image image

Əsas hədəfimiz iqtisadiyyatımızı daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir

image

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gələcəyə hesablanmış uğurlu iqtisadi siyasət Azərbaycanı daha güclü edir və beynəlxalq mövqelərinin möhkəmlənməsinə töhfələr verir. Məhz bu gün iqtisadiyyatın dinamik inkişafı və əldə edilən nəticələr bunu deməyə imkan verir.
Sentyabrın 26–da keçirilmiş iqtisadi məsələlərə həsr olunmuş müşavirədə dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki,  əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir .Dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən bu mühüm məqamı xüsusi qeyd edir ki, bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Suverenliyimizin bərpası ilə Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açıldı. Dövlətimizin siyasətində ölkəmizin hərtərəfli inkişafının prioritetliyi və bunun üçün kompleks tədbirlərin həyata keçirilməsi  bu imkanların bütün sahələrdə yaranmasını şərtləndirdi. Təbii ki, bütün inkişafın əsasında iqtisadi tərəqqi dayanır.        
Müşavirədə dövlətimizin başçısının səsləndirdiyi rəqəmlər ölkənin iqtisadi inkişafının real mənzərəsinin güzgüsüdür: “Belə ki, 8 ayda iqtisadi artımın 4,3 faiz, qeyri-neft sektorunda 7 faiz, xarici dövlət borcunun ÜDM-in 7,5 faiz, inflyasiyanın ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olması dünya ölkələri arasında qabaqcıl göstəricidir. Bu gün iqtisadi inkişaf dinamikasının qorunması üçün neft-qaz sektorunda fəaliyyət göstərən xarici şirkətlərin qarşısına qoyulmuş tələblər hasilat dinamikasının qorunub saxlanılmasına və hərbi sənaye kompleksinin inkişaf etdirilməsinə kömək edəcək. Həmçinin iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi ölkədə iqtisadi artım templərinin qorunub saxlanılmasına imkan verəcək”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə açılışı olmuş sənaye və aqroparklarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının və yeni müəssisələrin açılması həm doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin həllini, həm də işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının ölkə iqtisadiyyatına reintiqrasiya olunmasını sürətləndirir.
Müşavirədə dövlətimizin başçısının qeyd etdiyi kimi iqtisadi inkişafla bağlı müəyyən olunmuş məsələlər qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunmasına və ölkəmizin daha da güclənməsinə yol açacaq. Belə ki, hərbi gücün artırılması, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi və sosial siyasətin uğurla davam etdirilməsi, Qarabağ və Zəngəzurda yenidənqurma və bərpa işlərinin sürətlə aparılması və s. qarşıdakı dövrdə icra olunması üçün müəyyən edilmiş vəzifələrdir.
 Sosial siyasətin uğurla davam etdirilməsi müəyyən olunmuş vəzifələr arasında həmişə öndə olub. Ölkəmizdə vətəndaşların layiqli yaşamasının təmin olunması və sosial sahədə islahatların davam etdirilməsi hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, 2018-ci ildən 4 milyon insanın sosial rifahının yaxşılaşmasına xidmət edən sosial paketlərin uğurla icra olunması, son 5 ildə minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artırılması ölkədə aparılan sosial siyasətin uğurla davam etdirildiyini göstərir. Dövlətimizin başçısının gələn ildən minimum pensiya və minimum əməkhaqqının artırılması ilə bağlı səsləndirdiyi fikirlər sosial siyasətin həmişə prioritet olduğunun göstəricisidir. Qarabağ və Qərbi Zəngəzurun yenidən qurulmasına və bərpasına ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsaitin 19 milyard manata çatdırılması ermənilərin 30 il dağıdaraq məhv etdikləri ərazilərin yenidən dirçəldilməsi və “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra edilməsinin göstəricisidir.
Müşavirədə müzakirə olunmuş məsələlər və dövlətimizin başçısının müvafiq qurumlara verdiyi tapşırıqların uğurla icra olunması iqtisadiyyatın və ümumilikdə ölkəmizin daha da güclənməsini təmin edəcək.


Əli Novruzov
Salyan şəhəri, “KROL №1” MMC-nin sədri





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...