image image

Ali ədalətin təntənəsi

image

 

2020-ci ilin 27 sentyabr tarixində səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək bütün cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif tipli silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutmasına cavab olaraq Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyev tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar qısa müddətdə İkinci Qarabağ müharibəsinə - Zəfərlə bitən Vətən müharibəsinə çevrilmişdir.
Azərbaycan xalqı və dövləti Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsinə qərar vermişdir. Bu ehtiramın digər bir nümunəsi Vətən müharibəsində iştirak etmiş əsgər və zabitlərimizə təqdim olunmaq üçün Qələbə münasibətilə medal və ordenlərin təsis olunmasıdır.
Azərbaycan dövlətinin başçısının diqqət və qayğısının bariz nümunəsidir ki, ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Bu qayğıdan və köməkdən söz açanda Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondun və Fondun rəhbəri xanım Mehriban Əliyevanın fəaliyyətini vurğulamaq yerinə düşər.
II Qarabağ Müharibəsindən danışan zaman qürur hissi ilə qeyd etməliyik ki, dövlətimizin başçısının apardığı daxili siyasət sayəsində Azərbaycanın bütün potensialı səfərbər olunmuş və ölkədə milli həmrəylik mühiti təmin olunmuşdur. İlk dəfə idi ki, Azərbaycan ictimaiyyəti ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların Vətən naminə həmrəyliyinə şahidlik etdi.
Müzəffər Ali Baş Komandanın qətiyyəti və vətən uğrunda sevə-sevə canlarından keçməyə hazır olan Qəhrəman Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı ermənilərin və onların havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Xüsusilə vurğulamaq lazımdır ki, hərbi cəbhədə olduğu kimi diplomatiya və informasiya savaşı cəbhəsində də Prezident İlham Əliyev misilsiz rəşadət göstərərək otuzdan çox aparıcı xarici media subyektinə verdiyi müsahibələrlə Azərbaycana qarşı informasiya blokadasını yarmışdır.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. Dəfələrlə seperatçı silahlı birləşmələrin regiondan çıxarılması barədə üçtərəfli bəyanatın müddəalarının təmin olunması qarşı tərəfə bildirilsə də bəzi qərbli havadarlarının dəstəyinə güvənən seperatçılar daha da azğınlaşaraq bölgədə terror aktları törətməklə sülh və sabitliyi pozmağa çalışırdılar. Lakin onlar unutdular ki, “Dəmir yumruq” yerindədir. Təbii ki, 2023- cü il sentyabrın 19-da 23 saatlıq antiterror tədbirləri sayəsində ali ədalətin təntənəsinə şahidlik etdik. 
Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi  Azərbaycanın növbəti Qələbənin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi.

Nəcəf Kərimov,
Salyan rayon Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...