Məlum olduğu kimi, ötən gün yenidən işğaldan azad edilmiş Cəbrayıl rayonuna köç karvanı yola salınıb. Bununla da artıq neçənci dəfədir ki, bu rayona və digər işğaldan azad edilmiş ərazilərə vətəndaşlarımız köçürülür. İşğaldan azad edilmiş torpaqlarda görülən işlər fonunda dövlətin mühüm siyasi strategiyaları əvəzsizdir. Bəs, görəsən işğal edilmiş rayonlardakı yaşayış strategiyası cəmiyyətimiz tərəfindən necə qiymətləndirilir? Bu layihələrin icrasından sonra daha hansı dövlət proqramlarının həyata keçirilməsi nəzərdə tutula bilər?
Məsələ ilə bağlı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Bakunews.az sayta açıqlamasında bildirib ki, Ermənistanın vandalizmi nəticəsində bir milyondan çox soydaşımız doğma yudrlarından zorla qaçqın vəziyyətinə düşüblər:
“Azərbaycan 27 sentyabr 2020-ci il beynəlxalq səviyyədə tanınmış ərazilərini işğaldan azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən İkinci Qarabağ Müharibəsi ölkəmizin tarixi zəfəri ilə başa çatdı və Ermənistan baş naziri məğlubiyyətlərinin rəsmiləşdirilməsi olaraq 10 Noyabr kapituliyasiya aktına imza atmağa məcbur oldu. İşğal dövründə Ermənistan Qarabağda vandalizim törətmiş, infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, ölkəmizin iqtisadiyyatına əhəmiyyətli dərəcədə zərər vurulmuşdur. Bununla yanaşı bir milyondan çox soydaşımız öz doğma yurdlarından zorla qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşlər. Artıq Azərbaycan dövləti hərbi, siyasi və iqtisadi gücünün təzahürü olaraq ərazi bütövlüyümüzü bərpa edib və işğaldan azad olunmuş ərazilərimiz genişmiqyaslı yenidən qurma işləri fonunda böyük qayıdışa şahidlik edir. Cənab Prezident İlham Əliyevin düzgün və milli maraqlarımıza söykənən siyasət strategiyası nəticəsində Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası sürətlə davam etdirilir”.
Deputat qeyd edib ki, "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunub:
“İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur. Dönüş proqramları çərçivəsində məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün müxtəlif sosial layihələr həyata keçirilir. Bu yeni yaşayış massivlərinin və zəruri sosial obyektlərin tikintisi əhatə edir. Bununla yanaşı bölgə iqtisadiyyatının canlandırılması kontekstində kənd təsərrüfatı, turizm, müxtəlif sənaye sahələrinə investisiyaların təşviq edilməsi istiqamətində hökumətimiz tərəfindən zəruri işlər həyata keçirilir.Tam əminliklə qeyd edə bilərəm ki, işğaldan azad olunmuş bölgələrdə sürətli yenidən qurma işləri nəticəsində insanların gələcəyə olan ümidləri artır, müasir infrastruktur və yaşam şərtlərinin yaxşılaşdırılması onların müsbət gələcəyə olan inamını gücləndir”.
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...