image image

Hərbi gücümüzün artırılması prioritetdir

image

 

Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı xalqa verilən uğur hesabatı olmaqla yanaşı, həm də Azərbaycanın gələcək prioritetlərini özündə ehtiva edən yol xəritəsi idi. Dövlət başçısının görülən işlər və ölkə qarşısında duran vəzifələr haqqında proqram xarakterli çıxışı həm də tarixin ən qüdrətli Azərbaycanının əyani təsviri idi.
Cənab Prezident indiyə qədər görülən işlər, ayrı-ayrı beynəlxalq güclərin oynadıqları oyunlar və onların gələcək planları barədə əsaslı fikirlər səsləndirdi. Ölkə başçısının dediyi kimi, son 3-4 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib, İkinci Qarabağ müharibəsinin və antiterror tədbirlərinin nəticələrini bütün dünyaya qəbul etdirə bildik. Buna baxmayaraq, ikili standartlar əsasında qurulmuş ittihamlar hələ də davam edir. Ancaq bu, nə bizim, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.
Dövlət başçısı çıxışında bildirdi ki, qalib olmağımıza baxmayaraq, hər zaman sülhün tərəfdarıyıq və Ermənistanla sülh müqaviləsinin bağlanmasının təşəbbüskarı da məhz bizik. Ancaq təəssüflər olsun ki, Ermənistan çağırışlarımıza hələ də konkret cavab vermir. Onlar xarici havadarlarına arxalanaraq, Qərbdən, Avropa ölkələrindən silah almaqla özlərinin ordusunu yenidən qurmağa çalışır və sülhü ləngidirlər. Bu, yolverilməzdir və Ermənistanı silahlandıranlar bir daha 44 günlük müharibənin, 23 saat davam edən antiterror tədbirlərinin nəticələrindən lazımi dərs almalıdırlar.
Bəli, müharibə bitsə də, Ermənistanda revanşizm meyilləri hələ də bitməyib. Rəsmi İrəvan sülhlə bağlı ara-sıra açıqlamalar versə də, sülh prosesində səmimi olmadığı gün kimi ortadadır. Ermənistanın sürətlə silahlanması da revanşizm niyyətlərindən irəli gəlir. Son zamanlar Fransadan və Hindistandan silah və hərbi texnikanın alınması da bu məkrə xidmət edir. Təbii ki, belə bir şəraitdə Azərbaycan dövləti hərbi gücünün daha da artırılmasını prioritet vəzifə kimi müəyyən edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, birnömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır: "Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir". 
Ümumiyyətlə, tarixi təcrübəmiz göstərir ki, Azərbaycan hələ Vətən müharibəsinə qədər hərbi gücünü artırmaqla öz milli hədəflərinə doğru olduqca müdrik və düzgün addımlar atıb. Çünki bu gün beynəlxalq hüquq demək olar ki, işləkliyini itirib.  Prezident İlham Əliyevin çox düzgün və haqlı olaraq qeyd etdiyi kimi, "Kim güclüdür, o da haqlıdır" prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər.
Vətən müharibəsinə qədər Azərbaycan beynəlxalq hüququn prinsiplərinə söykənərək torpaqlarını işğaldan azad etməyə çalışsa da, Ermənistanın arxasında duran siyasi mərkəzlər buna imkan vermədilər, beynəlxalq hüququ görməzdən gəldilər. Belə bir şəraitdə Azərbaycan dövləti torpaqlarını güc yolu ilə azad etməsinin mümkünlüyünü gizlətmədi və hərbi gücünü artırdı, ordusunun döyüş imkanlarını ən müasir standartlar səviyyəsinə yüksəltdi. Vətən müharibəsi və antiterror tədbirlərində qazanılan zəfərlər Azərbaycanın öz hədəflərinə inamla çata bilən dövlət olduğunu dünyaya nümayiş etdirdi. 
Vətən müharibəsindən sonra Azərbaycan öz hərbi gücünü artırıb və Silahlı Qüvvələrimiz 4 il əvvəlkindən qat-qat güclüdür. Dövlətimizin başçısı çıxışında bununla bağlı fikirlərini belə bildirib: "İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir". 
Ölkə rəhbəri Ermənistanın bugünkü vəziyyətinə də diqqəti cəlb edərək, aydın mesajlar verərək nəzərə çatdırdı ki, Ermənistanı silahlandıranlar gələcək üçün məsuliyyət daşıyırlar. Azərbaycan heç bir ölkənin təsirinə məruz qala bilməz. Ancaq bu gün Ermənistanın silahlandırılması, orada xarici ölkələrdən gətirilən insanların təlim keçmələri heç bir nəticə verməyəcək. Bu əslində sülh sazişinin bağlanmasına bir maneədir. Əlbəttə ki, bu maneəyə səbəb olanlar, Ermənistanı silahlanmağa cəlb edənlər mütləq cavab verəcəklər.
Bəli, Azərbaycan bu gün müstəqil və qətiyyətli siyasəti olan dövlətdir. Vətən müharibəsi, torpaqlarımızda erməni separatçılığına son qoyulması da bunu təsdiq edir. Həm Ermənistan, həm də onun havadarları bilməlidirlər ki, Azərbaycanla təzyiq  və ultimatum dilində danışmaq mümkün deyil. 


Rəşad Tağızadə, 
Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta məktəbinin direktoru, 
Vətən müharibəsi iştirakçısı, YAP fəalı





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...