Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Bu gün Kəlbəcər yenidən qurulur, gözəlləşir, öz əvvəlki simasına qayıdır

2024-11-24 21:57:38 163 baxış
Xəbər şəkil

 

Bu gün işğaldan azad edilən hər bir şəhər və rayonumuz kimi Kəlbəcər də yenidən qurulur, gözəlləşir, öz əvvəlki simasına qayıdır. Özünün quruculuq-abadlıq dövrünü yaşayan Kəlbəcərdə ötən 4 il ərzində yaradılan infrastruktur tezliklə kəlbəcərlilərin də öz dədə-baba yurdlarına qayıdacağından xəbər verir.
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il, 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğala məruz qalıb. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və xeyli sayda vətəndaşımız itkin düşüb. Bununla yanaşı ermənilər Kəlbəcərin yeraltı və yerüstü sərvətlərini də talayaraq tarixi-mədəni abidələrimizi tamamilə məhv ediblər. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil talan edilib, dağıdılıb və Kəlbəcərin milyardlarla manat həcmində sərvəti Ermənistana daşınıb. Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub. Ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlər məqsədli şəkildə talan edilib. Bütün bunlarla kifayətlənməyən  ermənilər Kəlbəcəri boşaldarkən  belə öz vandallıqlarını nümayiş etməkdən utanmadılar.  Ağacları kəsdilər, evlərə, meşələrə od vurdular. Bu, əsl ekoloji terrordur.
Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğala məruz qalmasından sonra BMT Təhlükəsizlik Şurası tərəfindən 30 aprel 1993-cü il tarixində 822 saylı Qətnamə qəbul edilsə də, nə Ermənistan bu sənəddəki tələblərə məhəl qoymuş, nə də beynəlxalq təşkilatlar bununla əlaqədar əsaslı tədbir görmüşdür.
Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Azərbaycan həm öz ərazi bütövlüyünü bərpa etdi, həm də beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhülkəsizlik Şurasının qərarlarının icrasını təmin etdi. 2020-ci il, noyabrın 10-da Ermənistanın kapituliyasiyasını özündə əks etdirən 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan azad edildi. Bu Azərbaycanın Müzəffər Ali Baş Komandanının həm döyüş meydanı, həm də diplomatik cəbhədə qalibiyyətinin təcəssümü idi. Cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi və dəmir yumruğu ilə torpaqlarımız işğaldan azad edildi. 
Ulu öndər Heydər Əliyev Kəlbəcər rayonu haqqında danışarkən bu bölgənin təbiətinin zənginliyinə xüsusi vurğu edirdi: “Kəlbəcər Azərbaycanın çox dəyərli gözəl guşəsidir. Böyük əraziyə malik Kəlbəcər rayonu Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir. Çox zəngin təbiəti, tarixi abidələri mövcuddur. Allah Kəlbəcərə hər cür nemətlər-gözəl təbiət, zəngin sərvətlər  veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yerüstü sərvətləri, həm yeraltı sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir.  O gün gələcəkdir ki, Kəlbəcər Ermənistan silahlı qüvvələrinin işğalından azad olunacaq və Kəlbəcər sakinləri öz doğma yurdlarına qayıdacaqlar”.
Ata vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev isə 2021-ci il 16 avqustda azad Kəlbəcərə ilk səfərində rayonun təbiətinin füsunkarlığına heyranlığını belə ifadə etmişdi: “Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan. Bundan sonra daha da cənnətə çevriləcəkdir”.
Bəli, bu gün işğaldan azad edilmiş Kəlbəcər indi yenidən qurulur. Kəlbəcər şəhərində hazırda ümumilikdə 202 mənzildən ibarət binalar inşa edlib yekunlaşmaqdadır. Tarixi qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilib. Artıq müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin icrası sürətlə davam edir. Kəlbəcərli fermerlər, arıçılar yay mövsümündə təsərrüfatlarını doğma yurdlarına köçürürlər. Əhalinin bu il yeni inşa olunan Kəlbəcər şəhərinə köçürülməsinə start veriləcək. Ulu öndər Heydər Əliyevin bir zamanlar böyük uzaqgörənliklə dedikləri reallaşır-kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar. 

İnqilab Abdullayev,
Salyan rayon Sarvan kənd Folklor evinin müdiri, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19