image image

"Zəngəzur dəhlizinin açılması ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirəcək" - Günay Ağamalı ilə MÜSAHİBƏ

image

 

"Zəngəzur dəhlizinin açılması ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirəcək" - Günay Ağamalı ilə MÜSAHİBƏDeputat Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Sonxeber.az-ın suallarını cavablandırıb.

 

- 44 günlük Vətən müharibəsində və 1 günlük anti-terror əməliyyatları zamanı ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu. Bu gün məcburi köçkünlərimiz mərhələli şəkildə öz doğma yurdlarına geri qayıdır. Bu gün qarşıya qoyulan hədəflər Zəngəzur dəhlizinin aşılması və qərbi azərbaycanlılarında öz torpaqlarına geri qayıtmasıdır. Qərbi azərbaycanlılar öz torpaqlarına geri qayıdana qədər 2005-ci ildə ləğv edilən qaçqınlıq statusu yenidən bərpa oluna bilərmi?

- Biz 44 Günlük Vətən Müharibəsində və antiterror əməliyyatı zamanı ölkəmizin gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdik. Bu gün Azərbaycan Cənubi Qafqazda söz sahibidir. Bütün təhdidlərə, qərəzli münasibətlərə baxmayaraq yenilməzliyimizi ortaya qoyduq. Zəngəzur dəhlizinin açılması ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirirməklə yanaşı, həm də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını nəqliyyat-kommunikasiya blokadasından çıxaracaq. Qaçqınlıq statusu məsələsi qanunvericiliklə tənzimlənən məsələdir.

- Günay xanım, illər boyu düşmənçilik şəraitində yaşamış iki xalqın birgə yaşayışı ilə bağlı müəyyən problemlər çıxa bilər, bu, aydındır. Bu proses necə tənzimlənməlidir?

- Əlbətdə ki, əsrlər boyu bizimlə düşmənçilik ənənəsini davam etdirən ermənilərlə birgə yaşamağımıza ilk öncə psixoloji hazırlıq olmalıdır. Bu sadə məsələ deyil. Azərbaycan Respublikasının ərazisində yaşayan hər bir kəs onun qanunlarına və konstitusiyayasına tabe olmalıdır.

- Bu gün təklif olunan məsələlərdən biri də qərbi azərbaycanlıların Xankəndinə köçürülməsidir. Sizin bu barədə düşüncələriniz bizim üçün çox maraqlıdır.

- Təbii ki, hər bir Azərbaycanlının Xankəndidə yaşamaq istəyi qəbul ediləndir, o cümlədən də Qərbi Azərbaycanlıların. Lakin zənnimcə Qərbi Azərbaycanlıların öz dədə-baba yurduna dönmələri daha məqsədəuyğundur. Qərbi Azərbaycana qayıdış dövlət siyasətinin prioritetlərindəndir. Buna görə də yurd həsrətinə son qoyulması üçün Cənab Prezidentimizin ətrafında sıx birləşməli, həmrəy olduğumuzu bir daha nümayiş etdirməliyik. Biz 30 il Qarabağ həsrəti ilə yaşadıq, hamımız Qarabağlı olduq və Qarabağı və Şərqi Zəngəzuru qaytardıq. Bu gün isə hər birimizin Qərbi Azərbaycanlı olmaq zamanıdır və bu ümummilli məsələdir.

- Qərbi azərbaycanlılara dəyən zərərə görə Ermənistana təzminat davası açılacaqmı?

-Son 200 ildə Qərbi Azərbaycanlılar erməni vəhşiliyinə məruz qalaraq dəfələrlə deportasiya olunub, pərən-pərən salınıblar. Rəsmi Ermənistan buna görə hüquqi məsuliyyət daşıyır və dəymiş ziyanın təzminatını ödəməlidir.

-Qərbi azərbaycanlılar başına açılan müsibətləri əks etdirən abidə və yaxud muzeyin açılmasına ehtiyac varmı?

- Vətən savaşından keçən qısa zaman kəsiyində paytaxtımızda Qənimətlər Parkı salındı. Bu parkın salınması düşmən üzərində Zəfərimizi özündə ehtiva edən müqəddəs ocağa çevrildi. Dediyim ki, qərbi Azərbaycanlılar əsrlər boyu ermənilərin deportasiyalarına məruz qalıb, min bir zülmlərlə qarşılaşıb. Zülm və deportasiyaları özündə əks etdirən abidə yaxud muzeyin açılması məqsədə uyğun olardı.

- Qərbi azərbaycanlılar doğma yurdlarına hansı ölkənin vətəndaşı kimi köçürüləcək? Azərbaycan və ya Ermənistan vətəndaşı kimi?

- Qərbi Azərbaycan Azərbaycanın tarixi və əzəli torpağıdır. Bu səbəbdən də hesab edirəm ki, soydaşlarımızın doğma yurdlarına qayıtması, elə Azərbaycan vətəndaşı kimi qəbul edilməlidir.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...