image image

Zəngilan mühüm nəqliyyat qovşağıdır.

image

       

    Zəngilan işğaldan azad ediləndən dərhal sonra Prezident cənab İlham Əliyev düşməndən təmizlənən bütün ərazilərdə olduğu kimi, bu rayonda da  bərpa-quruculuq  layihələrinin reallaşdırılmasını diqqət mərkəzində saxladı. Prezident cənab İlham Əliyev  hər dəfə bu və ya digər rayona səfər edərkən görülən işlərlə yerindəcə tanış olub, hazır olan obyektlərin açılışını edir, yenilərinin təməlini qoyur.  Zəngilan 2020-ci ilin 20 oktyabrında işğaldan azad olunduqdan sonra dekabrın 23-də Azərbaycan Prezidenti cənab  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna səfər ediblər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Erməni barbarlığının qurbanı olan Zəngilanda  dövlətimizin başçısının rəhbərliyi ilə tikinti işləri geniş vüsət aldı, yüksək texnologiyaların tətbiqinə start verildi.
     Zəngilan Azərbaycanın ən gözəl diyarlarından biridir. Təbiəti, meşələri, çayları, gölləri sarıdan çox əlverişli yerdir və müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Belə ki, “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Artıq 2022-ci ilin may ayında burada inşa edilən 200 fərdi evə ilk sakinlər köçürülüb və  daha 150 ev tikilib. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər strateji əhəmiyyətli layihələrdən biri də uzunluğu 124 kilometr olacaq 6 zolaqdan ibarət Zəngilan-Horadiz avtomobil yoludur. Zəngilan rayonunun mühüm nəqliyyat qovşağı kimi rolu Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən strateji planlarla birbaşa bağlıdır. Rayonun coğrafi mövqeyi onu nəqliyyat və logistika baxımından xüsusi önəmli edir, çünki Zəngilan Ermənistan, İran və Azərbaycanın digər bölgələri ilə sərhəddə yerləşir. Bu, regionun beynəlxalq yükdaşımalarında və tranzit ticarətində mühüm əhəmiyyətə malik olmasına imkan yaradır. Sözsüz ki, burada icra olunan böyük layihələrdən biri də  Zəngilan hava limanıdır. Zəngilan Beynəlxalq Hava Limanı azad edilmiş torpaqlarımızda ikinci hava limanı kimi tikilib. Zəngilan Hava Limanı eyni zamanda Azərbaycanın qədim tarixi torpaqları olan Zəngəzur və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək, həmçinin regionda da böyük, möhtəşəm bir logistik habın yaradılmasına imkan verəcəkdir. 
     Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Zəngilanın gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcəyi nəzərdə tutulub.
     Məlumdur ku, ən əhəmiyyətli layihələrdən biri Azərbaycan, Ermənistan və Rusiyanın    2020-ci ilin noyabrında imzaladığı üçtərəfli bəyanata əsasən, açılması nəzərdə tutulan Zəngəzur dəhlizidir. Bu dəhliz Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək, daha sonra Türkiyə ilə birbaşa nəqliyyat əlaqəsi yaradır. Zəngəzur dəhlizi həm də bölgədə ticarət yollarını yenidən canlandıraraq regional iqtisadiyyata böyük təsir göstərəcək. Azərbaycanın İranla sərhədinin Zəngilan rayonunda yerləşməsi də ölkəyə regional nəqliyyat xətləri üzərində mühüm strateji üstünlük verir.
     Zəngilanda yeni yolların, hava limanının və dəmir yollarının inşası Azərbaycanı yalnız regionda deyil, qlobal ticarət və nəqliyyat əlaqələrində də mərkəzi bir oyunçuya çevirir. Bu infrastruktur layihələri təkcə iqtisadiyyat üçün deyil, həm də bölgədəki siyasi sabitlik və təhlükəsizlik üçün vacibdir. Regionda inşa edilən beynəlxalq hava limanı həm mülki, həm də kommersiya nəqliyyatı üçün əhəmiyyətli bir mərkəz olacaq və yüklərin sürətli daşınmasına, sərnişin axınının artmasına şərait yaradacaq.
      Zəngilanın nəqliyyat qurşağı kimi əhəmiyyəti onun coğrafi mövqeyindən, tarixi şəraitindən və iqtisadi potensialından irəli gəlir. Bu rayonun yenidən qurulması və logistika mərkəzi kimi inkişafı həm Azərbaycanın, həm də Cənubi Qafqaz regionunun inkişafında əhəmiyyətli rol oynayacaq.


Heydər Quliyev,
Salyan RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları
və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, 
            Vətən müharibəsi iştirakçısı





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...