Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Sorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı

2024-11-10 11:40:25 263 baxış
Xəbər şəkil

 

Beynəlxalq təşkilatlar çərçivəsində istədiklərini əldə edə bilməyən həmin qüvvələr daha da cılızlaşaraq, indi də özünü ekofəal adlandıran 21 yaşlı Qreta Tunberqə möhtac olublar
 

Noyabrın 11-25-də Bakıda keçiriləcək COP29 anti-Azərbaycan qüvvələrə fürsət verib. Bu dəfə daha bir “ekoloq” gözlənilmədən ortaya atılıb. Söhbət 21 yaşlı isveçli ekofəal Qreta Tunberqdən gedir. Gürcüstanda seçkilərdən sonra nədənsə müxalifətə dəstək vermək üçün Tiflisə gələn Qreta yenə də Azərbaycana dil uzadıb.  

“Turan”ın xəbərinə görə,  “Blankspot” nəşrinə  müsahibə verən ekofəal bu dəfə də özünü “siyasətçi” kimi sınamaq istəyib, yaşından və başından böyük danışıb. Azərbaycanın quru sərhədlərinin niyə bağlı qalması haqda rəsmi Bakının mövqeyini “unudan” Tunberq “hava limanı olmadan başqa yolla ölkəyə giriş-çıxış edə bilmir, hətta oraya getməli olsaydım belə, bunu etməzdim” deyib. Qreta Tunberq Tiflisdən sonra nədənsə Ermənistana da getmək eşqinə düşüb. 

COP29-la bağlı da ağlına gələni danışan gənc qızcığaz   deyib ki, “iqlim sammitindən heç bir gözləntisi yoxdur”. Qreta onun səfərini və görünür, Ermənistana da müəyyən niyyətlə aparan dairələr ekologiyadan deyil, anti-Azərbaycan mövqeyini bəyan etməsini istəyiblər. “Hər gün adamların repressiyalar və hüquq pozuntuları ilə üzləşdiyi ölkələrdə iqlim haqqında danışa bilmərik”, - o deyib.

Qreta ötən ilin yazında Hollandiya polisi onu saxlamasına Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyinə də nankor münasibət bəsləyib.  Yada salaq ki, XİN iqlim fəallarına sərbəst nümayişlər keçirmək imkanı verilməsinin vacibliyini bildirmişdi. 

Rusiyadan qaz almadığı üçün kömür yandırmağa, AES-ləri yenidən işə salmağa məcbur olan bəzi Avropa ölkələrini nədənsə görməzdən gələn “iqlim dəyişikliyi fəalı” Qreta Tunberq bundan bir müddət əvvəl də Bakıdan “bütün siyasi məhbusların azad edilməsini” tələb edib.

Qreta Tunberqin ulduzu 2019-cu ildə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxışı ilə parlayıb. BMT tribunasından dünya liderlərini “onun uşaqlığını oğurlamaqda ittiham edən” isveçli ətraf mühit fəalının tezliklə kimlərinsə “danışan dili”, “maşası” olması barədə informasiyalar tirajlandı. Bir çoxlarında “Qreta Tunberqin arxasında kim dayanır, kim yönləndirir və bundan kimlər faydalanır” sualı yarandı.

Qretanın özü iddia edirdi ki, o, “yalnız özü üçün danışır” və heç kimin layihəsi deyil. Bütün bu piar işini onun uğursuz opera ifaçısı olan anası Malena Ernmanın düşündüyü də deyilir. O, dəfələrlə populyarlığının olmamasından şikayətlənib. Nəhayət, qadın psixi sağlamlığı yerində olmayan, emosional davranışına görə məktəbdən uzaqlaşan qızında yeni obraz yaradaraq məşhurluğa çatıb.

Bir çox mənbələr Qretanın Corc Sorosun “kuklası” olduğunu deyir. Bəs Avropadakı hazırkı fəlakətli ekoloji vəziyyəti görməzdən gələn Qretanın COP29 ərəfəsi “qaza gəlməsi” təsadüfi deyil. Aydındır ki, bu, Qretadan istifadə edən qüvvələrin işidir.

gunay agamali.jpeg (96 KB)

