image image

"31 Mart soyqrımı təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrindən biridir" - DEPUTAT

image

 

Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğınlar, soyqırımlar və etnik təmizləmələr onların dərin nifrətinin, amansız düşmənçiliyinin, vandallığının və məqsədli məhvetmə siyasətinin bariz nümunəsidir.
Türklərə qarşı düşmənçiliyi milli ideologiyaya çevirən ermənilər, tarix boyu öz qanlı və təcavüzkar siyasətlərini həyata keçirməkdən çəkinməmişlər. Erməni millətçilərinin, daşnakların müstəqil Ermənistan dövləti qurmaq ideyası əsasında törətdikləri vəhşiliklər insanlıq adına ən böyük ləkədir.

31 Mart soyqrımı təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrindən biridir.

1918-ci il 30 Mart və 3 aprel tarixləri arasında Bakı quberniyasının müxtəlif bölgələrində, Bakı şəhərində, Şamaxı, Göyçay, Quba, Lənkəran, Salyan, Hacıqabul, Xaçmaz, Qarabağ, Naxçıvan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri dinc əhaliyə qarşı misli görünməmiş qırğınlar törətdi. Çarəsiz və müdafiəsiz qalmış insanlar Stefan Şamuyan kimi cəlladların qurbanı oldu. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əlaliyə divan tutdular. On minlələrlə insanı qılıncdan, süngüdən keçirdilər və diri-diri yandırdılar. 26 Bakı komissarının rəhbəri olan Stefan Şamuyan mart soyqırımının əsas təşkilatçılarından idi.

Sovet rejimi xalqımızın qan yaddaşını silmək məqsədilə, 1918-ci ilin qanlı faciəsinin təşkilatçılarını və ideya müəlliflərini, o cümlədən qatı cinayətkar Stepan Şaumyanı saxta qəhrəman obrazında təqdim etmiş, onların xalqımıza qarşı törətdiyi vəhşilikləri ört-basdır etməyə çalışmışdır. Lakin, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həqiqət anı yetişdi və tariximizin qanlı faciələrinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 Mart tarixli Fərmanı ilə soyqırım aktlarına siyasi-hüquqi qiymət verildi. Bununla yanaşı aparılan tədqiqat işləri həqiqətlərin üzə çıxmasında əsas rol oynadı. Hal-hazırda 31 Mart soyqrımının dəhşətini özündə əks etdirən Quba kütləvi məzarlığı illuziyalardan uzaq, tarixi faktlara əsaslanan həqiqətlərin sübutudur.

Çox təəssüf hissi ilə qeyd etməliyəm ki, dünya birliyi hələ də 31 Mart soyqrımına siyasi-hüquqi qiymət vermir.

Ermənilərin "məzlum xalq" obrazı gerçək simalarını, əsrlər boyu törətdikləri vəhşilikləri, barbarlığı, işğalçılıq və terror əməllərini gizlətmək üçün uydurulmuş, saxtakarlıq və riyakarlıqla yoğrulmuş iyrənc bir uydurmadır. Ermənilərin simasındakı riyakarlıq maskası çoxdan yırtılsa da, hələ də buna göz yuman, susmağa üstünlük verən və bu ikiüzlülüyə şərik olan dövlətlər az deyil.

Günay Ağamalı - Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...