Prezident İlham Əliyev sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı fundamental və konseptual mahiyyətli nitqində ölkəmizin müstəqillik illərinin siyasi xəttinin xarakterini canlandırdı, keçilmiş yola nəzər saldı, gələcək üçün prioritetlər müəyyənləşdirdi.
Dövlətimizin başçısı, həmçinin beynəlxalq müstəvidə ölkəmizə qarşı yönəlmiş ayrı-ayrı təzyiq cəhdlərinə münasibətdə ölkəmizin əzmini və iradəsini bir daha ortaya qoyaraq, xarici aləmə tutarlı mesajlar verdi. Eyni zamanda, Azərbaycanın bütün miqyaslardakı fəaliyyətinin haqq və ədalət meyarlarını açıqladı, bu meyarlara əks tendensiyaların qarşı əmin tədbirlərin gerçəkləşdiriləcəyinə yüksək səviyyəli təminat verdi.
Prezident İlham Əliyev əvvəlcə 2024-cü ildə keçirilmiş prezident və parlament seçkilərinin önəminin vurğuladı: “Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”.
Dövlət başçımızın vurğuladığı kimi, İkinci Qarabağ müharibəsi və 2023-cü ilin antiterror tədbirləri suverenliyimizin tam bərpası, ölkəmiz qarşısında yeni imkanlar və üfüqlər açır. Artıq Azərbaycan beynəlxalq aləmə əzmkar çağırışlar ünvanlayır. Müvafiq surətdə, dünyanın ölkəmizə yanaşmasında fərqli çalarlar meydana çıxır və onlara nəzərən, bir yandan gözlərimiz önündə əvvəlki illərin mənfi tendensiyaları canlanır, digər tərəfdən, həmin tendensiyalar fonunda ölkəmizin ciddilik faktorunun artdığı üzə çıxır.
Prezident İlham Əliyev əlavə etdi ki, Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayırlar. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur – bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur.
Prezident İlham Əliyev bildirib ki, bütün bunlar bizi ciddi düşündürməlidir. Ermənistana güclənmək üçün vaxt qazandırmağa hesablanmış “Binokl diplomatiyası” İrəvanı Cənubi Qafqazda sülh və birgəyaşam üçün təhdidə çevirirsə, onda arxayınlıq yaradırsa, deməli sülhdən danışmağa dəyməz. Çünki erməni iqtidarının təmsilçiləri yalnız avantüralar naminə işləyən zehinlərini hərəkətə gətirirlər. Nəticə etibarilə, Ermənistan indiyədək yaşadığı acınacaqlı durumu unudur, olanlardan nəticə çıxarmaq istəmir. Məhz bu səbəbdən dövlətimizin başçısı xəbərdarlıq edir: “Ona görə danışıqlarda da bizə heç bir vasitəçi lazım deyil. Ermənistan da buna bel bağlamasın. Ümumiyyətlə, heç kimə bel bağlamasın. Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər”.
Nəhayət, Prezident İlham Əliyev Milli Məclisdəki nitqində ölkəmizin Cənubi Qafqazda formalaşdırdığı reallıqlar fonunda, Azərbaycana qarşı yönəlmiş beynəlxalq təzyiq hallarının, o cümlədən, Ermənistanın avantürist mahiyyətinin saxlanılması cəhdlərinin heç bir fayda verməyəcəyinə dair qəti əminlik yaradır. Hesab edirik ki, ölkəmizin liderinin çıxışındakı ən vacib məqam elə budur. Prezident Azərbaycanın özünü dünyada ləyaqətli dövlət kimi təsdiqlədiyini vurğulayır və fikirləri ilə xarici aləmin bu statusa uyğun mövqe nümayişinin vacibliyini önə çəkir: “Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq!”.
Sonda bir daha vurğulayaq ki, Prezident İlham Əliyev parlament seçkilərindən sonra yeni tərkibdə fəaliyyətə başlamış Milli Məclisin ilk iclasındakı çıxışı ilə ölkəmizin bu günü və gələcəyi baxımından vacib vəzifələri sadalamaqla, yəni əzmimizi, xarakterimizi və gücümüzü göstərməklə, həm Azərbaycanı gözü götürməyən qüvvələrə qarşı layiqli demarş etdi, həm də bu demarşın fonunda Ermənistana bir daha düşünmək şansı yaratdı. Ermənistan hakimiyyəti və ümumən ölkənin cəmiyyəti dövlətimizin başçısının bildirdiklərindən nəticə çıxarmalı və ilk növbədə bunu anlamalıdır: “Dəmir yumruq” yerindədir. Onun qarşısını kəsəcək heç bir qüvvə əvvəllər də yox idi, indi də yoxdur.
Aynur Hüseynova,
Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi, YAP fəalı
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...