image image

Xalqımıza qarşı törədilmiş qanlı faciə

image

 

31 mart - Azərbaycanlıların Soyqırımı Günü bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdən sayılır. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib. Bu cinayətin təşkilində və icrasında əsas məqsəd Azərbaycan dövlətinin yaranmasının qarşısını almaq, bölgəni müsəlman-türk əhalidən təmizləmək olmuşdur. 1918-ci ilin mart qırğınından bizləri ayıran 107 il tariximizin hər bir səhifəsini təkrar-təkrar vərəqləməyə, baş verənlərin əsl mahiyyətini dərindən təhlil etməyə geniş imkanlar yaradıb. 
Tarix təsdiqləyir ki, bu soyqırımı da əvvəlcədən düşünülmüş, planlı şəkildə hazırlanmış və qəddarlıqla həyata keçirilmişdir. Reallıq budur ki, etnik təmizləmə siyasətini açıq, gizli həyata keçirən, bir əsrdə günahsız azərbaycanlıların qətli ilə nəticələnən neçə-neçə soyqırımı törədən ermənilər tarixdə görünməyən vəhşiliklərin müəllifləridir. Bunu görməzdən gələn dünya dövlətləri unutdular ki, cinayətkara dəstək olmaqla özlərinə qarşı da inamsızlıq mühiti formalaşdırır, beynəlxalq hüququ arxa plana keçirirlər.Qonşu dövlətlərə qarşı himayədarlarının dəstəyi əsasında əsassız torpaq iddiası ilə çıxış edən və buna nail olan işğalçı Ermənistan nə zamansa həqiqətlərin qarşısında aciz duruma düşəcəyini, diz çökəcəyini çox yaxşı bilirdi və bu, 44 günlük Vətən müharibəsində baş verdi. 
Ötən yüzillikdə “böyük Ermənistan” xülyası ilə yaşayan və soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların insanlığa sığmayan əməlləri xalqımızın yaddaşında qanlı izlər qoyub. 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə rus imperiyasının havadarlığı ilə törədilən qırğınların son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli idi. 1988-ci ildən Qərbi Azərbaycanda ilk mərhələ kimi kütləvi hədələr, qətllər, kəndlərin dağıdılması yaddan çıxmayıb. Tarixə qısa baxış fonunda bu reallıq təsdiqlənir ki, Cənubi Qafqaz müxtəlif etnik tərkiblərə malikdir. Bu bölgədə Ermənistan yeganə cəmiyyətdir ki, etnik dözümsüzlük zəminində yekcins, monodövlətə malikdir. İşğalçılığı, terrorçuluğu və soyqırımları dövlət səviyyəsinin əsas tərkib hissəsinə çevirən Ermənistan mənfur niyyətlərinə nail olmaq üçün ən alçaq əməllərə əl atmaqdan belə çəkinmir. 
1998–ci il martın 26–da ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.Bu sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir. Fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi–hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.
Mart soyqırımı nəticəsində sovetləşmə ideyasına güclü zərbə vuruldu, xalqın müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da gücləndi.Son olaraq bildirim ki, hər birimiz Ulu öndərin dediyi kimi, azərbaycanlı olmağımızla qürur duymalı, xalqımızın qanı bahasına əldə olunmuş müstəqil Azərbaycan dövlətini yaşatmaq və inkişaf etdirmək üçün bütün səylərimizi səfərbər etməliyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.
Mənfur düşmənin nə qədər qəddar olduğu Xocalı soyqırımı, 44 günlük Vətən müharibəsi zamanı bu faciənin davamı kimi qəbul olunan Gəncə, Bərdə, Tərtər hadisələrində bir daha isbatlandı. Ermənilərin cinayətkar əməllərinə göz yuman dünya dövlətləri 44 günlük İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfərlə ölkəmizin yüksək hərbi-texniki imkanlarını görməklə yanaşı, bu həqiqətin də təsdiqləndiyinin şahidi oldular ki, beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq əsas amillərdir.

Elnur Hüseynov,
Salyan rayon Statistika İdarəsinin rəisi, YAP fəalı
 





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...