Günay Ağamalı 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a açıqlamasında anti-Azərbaycan qüvvələrin getdikcə daha da cılızlaşdığını bildirdi: “Bir neçə gündən sonra Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın Tərəflər Konfransının 29-cu sessiyasına, COP29-a ev sahibliyi edəcək. Sözügedən tədbir qlobal müstəvidə kifayət qədər izlənilən və planetimiz üçün taleyüklü məsələlərin müzakirə olunacağı əhəmiyyətli bir platformadır. Çünki konfrans zamanı qəbul ediləcək qərarlar növbəti tədbirə qədər dünya ölkələrinin iqlim siyasətinin əsasını təşkil edəcək. Lakin çox təəssüf hissi ilə qeyd edirəm ki, hazırda anti-Azərbaycan qüvvələr, xüsusilə erməni lobbisinin fəal şəkildə təmsil olunduğu ABŞ və Fransa kimi ölkələrdə Azərbaycanın COP29-a ev sahibliyi ilə əlaqədar mənfi rəylər formalaşdırılmağa çalışılır. Biz hər gün müxtəlif istiqamətlərdən qarayaxma kampaniyalarının şahidi oluruq. Bu, sadəcə, ölkəmizin uzun illərdir üzləşdiyi ikili standartların növbəti dalğasıdır. Beynəlxalq təşkilatlar çərçivəsində istədiklərini əldə edə bilməyən həmin qüvvələr daha da cılızlaşaraq, indi də özünü ekofəal adlandıran 21 yaşlı Qreta Tunberqə  möhtac olublar. Artıq heç kimə sirr deyil ki, o, bu kimi fəaliyyətləri müəyyən qonorar qarşılığında həyata keçirir. Əgər həqiqətən bu şəxs ekofəal kimi fəaliyyətində səmimi olsaydı, biz onu Laçın-Xankəndi yolunda Ermənistanın ekoloji terroruna qarşı keçirdiyimiz aksiyalar zamanı görərdik. Bu tip qərəzli yanaşmaların ardında birmənalı olaraq erməni lobbisi və regionda maraqları olan qüvvələr dayanır. Lakin bütün bunlar nəticəsi olmayan addımlardır və ölkəmizin yüksələn nüfuzuna kölgə salmaq iqtidarında deyil. Hər birimiz tam əminik ki, Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə növbəti sədrliklərə doğru uğurla addımlayacaq”.

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Azərbaycanın bu tədbiri ən yüksək səviyyədə keçirəcəyini qeyd etdi: “Azərbaycanda hər dəfə mötəbər beynəlxalq tədbirlər keçirilən ərəfələrdə qarayaxma, şantaj, iftira və böhran kampaniyaları artır. Azərbaycana qarşı olan qüvvələr  həmin fürsətdən istifadə edərək ölkəni gözdən salmağa və keçirilən mötəbər tədbirlərin əhəmiyyətinə kölgə salmağa çalışırlar. Noyabrın 11-21 arası Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikləri konfransına, COP29-la da bağlı bəzi mənfur dairələrin eyni hərəkətlərinin şahidi olmaqdayıq. Bu qlobal təhlükəsizlik üçün vacib əhəmiyyət kəsb edən COP29-un siyasiləşdirilməsinə edilən cəhdlər, bundan təzyiq aləti kimi istifadə təşəbbüslərin bir mərkəzdən idarə olunduğu şübhə doğurmur. Özünü ekofəal adlandıran Qreta Tümberin hətta bu kampaniyaya cəlb edilməsi acizliyin əlamətidir. Azərbaycanı ləkələmək istəyən çevrələr o qədər zəifdirlər ki, Qretanın ümidinə qalıblar. Sizin də dediyiniz kimi, həmin Qreta Sorosun maliyyəsi ilə qidalanaraq müxtəlif ölkələrə ezam edilib təxribatla məşğul olur. Onun guya Gürcüstandakı ictimai-siyasi proseslərə hansı təsiri oldu ki? Gürcüstan müxalifətinə heç bir köməyi olmadı və ola da bilməzdi. Təbii ki, istər Qreta olsun, istərsə də onu maliyyələşdirənlər, məlumatlandıran və danışdıranların özləri olsunlar, Bakıda keçiriləcək COP29 konfransının işinə də mane ola, nə də tədbirin beynəlxalq əhəmiyyətinə də zərrə qədər kölgə sala bilməyəcəklər. Azərbaycan bu tədbiri yüksək səviyyədə keçirəcək və burada qəbul olunan qərarlar da planetimizin qorunmasında mühüm rola malik olacaq. Aydındır ki, dünyanın diqqəti hazırda Azərbaycandadır və bu konfrans qlobal xarakter daşıdığından Qretaların cəhdləri də fiaskoya uğrayacaq. Sorosun maliyyəşdirdiyi siyasilərin və təşkilatların öz ölkələrində hansı fəsadları törətdiyi göz qabağındadır. Gürcüstanda, Ukraynada, indi də Ermənistanda və s. ölkələrdə yaranmış vəziyyət çox şeylərdən xəbər verir. Ermənistanın baş naziri Paşinyanla Qareta eyni məktəbin yetirmələridir. Görünür, Qretaya təlimat elə verilib”.





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19