image image

Qürurun və zəfərin tarixi

image

 

Ana Vətən! Sən günəşli ölkə kimi var olsan da yaranışdan,
Başın heç vaxt açılmadı nə borandan, nə şaxtalı qarlı qışdan!..

Başı bəlalı, işğalçıların nəzər nöqtəsi Azərbaycanım ...
Dinc qonşuya hücum edirsənsə, müharibə barbarlıqdır, amma Vətəni qoruyursansa, müqəddəs borcdur. Ölkəmizdə bir neçə nəsil müharibənin birbaşa şahidi olub. 30 illik işğal, on minlərlə yarımçıq qalan həyat, milyonlarla şikəst edilmiş tale...
Bütün bunlar doğma torpaqların itirilməsi ilə barışmağa imkan verməyəcək qədər ağır itkilər idi. 

Və budur o gün yetişmişdi-27 sentyabr 2020...
O, tarixdən 4 il keçir...
Bugün isə 27 sentyabr 2024...

Bu gün, artıq bombalar susduğu bir vaxtda biz barıt qoxusu almış insanlar, onların payına düşmüş sınaqlar və onların qoruyub-saxlamağa müvəffəq olduqları şərəf haqqında danışırıq...
Bir qədər uzaqdan başlamaq istəyirəm, çünki istənilən əməllərin izahı olmalıdır.

1991-ci il...

Hər kəsin “Böyük Vətən” adlandırdığı Sovetlər ölkəsi tarixin bütün imperiyaları kimi teatral səhnə ilə dalaşır...
Hər rəqəmi qana boyanmış bir minillik də son nəğməsi ilə pərdələri bağlayır... 
Məşriqdə doğan al-günəş kimi yeni dövlətlər tarixin qaranlıq səhifələrindən boylanaraq
“Dünyanın siyasi xəritəsi”ndə öz yerlərini almağa tələsirlər. Azadlıq
təravətli Azərbaycan Respublikası isə
məkrli güclərin göz dikdiyi saysız-hesabsız zillətlərin məkanına çevrilib...

1995-ci il
...
Müstəqil Respublikanın müstəqil Konstitusiayası qəbul edilir...
İlk rüşeymlərin cücərtiləri “zillətə qərq
olmuş diyar”ı nurlu sabahlara daşıyır...

2000-ci illər...

Qafqazların parıldayan incisi
dünyanı valeh edir...
Sosial təsisatlar, müasir azərbaycanlıllar,Avropa Olimpiya Oyunları, İslam Həmrəyliyi Oyunları, Avroviziya
mahnı müsabiqəsi, muğam müsabiqələri, nüfuzlu siyasi təşkilatların - BMT-nin qeyri daimi üzvlüyü, Qoşulmama Hərəkatına sədrlik...

2020-ci il...

Yenidən doğulan Azərbaycan
ürəyindən ayrı qalmanın nisgilini
çəkir. Hicran atəşi alovlanır...

Dözülməz hədd...

27 sentyabr 2020-ci il...
Sonun başlanğıcı, başlanğıcın
sonu...
Cəng təbili vurulur. Eşqə səfər
başlanır. Qaçaq Nəbinin əzəmətli
yurduna, Üzeyir bəyin musiqi diyarına, Vaqifin şux gözəlinə, Natəvanın qəzəlinə eşq əsəri başlanır...
İlk səda Vəhy mələyindən
gəldi. Peyğəmbərlərə nida gətirən o
mələk bizə də “İlahi nidanı” -şəhri Cəbrayılın hür müjdəsini gətirdi.
“Gözə görünməzlər”ədr və Ühüddə olduğu kimi pərlərin açmışdı xilaskar ordunun üzərinə...
Allah nidasına susamış daşlar
və divarlar hər əzan səsi ilə Şəhri-Yar
olur... 
Şuşa məscidi və adını daşıdığı
Gövhərağa bizə “Ləbbeyk” deyir, düşmənlər döyüşə bilmir, ən əsas

8 noyabr 2020-ci il...

8 may 1992-ci il yox! 
O, tarixdə məğrur duruşlu bir "8" düz
27 il yarım yolumuzu gözlədi... 
Yorğun duruşlu “8” Sən qalibsən, Sən
qəhrəmansan, Sənin yeni duruşun
əbədi istirahətə yatmaqla SONSUZLUQ yaradır... 
Sən azadsan, əziz
ŞUŞA. Biz qayıtdıq ...
Xan Şuşaya gəldi. Xan,sən öz
kəndində taxtı-rəvan olursan. Sənin
ayaq səslərin eşidilir. Havalanır
Xanın səsi...
Amma, biz artıq Şikəstə
oxumayacağıq, Koroğlu Uvertürası
Sən taxtında olduğun müddətcə Ulu
Murovda, Kirsdə, Məngilanatada
səda edəcək...
Biz qayıtdıq...Adı ağ olsa da,
qara günlər görmüş ağ damımıza qayıtdıq... Nənələrimizin nağıllarda danışdığı isti yuvamıza, babalarımızın at çapdığı Cıdır düzünə qayıtdıq...
Hər daşında hər qarışında min-min
xatirələrin yatdığı yerlərə qayıtdıq... İrfani-üləmənin şeir məclislərinə
qayıtdıq... 
Çobanın ney çaldığı, qoyun-quzunu yaylağa çıxardığı günlərə qayıtdıq...
Sarı gəlinin "səni mənə
verməzlər” fəryadını, bayrağımızın “Ay-nişanı” ilə almağa gəldik...
Qırmızı koftalı yaşıl tumanlı aylı hilallı bir dağa enməmək  surəti ilə göylərin bağrına çəkməyə gəldik...
Ana yurda, müqəddəs diyara - kiçik Kəbəmizə gəldik!
Sənə açdığımız hər atəş üçün bizi bağışla Vətən! 
Sən də bilirsən ki, hər atəş Vətən, qəlbi yaralı lalə kimi qəlbimizi odlayır. Bağışla bizi! Sənin üçün səni incitməyə məcburduq. Səni dirçəltdik, yenidən qurduq... Əzəmətli günlərinə geri qayıtdın....
 
