image image

Kremlin ilginc Qafqaz planı - şimal təhlükəsi ən çox bu ölkəni gözləyir

image

 

Kremlin Güney Qafqazla bağlı yeni məxfi planı varmı? O halda təhlükə ən çox hansı ölkəni gözləyir - Ermənistanı, Gürcüstanı, yoxsa?
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Cənubi Qafqaz siyasəti müəyyən reformasiyalara uğrasa da, tarixən imperialist maraqlar əsasında formalaşıb: “Rəsmi Moskva bu gün də regionla bağlı politik maraqlarını eyni məntiq üzərindən həyata keçirməyə çalışır. İqtisadi təsir, geosiyasi idarəetmə, daxili siyasi manipulyasiyalar və hərbi aventura Kremlin Cənubi Qafqazla bağlı strateji planlarının əsas aspektləridir. Rusiyanın Ukraynaya təcavüzündən sonra regionda mövqeləri zəifləsə də, Kreml rəhbərliyi bölgə ilə bağlı hər zaman özünün arqumentlərini gücləndirmək cəhdləri edir. Gürcüstan hökuməti Abxaziya və Cənubi Osetiya probleminə baxmayaraq Moskva ilə balanslaşdırılmış siyasi əlaqələr qurmaqda maraqlı olsa da, Ermənistan rəhbərliyi Moskvadan uzaqlaşmaq niyyətini açıq şəkildə dilə gətirir. Rəsmi İrəvan KTMT-nin iclaslarında iştirakdan imtina edir və onun formalaşması üçün zəruri olan maliyyə ödənişini həyata keçirmir. Məhz bu səbəbdən zaman-zaman Rusiya mətbuatında Ermənistan əleyhinə fikirlər səsləndirilir.  Təbii ki, irəliləyən zamanda rəsmi Moskva qlobal müstəvidə baş verən dəyişikliklər fonunda yenidən Ermənistan üzərindən regionda olan ənənəvi təsir riçaklarını bərpa etmək cəhdləri edəcək. Lakin mövcud situasiyada Azərbaycanın rolu tamamilə fərqlidir. Ölkəmiz Cənubi Qafqazda dəyişdirilməsi mümkün olmayan yeni geosiyasi konfiqurasiya formalaşdırıb. Azərbaycan regionda qüvvələr balansını dəyişmək istəyən hər kəsi neytrallaşdırmağı bacarır. Mövcud reallıqları görməzdən gələn istənilən güc uğursuzluğa məhkumdur”.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...