Dünyada yaranmış yeni geosiyasi və geoiqtisadi şərtlər Azərbaycanın strateji əhəmiyyətini xeyli artırıb. Bu özünü, ilk növbədə, Azərbaycanın enerji ehtiyatlarına olan tələbatın artmasında göstərir. Son vaxtlar isə Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına neft və qaz tədarükündə tranzit ölkə kimi Azərbaycana üstünlük verdiyini görmək olar. Ukraynada müharibənin uzanması və Avropa ölkələrinin Rusiya qazından imtina etməsi alternativ mənbə kimi Azərbaycanı seçən ölkələrin sayının genişlənməsi ilə müşahidə olunur. Bu isə Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu gücləndirir.
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. "Cənub Qaz Dəhlizi"nin (CQD) məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının 2-ci mərhələsini həyata keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bu enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.
Qlobal əhəmiyyətli enerji layihələrinin reallaşması ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında öncüllüyünü qoruyan Azərbaycanın bütün sahələrdə, o cümlədən enerji sektorunda qazandığı təcrübə təqdir edilir. Enerji amili dövlətimizin iqtisadi siyasətində prioritetdir. 2015-ci ilin fevral ayından etibarən hər il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı hesabat dövrü ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası da Azərbaycanın enerji siyasətində mühüm hadisədir.
Qeyd edək ki, bu kimi tədbirlər Azərbaycanın həm ənənəvi, həm də yaşıl enerjinin beynəlxalq bazarlara çıxarılmasında oynadığı rolun vacibliyindən xəbər verir. Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verən Cənub Qaz Dəhlizinin yalnız iqtisadi deyil, həmçinin ciddi siyasi əhəmiyyətə malikdir. Bakıda keçirilən toplantı Azərbaycanın enerji diplomatiyasının çevikliyindən və ardıcıllığından xəbər verir. Azərbaycanın enerji siyasəti milli maraqlar üzərində qurulub.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci toplantısındakı iştirak edən Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.
Dövlət başçısı vurğulayıb ki, biz nəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikik. AÇG, "Şahdəniz" və "Abşeron" - bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür. Bu gün "Azəri-Çıraq-Günəşli" və "Abşeron", "Şahdəniz" bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. "Şahdəniz" təhlükəsiz və səmərəli şəkildə qaz hasilatını davam etdirir. Və bununla Azərbaycanın Avropa və regional bazarlar qarşısındakı öhdəliyinin yerinə yetirilməsinə dəstək verir.
Bir sözlə, Azərbaycanın liderliyi ilə unikal əməkdaşlıq formatı olan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində yeni bir dövr başlayır. Enerji təchizatının təbii qazla yanaşı, "yaşıl enerji" ilə şaxələndirilməsinin aktuallaşması və Azərbaycanın hər iki enerji növünün tədarükçüsü olmaqla bağlı strateji kursu Məşvərət Şurasının da missiyasını şaxələndirir. İştirakçıların yüksək səviyyəli tərkibi, enerji təhlükəsizliyi və enerji keçidi məsələlərinə bərabər yanaşma, Azərbaycan-Gürcüstan, Rumıniya və Macarıstanın "yaşıl enerji" tərəfdaşlığı üzrə birgə fəaliyyətinə bu platformadan start verilməsi, Energetika Nazirliyinin xarici enerji şirkətindən biri ilə yeni layihələrə imza atması Azərbaycanın regional və Avropa miqyasında enerji təhlükəsizliyinə yeni elementlər gətirməsinin təsdiqidir. Ölkəmiz Avropaya təbii qazla yanaşı, gələcəkdə "yaşıl enerji" və hidrogenin də əsas tədarükçülərindən olacaq.
Asiyə Əliyeva,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi, YAP fəalı
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...