image image

Milli Məclisin deputatı Günay Ağamalıdan yeniyetmə övladı olan valideynlərə tövsiyələr

image

 

Hörmətli valideynlər,

Yeniyetməlik dövrü insan həyatında ən mühüm və həssas mərhələlərdən biridir. Bu dövrdə fərdin  şəxsiyyəti formalaşır, dünyagörüşü genişlənir və cəmiyyətdə öz yerini tapmağa çalışır. Valideyn olaraq sizin rolnuz bu prosesdə olduqca əhəmiyyətlidir.

Bu xüsusda bəzi  tövsiyələrimi sizinlə bölüşmək istərdim:

1. Övladlarınızı dinləyin və onları  anlamağa çalışın. 

Yeniyetmələrin öz fikirlərini ifadə etməsinə imkan verin. Onları dinləmək və anlamaq  münasibətlərinizin əsasını təşkil edəcəkdir.

2. Etimad göstərin. 

Övladınıza güvənməyiniz onun özünəinam və özünəgüvən hissini artıracaq və daha məsuliyyətli davranışlara yönəldəcək.

3. Müasir problemlərə açıq olun. 

Sosial media, texnologiya və yeni tendensiyalar haqqında məlumatlı olun ki, övladınızla eyni dildə danışa bilə və öz tövsiyələrinizi verə biləsiniz.

4. Sevgi və qayğınızı əsirgəməyin. 

Ən çətin anlarda belə sevgi dolu münasibətiniz yeniyetmənin psixoloji sağlamlığı üçün olduqca vacibdir. Kənarda sevgi və qayğı axtarmamaları üçün onlara bu hissləri mütləq şəkildə biruzə verin.

5. Şəxsiyyətinə hörmətlə yanaşın.

Yeniyetmə sizinlə hər hansı fikri bölüşdükdə onu sonacan dinləyin. Onun seçimlərinə hörmətlə yanaşdığınızı ona hiss etdirin.

6. Birlikdə vaxt keçirin. 

Onunla söhbətlər aparmaq üçün zaman ayırın, birgə fəaliyyətlə məşğul olun. Ailəvi ənənələr övladınızla aranızdakı bağların möhkəmlənməsinə səbəb olacaqdır.

7. Təhsil və inkişafı dəstəkləyin. 

Onun maraq və qabiliyyətlərini üzə çıxarmaqda dəstək olun və yol göstərməkdən əsla vaz keçməyin. 

Dəyərli valideynlər, övladlarımız cəmiyyətimizin gələcəyidir. Onların sağlam, vətənpərvər, vicdanlı və vətənimizə layiqli  şəxsiyyət kimi formalaşması üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Gəlin, birlikdə gələcəyimizin daha parlaq olması üçün bütün səylərimizi ortaya qoyaq.

Hörmətlə,

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

29 Mart 2025-ci il.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...