image image

Son illərdə həyata keçirilən iqtisadi siyasət və islahatlar ölkəmizi regionda lider dövlətlərdən birinə çevirib

image

 

İqtisadiyyat hər bir dövlətin inkişafının və mövcudluğunun əsas təməlidir. Güclü və dayanıqlı iqtisadiyyat ölkədə daxili sabitlik və sosial rifah yaratmaqla yanaşı, beynəlxalq arenada onun nüfuzunun artmasına da müsbət təsir edir. İqtisadiyyatı inkişaf etmiş ölkələrin vətəndaşlarının həyat səviyyəsi yüksəlir, maddi rifahı yaxşılaşır və sosial təminatlarının keyfiyyəti artır. Eyni zamanda, iqtisadi güc dövlətin müdafiə qabiliyyətini, siyasi müstəqilliyini və xarici siyasətini daha da möhkəmləndirir. Buna görə də, dövlətlər iqtisadiyyatlarını inkişaf etdirmək üçün müxtəlif strategiyalar tətbiq edərək qlobal iqtisadi trendlərə uyğunlaşmağa çalışırlar.
Prezident İlham Əliyevin sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışı, ölkəmizin iqtisadi siyasət istiqamətlərini daha da aydınladan və qarşıdakı illərdə əsas prioritetləri müəyyənləşdirən mühüm bir tədbir oldu. Dövlətimizin başçısı nitqində həm daxili, həm də xarici iqtisadi amillərə toxunaraq, Azərbaycanın davamlı inkişafı və iqtisadi sabitliyinin təmin olunması üçün qəbul edilən qərarları və tədbirləri ətraflı təqdim etdi.
Prezident İlham Əliyev çıxışında ölkə qarşısında hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağ və Şərqi Zəngəzurun bərpası kimi böyük maliyyə vəsaiti tələb edən vəzifələrin durmasına baxmayaraq, gələn il minimum əməkhaqqı və minimum pensiyanın artıralacağından da bəhs etmişdir. Bu qərar həssas təbəqə sayılan vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına xidmət edəcək. Şübhəsiz ki, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa edilməsi nəticəsində Azərbaycan dövlətinin gücünü daha da artırması xarici investorların bizə qarşı münasibətinə müsbətyönümlü təsir edib. 
Qeyd edək ki, Azərbaycanın iqtisadi inkişafının əsas sütunlarından biri xarici və daxili sərmayə qoyuluşu üçün yaradılmış əlverişli şəraitdir. Ölkədəki müsbət sərmayə iqlimi uzun illərdir ki, davam edir. Azərbaycan adambaşına düşən investisiyaların həcminə görə qabaqcıl ölkələr sırasındadır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkəyə cəlb olunan sərmayələr iqtisadiyyata güclü təkan verir, yeni iş yerlərinin yaranmasına və gəlirli layihələrin reallaşdırılmasına şərait yaradır. Xüsusilə, son illər ərzində həyata keçirilən iqtisadi islahatlar xarici sərmayədarlar üçün Azərbaycanı daha da cəlbedici edir.
Prezident İlham Əliyev Azərbaycanın iqtisadi gücünü göstərən əsas amillərdən birinin də dövlətin xarici borcunun azaldılması istiqamətində görülən tədbirlər olduğunu bildirdi. Son illərdə ölkə iqtisadiyyatının inkişafı Azərbaycanın öz xarici borcunu minimum səviyyəyə endirməsi ilə nəticələnib. Hazırda xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbəti cəmi 7,5 faiz təşkil edir ki, bu da dünya miqyasında ən yaxşı göstəricilərdən sayılır. Bu siyasət dövlətə gələcəkdə daha az vəsaiti borcun qaytarılmasına sərf etməyə və ölkənin daxili inkişafına daha çox sərmayə yatırmağa imkan verəcək. Bununla yanaşı, Azərbaycanın dövlət büdcəsi də dövlətin iqtisadi potensialını əks etdirir. Azərbaycan Respublikası heç bir xarici yardıma ehtiyac duymadan, öz daxili resursları hesabına büdcəni formalaşdırır və iqtisadi inkişafı davam etdirir. Xarici borcun azalması ilə paralel olaraq, dövlət büdcəsi hər il artmaqdadır. Bu isə ölkənin sosial və iqtisadi layihələrə daha çox maliyyə vəsaiti ayırmasına şərait yaradır.
Əminliklə qeyd olar ki, bu gün Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqlədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində dövlətimiz öz resurslarına arxalanaraq, heç kimdən asılı olmayan müstəqil və güclü iqtisadiyyat qurub. Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi siyasət və islahatlar ölkəmizi regionda lider dövlətlərdən birinə çevirib. Müsbət sərmayə iqlimi, yeni sənaye parklarının yaradılması, xarici borcun azaldılması və iqtisadi müstəqillik Azərbaycanın inkişaf modelinin əsas təməl daşlarıdır. Bu strategiyalar ölkənin iqtisadi sabitliyini təmin etməklə yanaşı, ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da gücləndirir və onun qlobal miqyasda öncül dövlətlərdən biri kimi çıxış etməsinə şərait yaradır.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan misilsiz tərəqqiyə nail olub, nümunəvi iqtisadi inkişaf modeli ilə dünyanın diqqətini özünə cəlb edib. Heç də təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri və mötəbər strateji tədqiqat mərkəzləri, aparıcı reytinq institutları Azərbaycanın inkişaf modelini mütərəqqi nümunə kimi səciyyələndirir və ölkəmizin gələcəyinə dair pozitiv rəy, nikbin proqnoz ifadə edirlər. Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın regional liderə - bölgədə güc mərkəzinə, dünya siyasətində qüdrətli və nüfuzlu milli subyektə çevrilməsinə səbəb olub. Azərbaycanın təşəbbüsü və liderliyi ilə mühüm nəqliyyat və enerji layihələrinin reallaşdırılması, ikitərəfli və çoxşaxəli formatda əməkdaşlıq platformalarının yaradılması ölkəmizə mühüm iqtisadi mənfəət və siyasi dividendlər qazandırıb. Respublikamızın beynəlxalq təşkilatlarda uğurlu fəaliyyəti Azərbaycana, şəxsən cənab İlham Əliyevə olan böyük inam və etimadın ifadəsi, dövlətimizin geostrateji uğurunun göstəricisidir.

Avdi Həsənov,
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzində sektor müdiri, YAP fəalı





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...