Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Azərbaycanın COP29 zəfəri

2024-11-26 17:31:22 247 baxış
Xəbər şəkil

 

Artıq başa çatan COP29 Azərbaycanın beynəlxalq müstəvidəki böyük siyasi qələbəsi, irimiqyaslı diplomatik uğuru oldu. Dünya bir daha bizim imkan və bacarıqlarımızın, dövlət və qeyri-hökumət sektorunun harmonik əməkdaşlığının, vətəndaşlarımızın intellektual səviyyəsinin, ümumilikdə isə insan potensialımızın gücünün və perspektivlərinin şahidi oldu. İştirakçıların kütləviliyi və beynəlxalq aləmin diqqətini özünə cəlb etməsinə görə COP29 şübhəsiz ki, bu qəbildən olan ən uğurlu mötəbər əhəmiyyətli tədbirlərdən biri kimi tarixə düşdü. 
Azərbaycanın "yaşıl gündəliy"i, multikulturalizm siyasəti və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr dayanıqlı inkişaf yolunda olduğumuzu bir daha təsdiqlədi, ölkəmizin öz tarixini və milli maraqlarını qoruyaraq qlobal proseslərə necə fəal şəkildə qoşulduğunu göstərdi. Bu yanaşma Azərbaycanın enerji və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirərək COP29-un keçirilməsi üçün ideal bir platforma təqdim etdi. 
Bu gün Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və onları gücləndirmək, eləcə də həmrəyliyi möhkəmləndirmək imkanını yaradır. Dövlət başçısı Liderlər Sammitindəki çıxışında bu məsələni önə çəkərək demişdir: "Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib". 
Bakıda yüksək səviyyədə keçirilən COP29-u səciyyələndirən mühüm xüsusiyyətlərdən biri odur ki, Azərbaycan qlobal ekoloji problemlərin çözümü üçün təşkil edilmiş konfransa təkcə evsahibliyi edən tərəf deyildi. Ölkəmiz bu beynəlxalq müstəvinin yaratdığı imkanlardan maksimum yararlanaraq bərpaolunan, yaxud ekoloji cəhətdən təmiz enerji mənbələrinin istismarı sahəsində ciddi addımlar atmağa nail oldu. COP29 çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış şirkətlərlə imzalanan müqavilə və sazişlər Azərbaycanda nəinki enerji hasilatı, habelə bütün iqtisadiyyatın tədricən və ardıcıl şəkildə yaşıl formata keçidini təmin edəcək. Bu, illərdir dünyaya neft və qaz ixrac edən, neft hasilatı istiqamətində əsryarımlıq tarixi, bir sıra ilklərin vətəni olan bir ölkə üçün inqilabi göstəricidir. 
Zəngin neft resursları ilə tarixən enerji ölkəsi kimi tanınmış respublikamız hazırda "yaşıl enerji"yə keçid sahəsində nümunələr yaradaraq ənənələrini qoruyub inkişaf etdirir. Eyni zamanda qlobal miqyasda bu istiqamətdə təşəbbüslərə real layihələrlə böyük faydalar verir. Hazırda Azərbaycan istifadə etdiyi elektrik enerjisinin cəmi 6 faizini bərpaolunan mənbələrindən əldə edir. 2030-cu ildə ölkəmiz bu sahədə 34 faizlik göstəriciyə nail olmağı hədəfləyir. Bu həm hazırda elektrik enerjisinin istehsalı üçün tələb olunan xammala qənaət, həm də ətraf mühitin təmizliyi baxımından ciddi göstərici olmaqla yanaşı, aylardır "neft ölkəsi iqlim dəyişmələrinə dair konfransı necə keçirə bilər" hədyanlarını qaldıran dairələrə və dövlətlərə verilmiş tutarlı cavabdır. Bu, dövlətimizin beynəlxalq öhdəliklərə verdiyi önəm və töhfə, hökumətimizin çevikliyi və novatorluğa adaptasiya bacarığı ilə paralel, xalqımızın intellektual səviyyəsi və potensialının dünyaya nümayişidir.  
Ölkəmizin etibarlı tərəfdaş qismində çıxış etməsi beynəlxalq aləmdə siyasi çəkimizin də artmasına səbəb olub. Azərbaycan faktiki olaraq iqtisadi imkanlarını siyasi kapitalın toplanmasına, beynəlxalq imic və nüfuzunun yüksəlməsinə yönəltməyi bacarmış nadir dövlətlərdən biridir. Geosiyasi platformada əldə etdiyimiz bütün nailiyyətlər və onların məntiqi sonluğu olaraq qazandığımız Qarabağ zəfəri təkcə iqtisadi resurslara malik olmağımızla bağlı deyil, bu imkanları optimallıqla sərfiyyatın və daima etibarlı tərəfdaş statusunda çıxış etməyimizin bəhrəsidir. Bunun nəticəsidir ki, Azərbaycan hazırda Avropanın 10-a yaxın ölkəsini mavi yanacaqla təmin edir və "qoca qitə"dəki ixrac coğrafiyamız getdikcə genişlənir. Təsadüfi deyildir ki, ixrac arxitekturasının şaxələnməsini bizdən məhz Avropanın rəhbərləri xahiş edirlər. Bu gün bəzi Avropa dövlətlərinin Azərbaycana münasibətdə qərəzli yanaşmaları, COP29-a qarşı qarayaxma kampaniyasının önündə olmaları qazandığımız uğurlar müqabilində həm də onların məğlubiyyətlərini etiraf etmələridir. 
COP29-dan əldə etdiyimiz simvolik qələbənin ən mühüm tərəfi isə 4 il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli, mətin ordumuzun azad etdiyi torpaqlarımızla bağlıdır. Dövlət başçısının qlobal tədbirin açılışındakı çıxışında xüsusi vurğuladığı layihələrdən biri -  BP şirkəti ilə 240 meqavatlıq günəş enerjisi stansiyasının tikintisi azad edilmiş Cəbrayılda gerçəkləşəcək. Qarşıdakı illərdə bu stansiya xüsusi kabel vasitəsilə Avropaya "yaşıl enerji" ixrac edəcək mənbələrdən biri olacaq. Bu, xalqımızın 30 ilə yaxın müddətdə torpaqlarının azadlığı uğrunda savaşla yanaşı, bizə qarşı aparılan ədalətsiz mübarizədə əldə etdiyi daha bir zəfərdir. Bir vaxtlar boz və qaranlıq ərazi, hazırda isə ekoloji amilləri nəzərə almaqla həyata keçirilən modern layihələr meydanı olan Qarabağ və Şərqi Zəngəzur Avropa üçün işıq mənbəyi rolunda çıxış edəcək. COP29-da əldə etdiyimiz qələbələrdən biri də məhz budur, bu nailiyyətimizi dünyaya göstərə bilməyimizdir.  

Aqşin Babayev,
YAP Salyan rayon təşkilatının sədr müavini





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19