3 rəngli bayrağım- ey müqəddəs varlığım! Sən ucal deyə neçə-neçə oğullar canından keçdi. O oğulların canı və qanı bahasına bu gün
Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Hadrutda göylərə ucalmısan. Otuz ildir rənglərin həsrət qalan Suqovşana qovuşmusan. Otuz ildir sənə tərəf boynu bükük şəkildə boylanan
Murov dağdan sədaların ucalır.

Sənsən Azadlıq eşqim, sənsən “Hürr”, – deyəcəyəm.
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm.
Şuşada sən qonduğun daşa pir deyəcəyəm.
Çəkəcəyəm gözümə kölgən düşən torpağı,
Azərbaycan bayrağı!

Bəli, Şuşada sən qonduğun daşa pir deyib, sən ucaldığın torpağa iman yerim kimi baxdıq. Zəngilanda səni ucaldan Azərbaycan ordusu, Qubadlıda qaldıran Azərbaycan əsgəri Şuşaya da, Xankəndinə də sancdı  Çünki bizim ruhumuzda, canımızda, könlümüzdə Vətən sevdası, bayraq eşqi göy boyadı. Çünki bizim Ali Baş Komandanımızın tək amalı üçrəngli bayrağımızı Qarabağın, Şuşanın başı üstə ucaltmaqdır. 

Ruhun şad olsun ULU Öndərimiz!

Ədalətli haqq savaşımızla qələbə qazandıq.
Artıq bizə miras olaraq qoyub getdiyiniz və xalqımızı, dövlətimizi əminliklə əllərinə əmanət etdiyiniz Ali Baş Komandanımız Sizin arzunuzu reallaşdırdı. Azərbaycan dövlətinin
hər zaman inandığınız qüdrətini bərpa etdi, tarixi gerçəkliyimizi özümüzə qaytardı.
Saxta tarixlə tarixlərini “bəzəyənlərin” “Azərbaycanlılar döyüşə bilmir, ən əsası isə, döyüşmək istəmir”, deyənlərin dərsini verdi. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” şüarınız bu gün hər kəsin həyat amalı, yaşam idealına çevrildi.
Sözlərinizdən ilhamlanan cəsur oğullarımız vətənin müdafiəsinə göz qırpmadan hazır oldular. Doğma torpağımızın hər bir qarış torpağını böyük mətinliklə düşməndən
geri aldılar, düşmənə öz gücümüzü göstərdilər. Gücümüz demişkən burada güc maddi və mənəvi gücdən söhbət gedir.Ali Baş Komandanın yürütdüyü məqsədyönlü
siyasət, ordu quruculuğu prosesi qələbəmizin ən əsas faktoruna çevrildi. Xalqdan güc
alan Prezident İlham Əliyev mənəvi qələbəmizin timsalına çevrildi.
Bəli, zaman hər şeyi yerinə qoydu. Dünya azərbaycanlıların kim olduğunu, bu torpaqların və analarımızın necə oğullar yetişdirdiyini gördü.Artıq 30 illik səbrimiz öz nəticəsini vermiş, intiqam alınmışdır. Çox qanlarımız tökülsə də, yerdə qalmamışdır. Daha ruhlar şad, vicdanlar rahatdır. Və artıq “Dünya bilsin!” deyil,
“Dünya bilməlidir!” - Qarabağ Azərbaycandır!
27 sentyabr-Zəfərlə sona çatan Vətən müharibəsində qəhrəmancasına döyüşən,Uca Şəhidlik Zirvəsinə ucalan, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən, xalqın qəhrəmanlıq dastanını canı ilə qazanıb qanı ilə yazan Şəhidlərimizin Anım günüdür!
Bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Ruhunuz şad olsun rəşadətli oğullarımız,
Siz elə bir tarix yazdınız ki, Azərbaycanı sevən hər kəs ona fəxrlə, qürurla,
düşmənlərimiz isə heyrətlə, həsədlə baxdı...
Siz bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizsiz.Bu zəfər sizin qanınızla yazıldı. Onu əbədi qoruyub saxlamaq isə bizim - hər bir azərbaycanlının şərəf borcudur.
Qarabağ Azərbaycan oldu, ruhunuz şad olsun!

Sonsuz qürur və sevgi ilə anır, əziz xatirənizi qəlbimizdə əbədi yaşadırıq!
Ruhunuz qarşınızda baş əyirik!!

Aygül Bağırova





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...