image image

Azərbaycan-Almaniya əməkdaşlığının uğurlu gələcəyi üçün bütün imkanlar mövcuddur

image

 

Xarici siyasət kursunu son dərəcə düzgün quran Azərbaycan təkcə region ölkələri üçün deyil, həm də beynəlxalq aləmdə vacib tərəfdaşa çevrilib. Bölgənin iqtisadi, siyasi gücü olan ölkəmizin  nüfuzu və mövqeyi günü-gündən  möhkəmlənir. Qlobal arenada tərəfdaşlıq əlaqələrini genişləndirən Azərbaycan bu gün beynəlxalq münasibətlər sisteminin aparıcı aktoru kimi söz sahibidir. Liderlərin ölkəmizə səfərləri, qlobal əhəmiyyətli tədbirlərin məhz respublikamızda keçirilməsi qeyd olunanların təsdiqidir.
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri də bu baxımdan mühum məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu səfər Azərbaycan – Almaniya əlaqələrinə yeni müsbət təkan verəcək. Ölkəmizin başçısı həm təkbətək görüş zamanı, həm də nümayəndə heyətinin iştirakı ilə aparılan danışıqlarda, eləcə də mətbuata bəyanatında iki ölkə arasında əlaqələrin gələcək inkişafının müzakirə olunduğunu vurğulayaraq əldə edilən nəticələrin ruhlandırıcı olduğunu bildirib. Azərbaycan liderinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin respublikamıza səfəri  zamanı mətbuata bəyanatında səsləndirdiyi “Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək” fikri də xüsusi diqqət çəkib.  
Qeyd edək ki, hər bir səfərin münasibətlərdə yeni səhifənin başlanğıcı olduğu kimi, bu səfərin çox müsbət nəticələri olacaq. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Səfərin yekunları  ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir. Qarşılıqlı  səfərlər əlaqələrin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin indiyədək Almaniyaya iki rəsmi, 10-dan artıq  işgüzar səfəri olub. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatından sonra jurnalistlərin suallarını cavablandırarkən bu  mühüm amili xüsusi vurğuladı ki,  biz  regionda qeyri-sülh şəraiti ilə heç vaxt barışmamışıq. Bir tərəfin digər tərəfə ərazi iddialarına heç vaxt dəstək verməmişik. Beynəlxalq səviyyədə tanınmış sərhədlər qüvvədə olmalıdır, tanınmalıdır və onlara hörmətlə yanaşılmalıdır. Almaniyanın mövqeyinə gəldikdə  öz xəttimizə, mövqeyimizə həmişə sadiq olmuşuq. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsinə gəldikdə isə  Frank-Valter Ştaynmayer qeyd etdi ki, istəyirik iki dövlət arasında qeyri-sülh dövrü geridə qalsın və sabitlik gətirəcək yeni bir gələcək yaransın. Həm Ermənistan, həm də Azərbaycan üçün Cənubi Qafqaz sülhün bərqərar olduğu regiona çevrilməlidir.
Almaniya, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir. Xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Azərbaycan-Almaniya münasibətlərinə qısa baxış əsasında bu qənaətə gəlmək olar ki, iki ölkənin əməkdaşlığının uğurlu gələcəyi üçün bütün imkanlar mövcuddur. Hər iki tərəf əlaqələrin inkişafında maraqlıdır. Almaniya Prezidenti bu reallığı da xüsusi vurğuladı ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib. Buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində Azərbaycanın böyük  rolu var. Azərbaycandan keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq. 
Aparılan müzakirələrdə, prezidentlərin mətbuata bəyanatlarında belə bir əminlik ifadə olundu ki, Azərbaycan ilə Almaniya arasında istər ikitərəfli, istərsə də Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq əlaqələri bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək və və Azərbaycanla Almaniya arasındakı əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəkdir.

Xalidə Sadıqova,
Salyan şəhər 2 saylı uşaq bağçasının müdiri, YAP fəalı

 





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...