image image

Yaşıl enerji sahəsində mühüm addımlar

image

 

Bildiyimiz kimi, aprel ayının 4-də Bakıda “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilmişdir. Tədbirdə çıxış edən ölkə prezidenti cənab İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci dəfədir ki, Bakıda keçirildiyini vurğulayaraq Azərbaycanın ənənəvi enerji siyasəti ilə yanaşı bərpa olunan enerji strategiyasının əhəmiyyətinə toxunmuş, Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantının enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmçinin əlaqələrin yaradılmasında mühüm rol oynadığını qeyd etmişdir.
Azərbaycan Prezidentinin də tədbirdə vurğuladığı kimi əsas məqsəd əməkdaşlığın gücləndirilməsi və ümumi səylərin birləşdirilməsindən ibarətdir: “Bu bir reallıqdır ki, əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrini reallaşdırmaq mümkün deyil. Azərbaycan bu xüsusda öz tələbatı ilə yanaşı regional və qlobal miqyasda eibarlı enerji tərəfdaşı kimi güclü mövqeyə sahibdir. Ölkəmiz həmçinin enerji sahəsində etibarlı tərəfdaş və Avropa üçün vacib qaz təchizatçısıdır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycanın qaz təchizatının coğrafiyası bundan sonra da genişlənir. Məhz Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə Azərbaycanın təbii qazının alıcısına çevrilib. Bunun nəticəsidir ki, Azərbaycanın təbii qazı artıq 12 ölkəyə ixrac edilir ki, onlardan 10-u Avropa ölkəsidir. Avropa İttifaqının 8 üzvü məhz Azərbaycandan qaz tədarük edir. Qarşıdakı dövrdə də Azərbaycanın Avropada qaz təchizatının coğrafiyası genişlənəcək.
Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsində həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində mühüm addımlar atır. Ölkəmiz bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində yeni layihələri təşviq edir. Bu baxımdan da bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı hesab olunur. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bu enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Ölkəmizin yaşıl enerji strategiyası böyük potensiala malikdir. Azərbaycanın yerləşdiyi təbii coğrafi şərait də buna imkan verir. Xəzər dənizinin külək enerjisi potensialından istifadə edərək daxili tələbatı ödəməklə yanaşı Avropaya yaşıl enerji ixracı üçün də böyük imkanlar yaradır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji zonası” elan edilib. Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, su elektrik stansiyalarının modernləşdirilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın bu sahədəki strateji məqsədlərindən biridir. Azərbaycan 2050-ci ilə qədər karbon emissiyalarını minimuma endirməyi hədəfləyib ki, bu da enerji sektorunda bərpaolunan mənbələrin payını əhəmiyyətli dərəcədə artıracaq.
Prezident İlham Əliyevin çıxışında dediyi kimi, bu gün artıq investorlarımızla imzalanmış müqavilələr var. Bu, Günəş və Külək enerji stansiyalarına aid olan müqavilələrdir ki, 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi istehsal ediləcək. Məlumdur ki, qarşıdakı illərdə ölkəmiz günəş və külək enerjisinin hasilatında əsl sıçrayış edəcək. Bu böyük layihələrə sərmayə yatıran həm xarici investorlar, həm də yerli şirkətlər müxtəlif texnologiyalara üstünlük verirlər. Hazırda Azərbaycan mütəxəssisləri enerjinin tədarükü və saxlanması sahəsində ən optimal variantlar üzərində işləyirlər. Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir və bu, bizim təsəvvürə gətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bizə bazarlar, texnologiya və əməkdaşlıq lazımdır.

Araz Hüseynov,
“Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi” MMC-nin sədri, YAP fəalı





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...