image image

Ciddi şübhələr var: "Ermənistan sülhdə səmimi deyil"

image

 

Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu hadisənin Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarsı münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzərində danışıqların yekunlaşmasından sonra baş verməsi diqqət çəkir. Görünən odur ki, ya İrəvan səmimi deyil, ya da onun havadarları bölgədə "suların durulmasını" istəmirlər.

 

Bu barədə Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib ki, 

 

Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarsı münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzərində danışıqların yekunlaşması əhəmiyyətli hadisədir, lakin proseslərin tamamilə yekunlaşması məsələsini özündə ehtiva etmir.

 

O bildirib ki, bu zamana qədər rəsmi İrəvanın həlledici məqamlarda geri çəkildiyi və fərqli kontekstə yönəlməsi praktikası mövcuddur: "Rəsmi Bakı onların uzlaşmaz siyasi ritorikasını istər keçmiş prezidentlər Robert Koçəryan, Serj Sarkisyan hakimiyyəti dövründə, istərsə də hazırkı baş nazir Nikol Paşinyan zamanında dəfələrlə müşahidə edib. Ona görə də Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda öz əksini tapan ərazi iddiaları çıxarılmadığı müddətcə tərəflər arasında imzalanacaq sülh müqaviləsinin hüquqi bazası yoxdur. İstənilən vaxt Ermənistan rəhbərliyi ölkə konstitusiyasına əsaslanaraq sənəddən imtina edə bilər.

Bununla yanaşı cənab Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunda çıxışı zamanı Ermənistanın sürətlə  silahlanması məsələsinə toxunması Paşinyan administrasiyasının etibarsızlığının təzahürüdür. Həqiqətən də, sülh danışıqlarının aktual olduğu müddətdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Hindistana səfər etməsi və iki ölkənin hərbi texniki əməkdaşlıqlarını, silah alınmasını müzakirə etməsi İrəvanın səmimiyyətinə şübhələri daha da artırır".

 





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...