image image

Ölkəmizin qlobal səviyyədə güclənən nüfuzu, əldə edilən nailiyyətlər bizi daha parlaq bir gələcəyə aparacaq

image

 

Bildiyimiz kimi Prezident İlham Əliyev martın 13-də Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlətimizin başçısı həmin müsahibədə bir sıra məsələrə aydınlılq gətirib. Bu müsahibə Azərbaycanın uğurlarını dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, ölkənin davamlı inkişaf yolunda olduğunu da göstərdi. Güclü iqtisadiyyat, dayanıqlı enerji strategiyası və sülhə yönəlmiş diplomatiya siyasəti sayəsində Azərbaycan regionun lider dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.
Prezident İlham Əliyev bütün çıxışlarında bu amili önə çəkir ki, ölkəmizdə sabitliyin, davamlı inkişafın əsas təminatçısı xalq–hakimiyyət birliyidir. Bu tezis tanınmış siyasətçilər, ekspertlər tərəfindən də etiraf olunur. Xalq–hakimiyyət birliyinin möhkəm olduğu, islahatların, təşəbbüslərin dəstəkləndiyi ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz.
Azərbaycanın adının nümunəvi ölkələr sırasında qeyd olunması məhz bu reallığın təsdiqidir. Daxili siyasətin uğurları beynəlxalq səviyyədə reytinqin müəyyənləşməsində stimulverici amildir. İlham Əliyev məhz bu uğurlara söykənərək bildirir: “Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq. Qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq”.
Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” telekanalına müsahibəsində rəsmi Bakının geosiyasi baxımdan ümumi xəttini konkret və lakonik şəkildə dilə gətirib. Həm regiondakı vəziyyəti əks etdirmək, həm də qlobal gündəm baxımından Azərbaycan liderinin milli müstəqilliyin qorunması, tarixi ədalətin bərpası ilə bağlı dedikləri daha çox xarici auditoriyaya ünvanlanan mesajlardır. Əslində, bu, hər bir dövlətin daha çox ehtiyac duyduğu reallıqlardır.
Qeyd edək ki, hazırda dünyada cərəyan edən hadisələrin fonunda qlobalistlərlə ultraqlobalistlərin həm öz aralarında, həm də dünya uğrunda gərgin mübarizəsi müşahidə olunur. Bu qüvvələrin istəyi ondan ibarətdir ki, dövlətlərin və xalqların milli maraqlarını zəiflətsinlər. Prezident İlham Əliyevin ötən il Prezident kimi andiçmə mərasimində və yeni parlamentin qarşısındakı çıxışlarında xalqın milli maraqlarının, o cümlədən gənclərin milli-mənəvi dəyərlərə sadiqliyinin ən ümdə məsələlər olduğunu vurğulaması heç də təsadüfi deyildi. Bəli, bu tezis hamımıza bir xatırlatma olmaqla yanaşı, ayıq olmağa çağırışdır. Çünki, dünyada bəzi qüvvələr aşkar şəkildə ayrı-ayrı toplumların azad və firəvan yaşamasını qəbul edə bilmir, onları tutduqları yoldan döndərməyə çalışırlar. Ona görə ultraqlobalistlər xüsusilə bildirirlər ki, – bir çox hallarda qlobalistlər də onlarla razılaşırlar – dövlətlər özlərinin ilkin mahiyyətini itirib, onlar xalqlar üzərində idarəetmə funksiyalarını zəiflətməlidirlər. Yəni, onların düşüncəsinə görə, insanlar, bir növ, biokütləyə çevrilməlidirlər. Bu qüvvələrin baxışı, konkret olaraq, bundan ibarətdir.
Azərbaycan Prezidentinin bu proseslərlə bağlı çıxışları həmişə aktuallığı ilə seçilir. Sadəcə, istər şəhərdə, istər əyalətdə, istərsə də Azərbaycandan kənardakı vətəndaşlarımız, insanlarımız üçün dövlətimizin və xalqımızın milli maraqları hər şeydən üstün olmalıdır. Milli evimiz olan Azərbaycanı birlikdə qurmalı və gücləndirməli, istənilən xarakterli təhdid və çağırışlara cavab verməyə hazır olmalıyıq.
Prezident İlham Əliyev müsahibəsində diqqəti planetin “yeni qayda və normaların işlənib hazırlanması mərhələsində” olduğuna çəkərək “köhnə dünya nizamı artıq mövcud deyil” – dedi. Yəni, reallıq ondan ibarətdir ki, hazırkı mərhələdə beynəlxalq ictimaiyyətin qarşılıqlı fəaliyyətinin yeni forması”na aydın və birmənalı baxış yoxdur. Hər bir dövlət “öz daxili imkanlarına” daha çox diqqət yetirir və bu zaman kənardan hansısa yardıma, yaxud beynəlxalq hüquqa bel bağlamır. 
Bu, üç onillik ərzində Azərbaycanın üzləşdiyi reallıq, heç vaxt unutmayacaqı acı təcrübədir. İlham Əliyev “beynəlxalq hüququn selektiv yanaşmasından əziyyət çəkən” Azərbaycanla yanaşı, “gələcəyini öz resursları üzərində qurmağı” bacarmış Azərbaycanı da misal göstərdi: “Biz güclü, müstəqil iqtisadiyyat qurmuşuq və heç kimdən asılı deyilik”. 
Bəli, iqtisadi müstəqilliyin özü beynəlxalq aləmdə böyük imkanlar yaratmış, Azərbaycana şərəf və ləyaqətlə müstəqil xarici siyasət aparmağa imkan vermişdir. Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində “Bizim dünya düzənini necə başa düşməyimizin tamamilə düzgün olduğunu” qeyd edərək fikirlərini “Biz bunu necə etdik və edəcəyik” – deyə yekunlaşdırdı. Xoşbəxtlikdən ölkəmiz milli maraqlarımızla bağlı heç bir quruma və heç kimə arxalanmadı.
Şübhəsiz ki, gələcəkdə Azərbaycan daha da möhkəmlənəcək, beynəlxalq əməkdaşlıqlar genişlənəcək və xalqın rifahı yüksələcək. Ölkəmizin qlobal səviyyədə güclənən nüfuzu, əldə edilən nailiyyətlər və irəli sürülən innovativ təşəbbüslər bizi daha parlaq bir gələcəyə aparacaq.

Sahib Həsənov, 
Salyan rayonu, tarixçi-tədqiqatçı, YAP fəalı
 
.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...