Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dövlətçilik siyasəti əslində ona soy-kökündən, Ümummilli Lider Ulu Öndər Heydər Əliyev məktəbindən miras qalmışdır, desək, daha doğrudur, ata-oğulun vəhdət təşkil edən həmin siyasətinin canlı şahidi olduğumuz üçün nə qədər fəxr etsək azdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlətinin inkişafı və Dünya miqyasında tanıdılması missiyası atadan-oğula ötürülən əvəzsiz siyasətin bir parçasıdır ki, illərdir bu siyasi istiqamət üzərində irəliləyən cənab İlham Əliyev bu dövlətçilik siyasətini yerinə yetirməklə yanaşı, Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, yeniləşdirmək və modernləşdirmək üçün bütün qüvvəsi ilə mübarizə aparmaqdadır.Və bu müqəddəs siyasət Ulu Öndərin Azərbaycan xalqına miras qoyduğu ən qiymətli ərmağandır. 2003-cü ildə səhhətində ciddi problemlər yaranan vaxtlarda belə öz sağlamlığını deyil, xalqını və Azərbaycanın firavan gələcəyini fikirləşən böyük qəlbli şəxsiyyət Heydər Əliyev ictimai rəyə və ümumxalq mövqeyinə əsaslanmaqla Azərbaycan xalqına müraciət edərkən cənab İlham Əliyevi ölkəyə rəhbərlik etməyə qadir lider kimi gördüyünü bildirmişdir.Bu dəyərli siyasət Cənab İlham Əliyev tərəfindən çox möhtəşəm şəkildə davam və inkişaf etdirilir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev xalqa müraciətində böyük uzaqgörənliklə demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.Ulu Öndər Heydər Əliyevin Vətən, xalq, Türk dünyası qarşısında çoxsaylı xidmətinin ən böyüyü özündən sonra qurub yaratdıqlarını qoruyan, inkişaf etdirən, açdığı cığırları yollara çevirən, başladığı layihələri uğurla başa çatdıran, ən başlıcası isə ata vəsiyyətini həyata keçirən İlham Əliyev kimi bir lideri yetişdirməsi və Azərbaycanı ona etibar etməsidir.Hələ 2003-cü ildə ilk dəfə ölkə Prezidenti seçilərkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” deyən İlham Əliyevin müdrik rəhbərliyi ilə görülən işləri dünyada yaşayan, özəlliklə də müxtəlif rejimlərdən əziyyət görən soydaşlarımız dərk edir, sülhün və əmin-amanlığın hökm sürdüyü məkana çevrilmiş, iqtisadi göstəricilərinə görə daim qüdrətlənən Azərbaycan dövləti ilə fəxr edir, qürur duyurlar.Vətən müharibəsindəki parlaq Qələbəmiz nəinki dünya dövlətlərinin, türk xalqlarının, eləcə də Azərbaycandan kənarda, 5 qitədə yaşayan 50 milyondan çox soydaşımızın Ali Baş Komandana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə inamını, ümidini, güvənini artırdı. Artıq Yer kürəsinin harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı anlayır ki, onun bir dövləti, bir bayrağı, bir Prezidenti var.8 noyabr tarixində "Ata vəsiyyətini yerinə yetirdim" - deyə, qürurlu çıxışı Prezidentimizi öz doğma xalqına bir daha sevdirdi. Ulu öndərin məzarını ziyarət edərkən, Bu sözləri bəlkə də qəlbinin dərinliklərində milyonlarla, dönə-dönə təkrarlayan, prezidentimizi əhdinə, andına sadiq oğul kimi dünya tanıdı...
Cənab İlham Əliyev ata mirasını, ata nəsihətini qorumaqla yanaşı, daha da mükəmməl şəkildə inkişaf etdirir...
Və son günlərdə atası qədər vüqarlı bir gənci Heydər İlham oğlu Əliyevi öz atasıyla bərabər addımladığını seyr etmək olduqca qürurvericidir.“Ot kökü üstə bitər”- deyərlər.Əliyevlər ocağının bütün nümayəndələrinə xas olan zəhmətsevərlik, yorulmadan, əzmlə çalışmaq kimi xüsusiyyətləri hələ tələbə olarkən müəllimlərindən duymaq Azərbaycan vətəndaşı olaraq hər birimizə fəxarət yaşatdı.Bəli, Azərbaycan xalqının xilaskarının oğlu da onun kimi xilaskar olmalıdır.İstər onu yetişdirənin şəxsiyyəti, istər genlərində olan vətən sevgisi, istərsədə doğuşdan olan bacarıqlar onun da qüdrətli sərkərdə kimi formalaşmasına şərait yaradib.
Bu gün biz xalq olaraq əminik ki, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli və uğurlu davamçıları, yüksək zəkası, əzmi, cəsarəti, mükəmməl idarəçilik qabiliyyəti ilə bütün dünyada böyük nüfuza və hörmətə sahib olan, Vətənini, vətəndaşını ürəkdən sevən, onu ən ağır böhranlardan xilas edən böyük Lideri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev, Cənab Prezidentimizin altına imzasını qoyduğu bütün müvəffəqiyyətlərin, nailiyyətlərin mənəvi güc qaynağı ölkəmizin Birinci Vitse Prezidenti Mehriban xanim Əliyevanın və onun siyasi varislərinin rəhbərliyi ilə xalqımız yeni-yeni parlaq qələbələrə imza atacaq, ölkəmiz əmin-amanlıq şəraitində inamlı inkişaf yolunu uğurla davam etdirəcəkdir!
Aygül Bağırova
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...