Azərbaycan COP29-a uğurla ev sahibliyi etdi. Bunu ölkəyə gələn dövlət və hökumət başçıları çıxışlarında da təsdiqləyirlər.BMT-nin belə mötəbər, qlobal əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi təsadüfi deyil. Bu, beynəlxalq aləmdə Azərbaycana hörmətin, onun qlobal əhəmiyyətli müxtəlif energetika, nəqliyyat və başqa layihələrdə oynadığı müsbət rola verilən dəyərin göstəricisidir. Ona dost olanlar və dost olmayanlar da tədbirin Bakıda keçirilməsinə razılıq veriblər. COP29-un Bakıda reallaşmasına Ermənistanın razılıq verməsi də Azərbaycanın müsbət nüfuzunun rəsmi İrəvan tərəfindən qəbulu, etirafıdır. Bir sözlə, bu, rəsmi Bakının yürütdüyü siyasətin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanmasının nəticəsidir.
Bakıda keçirilmiş COP29 İqlim Dəyişiklikləri Konfransı iqlim diplomatiyasında dönüş nöqtəsi kimi yadda qaldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizə beynəlxalq ictimaiyyətin göstərdiyi yüksək etimadın göstəricisidir. Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal liderlik mövqeyi keçirilmiş bu tədbirin uğurla başa çatmasında açıq şəkildə özünü göstərdi.
Konfransda 80-dən çox dövlət və hökumət başçısı, 76 mindən çox iştirakçı qatıldı. “Bakı Maliyyə Məqsədi” adı ilə məşhurlaşan tarixi qərar inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər illik 1,3 trilyon ABŞ dolları məbləğində maliyyə dəstəyinin ayrılmasını təmin etdi. Bununla yanaşı, karbon bazarlarının işə salınması ilə bağlı çoxdan gözlənilən razılıq əldə edildi. Bu, həm inkişaf etməkdə olan ölkələr üçün maliyyə resurslarına çıxış imkanlarını artıracaq, həm də iqlim dəyişiklikləri ilə mübarizədə qlobal səyləri sürətləndirəcək.
Azərbaycanın “Yaşıl dünya naminə həmrəylik” şüarı altında yürütdüyü ədalətli və şəffaf moderatorluq, konfransın tarixi nəticələrə nail olmasında mühüm rol oynadı. Xüsusilə, inkişaf etməkdə olan ölkələrin, kiçik ada dövlətlərinin və ekoloji fəlakətlərin təsirinə məruz qalmış ərazilərin ehtiyaclarını diqqət mərkəzində saxlamaqla Azərbaycan qlobal həmrəylik nümunəsi göstərdi.
COP29 çərçivəsində “İtki və Zərər Fondu”nun tam işlək vəziyyətə gətirilməsi Bakı Sammitinin mühüm nailiyyətlərindən biri oldu. Bu fond, iqlim dəyişikliklərinin təsirlərindən əziyyət çəkən icmalara dəstək məqsədini daşıyır və onun 2025-ci ildə maliyyə vəsaitlərinin paylanmasına başlanması nəzərdə tutulur. Bundan başqa, iqlim diplomatiyasının çətin şəraitində “Bakı Maliyyə Məqsədi” razılaşmasının əldə olunması Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu daha da artırdı.
COP29 Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında həm təşkilatçılıq, həm də diplomatiya bacarıqlarını bir daha təsdiqlədi. Bu konfrans təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə ölkəmizin mövqeyini gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Gələcək nəsillər üçün daha davamlı, ədalətli və yaşıl dünya qurmaq yolunda Bakı COP29-un irsi unudulmaz olacaq.
Bu uğur Azərbaycanın qlobal arenada daha böyük təşəbbüslərlə çıxış etmək potensialını göstərir və ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizədə ön sıralarda yer aldığını sübut edir. Bakıda atılan bu addımlar, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda, birgə səylərin vacibliyini bir daha xatırladır.
Adil Axundov,
YAP Göygöl rayon təşkilatı üzrə Əlimədədli kənd ərazi partiya təşkilatının sədr müavini
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...