçün region dövlətləri və regional güc mərkəzləri ilə, xüsusən də Türkiyəyə qarşı ritorikasını və üslubunu dəyişməlidir. Bəlkə belə olan halda düşdüyü ağır və mürəkkəb durumdan xilas ola bildi.  Onsuz da İran  hazırda Türkiyə ilə rəqbət aparacaq gücdə olmadığından Ankaraya sığınmalıdır”.

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə cənub qonşumuzun diplomatik alətlərdən istifadə etdiyini qeyd etdi: “ABŞ-ın İranla razılaşma əldə olunmazsa onun nüvə obyektlərini vurmaqla bağlı hədələri fonunda Yaxın Şərqdə yeni müharibənin alovlanma ehtimalı gedərək artır. Bunun qarşısını almaq üçün İran diplomatik alətlərdən maksimum istifadə edir. Bu çərçivədə şənbə günü Omanda, Maskat şəhərində İran XİN rəhbəri Abbas Araqçı ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff görüşərək danışıqlar aparacaqlar. Bu danışıqların nəticəsinə bağlı olaraq Yaxın Şərqdə qarşıdakı dövr üçün regional vəziyyət müəyyənləşəcək. İran diplomatik danışıqlar aparmaqla yanaşı, müharibəyə də hazırlaşır. Keçirilən hərbi təlimlərlə ordunun müharibə hazırlığı vəziyyətinə gətirilməsindən əlavə, regionda ABŞ-la isti münasibətləri olan və amerikan hərbi bazalarına ev sahibliyi edən ölkələrə xəbərdarlıq göndərilib. Belə ki, İraq, Küveyt, BƏƏ, Qətər, Türkiyə və Bəhreyndə ABŞ-ın hərbi bazaları mövcuddur. ABŞ-ın hücum zamanı bu bazalardan istifadə etmək istəyəcəyi aydındır. İran isə Yaxın Şərqdəki qonşularını öncədən xəbərdar edir. Məsələn, Türkiyə ABŞ-ın 2003-cü ildə İraqa hərbi müdaxiləsi zamanı öz ərazisindəki hərbi bazasından istifadə etməyə izn verməmişdi. Bu qərar Türkiyə siyasi administrasiyasında xeyli müzakirələr doğurmuşdu. Həmin dövrdə ABŞ-la müttəfiqliyə görə İraqa müdaxiləni dəstəkləyən qüvvələr də vardı. Lakin Türkiyə Böyük Millət Məclisi "2003 Muhtırası" ilə Türkiyəni bu müdaxilədə iştirakdan xilas etmişdi. Bilirik ki, ABŞ-ın İraq müdaxiləsi fiasko ilə nəticələnmişdi. Türkiyə ABŞ-ın İrana ehtimal olunan müdaxiləsi zamanı da hər hansı bir hərbi dəstək verməyəcək. Türkiyə XİN rəhbəri Hakan Fidan regionda yeni gərginliyi, o cümlədən ABŞ-ın İrana hücumunun baş verməsini istəmədiklərini deməklə, həm də bu gərginliyin yaradılmasında tərəf olmayacaqlarını dolayısıyla dünyaya bəyan edir. Ümumiyyətlə, Türkiyə və İran Yaxın Şərqdəki münaqişələrin fərqli tərəflərini dəstəkləsələr də, fərqli kamplarda olsalar da, onların ortaq əməkdaşlıq sahələri də mövcuddur. Xüsusilə İsrailin çəkindirilməsinə dair ortaq maraqları qeyd oluna bilər. Küveyt də artıq İrana bildirib ki, öz ərazisindən ABŞ-ın hücum məqsədilə istifadəsinə imkan verməyəcək. ABŞ-ın hərbi müdaxiləsində iştirak edib-etməmək qərarı müvafiq ölkələrin İranla münasibətlərinin gələcəyinin müəyyən edilməsində əsas amil olacaq. Ümumiyyətlə isə İranla birbaşa müharibəyə girməsi heç ABŞ üçün də arzuolunan deyil. Elə buna görə də Tramp bəyan edib ki, İranla birbaşa görüşümüz var. Bəlkə də möhtəşəm bir anlaşma əldə olunacaq". /“Yeni Müsavat”

Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: “İnsan azad danışa bilər, amma əxlaqı tapdalaya bilməz”
2026-01-18
Məkrli niyyətlərin ifşası
2026-01-16
İranda baş verən hər bir qeyri-sabitlik birbaşa regiona təsir edir
2026-01-15
“Cənab Prezidentin sülhlə bağlı mövqeyi bir daha sübut edir ki...”
2026-01-15
"Məhz bu faktor Vaşinqtonu ehtiyyatla hərəkət etməyə sövq edir" - AÇIQLAMA
2026-01-15
Sistemli tədbirlər fasiləsiz və dayanıqlı su təminatına hədəflənib
2026-01-14
“İpək Yolu Gənclər Platforması: İnnovasiya, Liderlik və Regional Əməkdaşlıq”
2026-01-14
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası: milli kimliyin və müasir inkişafın strateji modelidir
2026-01-14
Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir
2026-01-14
Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür
2026-01-14
Laçınlı Gənc Prezidentə müraciət etdi.
2026-01-14
Regional inkişaf proqramlarının uğurlu icrası ölkəmizin tərəqqisində xüsusi rol oynayır
2026-01-14
İranda baş qaldıran həqiqət: Zülmün, saxta dindarlığın və susqunluğun sonu
2026-01-14
Millət vəkili  Culfa şəhərində seçicilərlə növbəti görüşü keçirilib
2026-01-14
Yeni Klinikada varikoz xəstəliyinin lazerlə müalicəsinə başlanılıb
2026-01-14
Regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyan Dövlət Proqramı
2026-01-14
Regional  inkişaf proqramlarının uğurlu icrası ölkəmizin tərəqqisində xüsusi rol oynayır.
2026-01-14
Bakı və Abşeronda yeni infrastruktur dövrü
2026-01-14
Dövlət Proqramı Bakı və Abşeron yarımadasının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır
2026-01-14
"Körpələrə milli ad qoymaq dilə hörmətin, kökə bağlılığın ifadəsidir"
2026-01-13
Azərbaycan düşünülmüş və ardıcıl inkişaf yolu seçib"
2026-01-13
Su təminatında beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmalar tətbiq edilir
2026-01-13
ABŞ 35 beynəlxalq təşkilat və 31 BMT agentliyindən çıxır. 
2026-01-13
“Ailəyə hazırlıq məsələsinə ciddi yanaşmalıyıq”
2026-01-13
Prezidentin Bakı və Abşeronda su təchizatı ilə bağlı məsələni strateji müstəvidə gündəmə gətirməsi xüsusi əhəmiyyət kəsb edir - RƏY
2026-01-13
Güclü iqtisadiyyat, müasir enerji siyasəti və dayanıqlı inkişaf xətti
2026-01-12

2026-01-11
Yaşıl enerjiyə doğru inamlı addım: “Xızı-Abşeron” Külək Elektrik Stansiyası
2026-01-11