image image

"Qərb Azərbaycana qarşı münasibətdə hüquq bərabərliyi və qarşılıqlı etimad prinsiplərinə əhəmiyyət vermir" - DEPUTAT

image

 

Avropa İttifaqının ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etməsi bir neçə amillərlə şərtlənir. Azərbaycan yaxın günlərdə COP29 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi edəcək. Bu ilk öncə ölkəmizin beynəlxalq müstəvidə qazandığı nüfuzun göstəricisi olmaqla yanaşı dünya ictimaiyyətinin COP29 zamanı diqqətinin Azərbaycanın üzərinə fokuslanacağı deməkdir. Azərbaycanın Beynəlxalq arenada artan imicini gözü götürməyən Avropa İttifaqı və ümumilikdə kollektiv Qərb öz qərəzli, anti-Azərbaycan mövqeyindən əl çəkmir".

 

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.

 

Deputat qeyd edib ki, Azərbaycanın regiondakı geosiyasi rolu, qonşu ölkələrlə münasibətləri və müstəqil, balanslaşdırılmış xarici siyasət strategiyası Avropa siyasi dairələrinin maraqları ilə ziddiyyət təşkil edir. Bir məqamı xüsusi olaraq qeyd etmək istərdim ki, regionda iqtisadi və siyasi maraqları olan Qərb ölkələri Azərbaycan və Ermənistan arasında sülhün və təhlükəsizliyin təmin olunmasına maraq göstərmirlər. Bu gün də eyni siyasət davam etməkdədir. Missiya adı altında Ermənistanda məskunlaşan Avropa gücləri bölgədə mövcud status-kvonu gərginləşdirməklə yanaşı, həm də ölkəmizə qarşı plasdarm kimi istifadə edirlər. Bu baxımdan Qərbdən səsləndirilən sülhlə bağlı istənilən çağırışlar qeyri-səmimidir".

Deputat vurğulayıb ki, beynəlxalq ticarət yollarında olan diversifikasiyalar, xüsusilə Hind okeanı və Qırmızı dəniz üzərində Yəmən Husilərinin fəaliyyəti Avropa ölkələrinində ciddi narahatlıq yaradır:

"Alternativ olaraq Azərbaycanın coğrafi mövqeyi, enerji resursları və təbii sərvətləri Qərb üçün çox cəlbedicidir. Lakin, Qərb Azərbaycana qarşı münasibətdə hüquq bərabərliyi və qarşılıqlı etimad prinsiplərinə əhəmiyyət vermir. Onların niyyəti Azərbaycanın o cümlədən, regionun maraqlarını nəzərə almadan ekspionist siyasəti həyata keçirtməkdir. Azərbaycana qarşı qərəzli mövqe tutan və təsisatları vasitəsi ilə ölkəmizə qarşı yönəltdikləri qarayaxma heç bir nəticə verməyəcək. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə çatacaq və yeni-yeni zirvələr fəth edəcəkdir"





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...