image image

Aşıq Ələsgərin abidəsi həm də milli- mənəvi dəyərlərimizə hörmətin, milli birliyimizin simvolu kimi qiymətlidir.

image

 

Bakının mərkəzində gözəl bir parkda Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olan Aşıq Ələsgərin möhtəşəm abidəsinin ucaldılması bir çox cəhətləri ilə əlamətdar tarixi hadisədir.
Aşıq Ələsgər təkcə Azərbaycan saz-söz sənətinin uca zirvəsi deyil, eyni zamanda türk dünyasının azman sənətkarı, saz sənətinə, sözə, türklüyə və islam ədəb- ərkanına ləyaqətlə xidmət etmiş, böyük məktəb yaratmış, bölgənin adını da öz adına və şöhrətinə layiq təmsil və tərənnüm  etmiş,  dövrünün Dədə ünvanını almış, el ağsaqqalı, ictimai xadimdir.
Aşıq Ələsgərin təkcə Göyçədə və Ermənistan SSR- də deyil, Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda böyük şöhrəti və ictimai nüfuzu erməniləri həmişə narahat etmişdir. Məhz buna görə də 1971- ci ildə Göyçə camaatı Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi təşəbbüsünü irəli sürəndə Ermənistan SSR hökuməti müxtəlif bəhanələrlə tədbirin keçirilməsini əngəlləməyə çalışmışdı.
Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyinə müraciətindən sonra laqeydlik və düşmənçilik buzu sınmış, 1972-ci ildə Dədə Ələsgərin Göyçədə, doğma Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılmış, Göycədə və İrəvanda yubiley tədbiri keçirilmişdi. Məhz Ulu Öndərin təşəbbüsü ilə həmin vaxt Azərbaycanın müxtəlif bölgələrində Aşıq Ələsgərin yubiley gecələri təşkil edilmiş, Moskvada Kremlin sütunlu Salonunda Aşıq Ələsgərə həsr olunmuş yubiley  konserti baş tutub.
Azərbaycanın paytaxtında Aşıq Ələsgərin abidəsinin ucaldılmasının xüsusi bir əhəmiyyəti də böyük saz-söz ustadının doğulub böyüdüyü, Göyçə mahalının və bütünlüklə tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın işğal altında olması və Qərbi Azərbaycandan olan soydaşlarımızın Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində qaçqın düşüb ata-baba yurdlarının həsrəti ilə yaşamasıdır. Məhz heykəlin açılışındakı nitqində cənab Prezident İlham Əliyevin " Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik"-, sözləri böyük strateji hədəflərə ünvanlanmış tarixi mesajdır.
Aşıq Ələsgərin abidəsinin Bakıda ucaldılması cənab Prezident İlham Əliyevin böyük ustadın anadan olmasının 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi  barədə sərəncamının icrası olaraq həyata keçirilmişdir. Bu sərəncam dövlət başçımızın həm Aşıq Ələsgər şəxsiyyətinə, həm də milli kimliyimizin ünvanlarından biri olan aşıq  sənətinə diqqət və qayğısının ifadəsidir.
Bu abidənin açılışında cənab Prezidentin iştirak və çıxış etməsi həm də Qərbi Azərbaycandan olan soydaşlarımıza, Qərbi Azərbaycan İcmasına, doğma yurdlarımıza qayıdış istəyimizə hörmət və  dəstəyin ifadəsi kimi qiymətlidir.
Aşıq Ələsgərin abidəsi həm də milli- mənəvi dəyərlərimizə hörmətin, milli birliyimizin simvolu kimi qiymətlidir.Aşıq Ələsgər bütün həyatı və yaradıcılığı boyu, haqqa,  ədalətə, düzlüyə, imana, barışa, saflığa, məhəbbətə,  sədaqətə, mənəvi təmizliyə nümunə olmuş və nümunəvi dəyərlər yaratmışdır.
Aşıq Ələsgərin abidəsinin yaradılması həm də haqq sözə verilən dəyər, böyük söz ustadının dediyi kimi düz qiymətdir, Azərbaycan dövlətinin ədəbiyyatımıza, saz sənətimizə,  mədəniyyətə, incəsənətə qayğısıdır. Aşıq Ələsgərin abidəsinin üzü Qərbi Azərbaycana, Göyçəyə, Ağkilsəyə tərəf qoyulması həm də o yurdlara qayıdışımıza inamımızın təcəssümüdür.

Ramil Bayramov,
Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...