Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, Azərbaycan hərbi gücün tətbiqi ilə qələbə qazanaraq regional liderliyini beynəlxalq müstəvidə rəsmiləşdirməyi bacardı:
"Mövcud vəziyyət ölkəmizin yüksələn nüfuzunu gözü götürməyən qüvvələri, xüsusilə Fransa kimi ölkələri ciddi şəkildə narahat etdi. Rəsmi Paris keçmiş Minsk qrupunun həmsədri kimi beynəlxalq öhdəliklərinin əksinə mövqe sərgiləməklə Ermənistanı silahlandırmağa başladı. Bu isə bölgədəki sabitliyə və sülhə ən böyük təhdiddir. Fransa ilə yanaşı Hindistan və cənub qonşumuz İranda prosesin aktiv iştirakçısı olmaqla anti-Azərbaycan ritorikası sərgilədi. Nəticə etibarilə, Ermənistan daxilində xarici qüvvələrin dəstəkləri fonunda revanşist meyllər genişləndi. Təbii ki, Azərbaycan baş verən proseslərə həm diplomatik müstəvidə, həm də hərbi sferada lazımı cavab verir. Bununla yanaşı ordunun modernləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər də mütəmadi olaraq həyata keçirilir".
Deputat vurğulayıb ki, Fransanın səyləri əsasında Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) missiyası da eyni mövqe nümayiş etdirərək binokl diplomatiyası çərçivəsində anti-Azərbaycan mövqeyi nümayiş etdirdi"
"Missiyanın qərəzli siyasəti bu gün də eyni niyyət əsasında davam etdirilir. Belə bir məqamda Polşa prezidenti Andjey Dudanın Azərbaycan-Ermənistan sərhəd xəttinə səfəri Avropa İttifaqı və müxtəlif siyasi dairələrin ölkəmiz əlehinə siyasətinin davamıdır. Azərbaycanın strateji tərəfdaşı olan Polşa prezidentinin Bakı-İrəvan münasibətlərini gərginləşdirmək şousuna qatılması təssüf doğurur. Görünür rəsmi Varşava Paris və Vaşinqtonun maraqları əsasında xarici siyasətini formalaşdırmağa çalışır. Bu kimi qərəzli yanaşmalar Azərbaycanın prinsipial mövqeyinə təsir etmək iqtidarında deyil".
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...