Milli Məclisin deputatı Günay Ağamalının
Büdcə müzakirəsində çıxışı
Hörmətli xanım sədr, hökumət üzvləri, həmkarlar və media mənsubları.
Cənab Prezident İlham Əliyevin çox böyük peşəkarlıq və zərgər dəqiqliyi ilə həyata keçirdiyi sosial-iqtisadi siyasət və ölkə iqtisadiyyatının dayanıqlı, davamlı inkişafı, büdcənin sosial xarakter daşıması ölkəmizin reallığını özündə ifadə edir. Mövcud risklər fonunda əldə olunan nailiyyətlər dövlət başçısının cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidir.
Ölkə rəhbərinin ötən illərdə uğurlu iqtisadi siyasəti iqtisadi inkişafın və əhalinin sosial rifahının yüksəlməsini təmin etmişdir. Azərbaycanda aparılan davamlı sosial islahatlar həyata keçirilmiş, sosial müdafiə sistemini gücləndirmək məqsədilə müxtəlif proqramlar hazırlanmışdır. Məhz bu səbəbdən hər il pensiyalar, müavinətlər və sosial ödənişlərin artırılması sosial ədalətin təmin edilməsinə zəmin yaratmışdır.
Diqqətinizə çatdırmaq istərdim ki, ölkəmizdə həyata keçirilən sosial layihələr sırasında Günərzi Qayğı və Reabilitasiya mərkəzlərinin qısamüddətli deyil, üzunmüddətliliyi səmərəli nəticələr verə bilərdi.
Bütün bunlarla yanaşı, Millət vəkili seçildiyim Salyan-Biləsuvar-Neftçala rayonlarında vətəndaşlarla keçirdiyim görüşlərdə önə çəkilən əsas məsələlərdən biri uşaq bağçalarının çatışmazlığı və əksəriyyət kəndlərdə tibbi məntəqələrin olmamasıdır.
Salyan rayonunun Ərəbqardaşbəyli kəndində və Biləsuvar rayonunun Əliabad kəndinin yeni yaşayış massivində qaz,
Neftçala rayonunun Aşağı Surra, Biləsuvar rayonunun Xırmandalı kəndlərində içməli su,
Neftçala rayonunun Aşağı Surra, Salyan rayonunun Sarvan kəndlərində və Biləsuvar rayonunun Əliabad kəndinin yeni yaşayış massivində yol problemləri mövcuddur. Hər 3 rayonda yeni iş yerlərinin açılması da kifayət qədər aktualdır.
Ümidvaram ki, 2025-ci il büdcəsinin dəqiqləşdirilməsində və növbəti illərdə büdcənin hazırlanmasında hökümətimizin diqqətinə çatdırdığım bu problemlər öz həllini tapacaqdır.
2025-ci ilin sosial-iqtisadi prioritetlərini ehtiva edən büdcə layihəsini müsbət qiymətləndirir və hökumət üzvlərinə fəaliyyətlərində uğurlar diləyirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
27 noyabr 2024-cü il
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...