image image

Azərbaycan - Almaniya əlaqələrində yeni mərhələ

image

 

Azərbaycanın xarici siyasət strategiyasında yeni bazarlara çıxış və beynəlxalq əməkdaşlığın gücləndirilməsi mühüm yer tutur. Bu baxımdan, Avropanın aparıcı ölkələri  ilə qurulan münasibətlər də  xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Almaniya Federativ Respublikası üçün də cəlbedici ölkədir. Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Həm təkbətək görüşlərdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müzakirələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu səfərin münasibətlərə yeni müsbət təkan verəcəyinə inamını ifadə edib.
Almaniya ilə Azərbaycan arasında münasibətlərin əsası 1992-ci il yanvarın 12- də qoyulub. Həmin vaxt Almaniya Azərbaycanın müstəqilliyini tanımış və bir ay sonra iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Hər iki ölkədə səfirliklər fəaliyyətə başladıqdan sonra Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilmişdir. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əməkdaşlığı daha da möhkəmləndirdi. Onu da qeyd edək ki, bu müddət ərzində Azərbaycan Prezidenti Almaniyaya 17 rəsmi və işgüzar səfər həyata keçirmişdir.
Bu əməkdaşlıq hökumət və parlament başçılarının qarşılıqlı səfərləri zamanı daha da inkişaf etmişdir. İki ölkə arasında indiyə qədər 77 sənədin imzalanması ikitərəfli əməkdaşlığın inkişafından xəbər verir. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Almaniya Bundestaqında isə Azərbaycanı da əhatə edən Almaniya-Cənubi Qafqaz parlament qrupu fəaliyyət göstərir. Almaniya Prezidentinin bu səfəri iki ölkə arasında münasibətlərin daha da yaxşılaşacağından xəbər verir. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında da diqqətə çatdırdı.
Azərbaycan Prezidenti əminliklə bildirdi ki, bu səfər iki ölkə arasındakı əlaqələrə yeni müsbət təkan verəcək. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. İqtisadi sahədə əldə edilmiş nəticələr barəsində də məlumat verildi. Qeyd edildi ki, bu ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsi təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Bərpaolunan enerji sahəsində Almaniya şirkətlərinin çox böyük təcrübəsi var. Bu sahədə Azərbaycanın da çox böyük proqramı, planları var.
Azərbaycan və Almaniya prezidentləri arasında keçirilən görüşdə dünya siyasətində aktual məsələlər, o cümlədən ABŞ-Avropa İttifaqı münasibətləri və Rusiya-Qərb gərginliyi kimi mövzular da müzakirə olunmuşdur. Bu məsələlər beynəlxalq münasibətlərin inkişafına təsir göstərdiyi üçün onların hərtərəfli müzakirəsi və əməkdaşlıq perspektivləri xüsusi əhəmiyyət kəsb edir.
Bütövlükdə, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji sektorunda tərəfdaşlıq və ekoloji problemlərin həlli istiqamətində birgə səylər iki ölkənin qarşılıqlı maraqlarına xidmət edir. Almaniya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri bu əlaqələrin inkişafına təkan verəcək və qarşılıqlı əməkdaşlığın yeni mərhələyə keçməsinə şərait yaradacaqdır.
Səfər zamanı keçirilən görüşlər, aparılan danışıqlar nəticəsində Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaranacaq. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bu reallığı xüsusi qeyd etdi ki, Azərbaycan inkişaf edərək elə bir məkana çevrilir ki, buradan çox vacib ticarət yolları keçir və bu da dünyanın birləşməsinə səbəb ola bilər. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə ticarət əlaqələrimizdə Azərbaycanın  rolu var. Hazırda mövcud yolların imkanları məhduddur: «Ölkənizdən keçən yolların, Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün də vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı bir perspektivə çevriləcək. Cənubi Qafqaz daha sabit bir region olandan sonra son illərdəki münasibətlərdən fərqli olaraq daha sabit bir regiona çevriləcək.
 
       Yeganə Cəfərova, 
       Salyan rayon Qaraçala qəsəbə ümumi orta ümumtəhsil məktəbinin     direktor əvəzi





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...