Qlobal Bakı Forumu, dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, qlobal məsələlərə dair yeni yanaşmaların təqdim olunması və dünya düzəninin formalaşdırılmasına dair fikir mübadilələrinin aparılması baxımından əhəmiyyətli beynəlxalq platformadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumundan gözləntilər, əvvəlki illərdə olduğu kimi də eyni dərəcədə yüksəkdir. Forumun əsas məqsədi, beynəlxalq əməkdaşlığı gücləndirmək, iqtisadi inkişafı sürətləndirmək, texnoloji yenilikləri təşviq etmək və qlobal təhlükəsizlik məsələlərində yeni yanaşmalar ortaya qoymaqdır.
Dünyada baş verən müharibələr, siyasi toqquşmalar, Qərbdə müşahidə olunan siyasi böhran inkişaf etməkdə olan ölkələri öz milli maraqlarını həmişəkindən daha güclü müdafiə etmələrini diktə edir. Bu baxımdan XII Qlobal Bakı Forumu qlobal gündəliyi narahat edən məsələlərin müzakirə olunduğu nadir platformadır. Bu gün bütün ölkələrim maraqlarının, təhlükəsizliyinin qorunmasına xidmət edən beynəlxalq səviyyəli platforma yoxdur. Bakı Forumu artıq 12-ci dəfədir ki, qlobal problemlərin müzakirəsinə ev sahibliyi edir. Ölkəmiz sülh və ədaləti dəstəkləyən niyyət və məqsədlərini bu dəfə də bütün dünyaya bəyan edəcək, bütün dövlətləri beynəlxalq hüquqa hörmətlə yanaşmağa səsləyəcək. Bakı Forumu həm də Azərbaycanın prioritetlərini dünyaya təqdim etmək üçün unikal platformadır. Biz forum çərçivəsində ölkəmizin məqsədlərini və baxışlarını bir daha dünyaya çatdıracağıq. Azərbaycan dünya düzəninin yenidən formalaşmasının tərəfdarıdır və bu prosesdə fəal rol oynamaq istəyir. Son onilliklərdə dünyada bir sıra ciddi dəyişikliklər baş verib: qlobal iqtisadi böhranlar, siyasi qeyri-sabitliklər, iqlim dəyişikliyi və texnoloji inqilablar. Bu dəyişikliklər bir tərəfdən dövlətlər arasında güc balansını dəyişdirərkən, digər tərəfdən qlobal sülhün təmin edilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi zəruriyyətini gündəmə gətirib. XII Qlobal Bakı Forumunda bu məsələlərin işıqlandırılması, yalnız Azərbaycanın deyil, bütövlükdə dünyanın qarşısında duran əsas problemlərin müzakirəsinə imkan yaradıb.
Məlumat üçün bildirirəm ki, üç gün davam edəcək tədbirdə dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən 50-yə yaxın fəaliyyətdə olan və sabiq prezident, baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak edirlər. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir və burada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur. “Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, son illər ərzində çox əla işlər aparmışdır və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir” – deyən dövlətimizin başçısı daha sonra bildirdi: “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur”.
Qeyd edək ki, tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevin sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Forumun açılışındakı çıxışında Prezident İlham Əliyev həmçinin, Ermənistan–Azərbaycan münasibətlərinə də toxunaraq, xalqımızın işğal illərini heç vaxt yaddan çıxarmayacağını vurğuladı: “Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar kəndlərimizə, şəhərlərimizə, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər”.
Prezident İlham Əliyev iştirakçısı olduğu elə bir beynəlxalq tədbir, görüş və ya rəsmi qəbul olmayıb ki, keçmişdə qoyduğumuz Qarabağ ağrımızı xatırlatmasın, baiskarlara o tarixdən ibrət dərsi götürmələrini tövsiyə etməsin. Dövlət başçısı çıxışında dedi: “Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı. Bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz”.
Beləliklə, Bakı bir daha qlobal çağırışları səsləndirmək fürsətinə çevrilən məkan, mühüm beynəlxalq platforma rolunu oynayır. Bu məkanda aparılan diskussiyaların həm beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, problemlərin ortaq həll yollarının tapılmasına, həm də sülhün təşviqinə töhfə verəcəyinə əminik. Azərbaycanın sivilizasiyalararası dialoqu dəstəkləməsi, beynəlxalq arenada konstruktiv rolu və qlobal məsələlərin həllində fəal iştirakı Bakı Forumunda uğurlu nəticələrin əldə olunacağına etibarlı zəmin yaradır.
Yalçın Abdullazadə,
YAP Salyan rayon təşkilatının məsləhətçisi,
“Vətən Müharibəsi” iştirakçısı
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...