Son zamanlar Azərbaycanın azad edilmiş ərazilərində mina partlayışlarının sayının artması ciddi narahatlıq doğurur. Belə ki, dünən DSX əməkdaşı Əsgər Musayev Cəbrayılda mina düşərək həlak olub. Aprelin altısında isə Ağdamda baş vermiş mina hadisəsi nəticəsində bir ailənin üç üzvü xəsarət alıb.
Bu hadisələr təkcə insanların həyat və sağlamlığı üçün deyil, eyni zamanda bölgənin bərpası, infrastrukturun yenidən qurulması və məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz şəkildə qayıtması prosesinə də əngəl törədir. Hər bir mina partlayışı Azərbaycanın sosial-iqtisadi inkişafına zərbə, günahsız insanların həyatına son qoyan faciə deməkdir. Bu baxımdan, mina təhlükəsinin aradan qaldırılması, məsul tərəf olan Ermənistanın beynəlxalq hüquqa əsasən cavabdeh tutulması məsələsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalı, bu istiqamətdə ardıcıl və təsirli addımlar atılmalıdır.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bu məsələ barədə Crossmedia.az -a açıqlama verib.
O, bu barədə kəskin mövqe nümayiş etdirərək, beynəlxalq ictimaiyyəti Ermənistana qarşı təzyiqləri artırmağa çağırıb.
Deputat bildirib ki, mina partlayışları yalnız insanların həyat və sağlamlığına birbaşa təhlükə yaratmır, həm də işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesini əhəmiyyətli dərəcədə ləngidir: "Hər bir mina partlayışı Azərbaycan üçün təkcə insan itkisi deyil, eyni zamanda ciddi sosial-iqtisadi geriləmə deməkdir".
G. Ağamalı rəsmi İrəvanın bu günə qədər təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiq olmasını xüsusi qeyd edib: "Bu addım mülki insanlara qarşı yönəlmiş məqsədli təxribat və qeyri-insani davranış kimi qiymətləndirilməlidir.
Ermənistana qarşı beynəlxalq hüquq normaları çərçivəsində ciddi addımlar atılmalıdır. Bu addımlara iqtisadi sanksiyaların tətbiqi, Ermənistanın beynəlxalq nüfuzunun zəiflədilməsi və onun hüquqi məsuliyyətə cəlb olunmasını təmin edən effektiv mexanizmlərin işə salınması daxildir. Mina partlayışları məsələsi beynəlxalq ictimaiyyətin daimi diqqət mərkəzində saxlanılmalı və problemin aradan qaldırılması üçün konkret nəticələrə yönəlmiş, ardıcıl həyata keçirilən təzyiq mexanizmləri gücləndirilməlidir".
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...