27 sentyabr xalqımızın, millətimizin, ordumuzun birliyi, bütövlüyü günüdür. 27 sentyabr xalqımızın kimliyinin təsdiqi günüdür. Həmin gün düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməyə başladıq. Xalqımız bu günlə fəxr edir və bundan sonra da fəxr edəcək. İgid övladlarımız bu tarixi gündə öz bayrağı, dövləti, vətənləri uğrunda canlarından keçmək, vətən torpağını öz qanları hesabına azad etmək üçün ayağa qalxdılar.
27 sentyabr fəxr günü, iftixar günüdür. Azərbaycan xalqı bu günü həm Anım Günü kimi, həm də qürur günü kimi qeyd edir. Bu tarixi gün xalqımızın milli mənlik şüurunun inkişafında, vətənpərvərlik tərbiyəsinin güclənməsində müstəsna rol oynadı.
2020-ci il dekabrın 2-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr 2021-ci ildə Anım Günü ilə əlaqədar xalqa ünvanladığı müraciətində demişdir: "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. ...Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq".
Qazandığımız qələbə böyük qürurdur, fəxrdir. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi arenada, ordumuzun döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək ordumuza böyük dəstək verdi. Bu birlik ötən ilin 19 sentyabr tarixində başlanan və bir gün davam edən lokal xarakterli antiterror tədbirlərində də özünü aydın şəkildə nümayiş etdirdi. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.
Hər bir azərbaycanlını qürurlandıran tarixi Zəfəri, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsini bizlərə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət, qazilərimizə şəfa diləyirik. Vətən müharibəsinin qəhrəmanlarının həyat yolu hər bir gənc üçün vətənpərvərlik məktəbidir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid ailələrinə və qazilərə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub.
Vətən müharibəsində Qələbə münasibətilə orden və medallar təsis edilib. Yeni orden və medallar Qələbənin əbədiləşdirilməsinin və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Bütün şəhid ailələrinə, qazilərə dövlət tərəfindən lazımi köməklik göstərilir. Qazilərimiz üçün ən müasir protezlər sifariş edilir. Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 17 minə yaxın hərbiçi öhdəliyə götürülmüşdür, 80 milyona yaxın vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülür.
Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar sırasında Prezident, Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Bakı şəhərinin Xətai rayonu ərazisində açıq səma altında yaradılan Qənimətlər Parkını qeyd edə bilərik. Qarabağ uğrunda gedən döyüşlərdə düşməndən əldə edilən hərbi texnikalar, hərbi maşınlar, eləcə də Ermənistana məxsus silah sursat bu parkda nümayiş olunur və ordumuzun gücünü göstərir. Bu parkı ziyarət edən hər kəs ordumuzun qəhrəmanlığını aydın şəkildə görür. Burada 300-dən çox hərbi eksponat mövcuddur. Parka qədəm qoyan insanı ilk olaraq ermənilərin məhv edilmiş hərbi yük maşınlarının nömrələrindən ibarət lövhə və müharibənin gedişatını özündə əks etdirən tablo qarşılayır. Lövhənin üzərində 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Qarabağ Azərbaycandır!” şüarı əks olunub. Bu park Azərbaycan Ordusunun gücünü, Ermənistanın 30 il qurub yaratdığı istehkamları necə qəhrəmancasına yarıb keçdiyini və bu tarixi Qələbəni bizə yaşadan şəhid və qazilərimizin bəxş etdiyi qüruru indiki və gələcək nəsillərə çatdıracaq. Bir sözlə, Şanlı Qələbəmiz milli iradə, milli ruh və ləyaqət təntənəsidir.
Samin Əziz,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı,
Vətən Müharibəsi iştirakçısı
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...