image image

20 Yanvar faciəsi bəşəriyyətə qarşı törədilmiş terror aktıdır - Şərh

image

 

1985-ci ildə Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gətirilməsindən sonra Sovet İttifaqının dağılma prosesi sürətləndi. İmperiya tərkibində yaşayan xalqlar arasında yenidənqurma siyasəti adı altında nifaq toxumları səpən M.Qorbaçovun azərbaycanlılara qarşı düşmən mövqeyi gündən-günə artmaqda idi.

 

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

 

O bildirib ki, Qarabağda baş qaldıran erməni separatizmi, 1989-cu ildə Qərbi azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasının sonuncu mərhələsinin həyata keçirilməsi xalqımızın milli oyanışını, müstəqillik ideyalarını daha da şiddətləndirdi. Lakin Kreml rəhbərliyi bu tələbləri boğmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz müstəqil dövlətini qurmaq və suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi. Əsas qüvvəsi ermənilərdən təşkil olunmuş Qırmızı ordu hissələri dinc əhaliyə qarşı güc tətbiq edərək, çox sayda insanın həyatını itirməsinə və yaralanmasına səbəb oldu. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda, ümumilikdə, 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu. 20 Yanvar faciəsi bəşəriyyətə, insanlığa, humanizmə qarşı törədilmiş terror aktıdır. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında silinməz iz buraxan müstəqillik mübarizəmizin dönüm nöqtəsidir.

“Dünyanın gözü önündə həyata keçirilən qətliama ilk hüquqi qiymət məhz dahi rəhbərimiz Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. O, həyati təhlükəsinin olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pislədi və dinc əhaliyə qarşı törədilən terroru, insani dəyərlərə, demokratiyaya zidd adlandırdı”, - deyə G.Ağamalı vurğulayıb.

Deputat əlavə edib ki, 20 Yanvar faciəsi hər bir azərbaycanlının azadlıq simvoludur: “İllər ötsə, əsrlər keçsə də, Azərbaycan dövləti yaşayacaq və and yerimiz olan üçrəngli şanlı bayrağımız daim azad, suveren və müstəqil səmamızda qürurla dalğalanacaq”.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...