Vll çağırış Milli Məclisin ilk iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev əldə etdiyimiz uğurların və önümüzdə duran hədəflərin geniş təhlilini verdi. Qeyd olundu ki, dövlətimizin qarşıdakı illərdə ən başlıca vəzifəsi müdafiə qabiliyyətimizin və milli təhlükəsizliyimizin yüksək səviyyədə qorunması və sərhədlərimizin daha da möhkəmləndirilməsidir.
Kanal4.az xəbər verir ki,bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
O bildirib ki, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində əldə etdiyimiz uğurlar hələ də anti-Azərbaycan və antimilli qüvvələr tərəfindən həzm edilmir. Amerika Birləşmiş Ştatları başda olmaqla, Avropa İttifaqı və ona daxil olan bir sıra ölkələr, xüsusilə Fransa, o cümlədən Hindistan Ermənistanı sürətlə silahlandırır və vandal ölkədə revanşızmi stimullaşdırırlar. Bununla kifayətlənməyən və erməni diasporunun təsiri altında olan ABŞ Konqresi, Fransanın hakim dairələri və Kanadanın Xarici İşlər Nazirliyi son vaxtlar Azərbaycana qarşı ədalətsiz hücumlarını genişləndirməkdədir. Bütün bu və buna bənzər amilləri önə çəkən Prezident İlham Əliyev müdafiə qabiliyyətimizin gücləndirilməsinə xüsusi diqqət göstərməyi vacib hesab etdi.
"Dövlətimizin başçısı haqlı olaraq söylədi ki, "Bizim Qələbəmizi həzm edə bilməyən bəzi xarici dairələr bizə qarşı yeni planlar hazırlayırlar. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur".
Bu baxımdan 44 günlük Vətən müharibəsində olduğu kimi, qarşıdakı illərdə də xalqımız dövlətimizlə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birgə olmalı, milli həmrəyliyimizi qoruyub saxlamalı və ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalar dövlətçilik və milli maraqlar ətrafında sıx birləşməlidirlər.
O əlavə edib ki, erməni faşistləri üzərində qazanılan tarixi Qələbəmizdə və separatçı xunta rejiminin tamamilə darmadağın edilməsində olduğu kimi, bundan sonra da revanşist qüvvələrin baş qaldırmasına imkan verməmək düşüncəsi ölkəmizdə səfərbəredici rol oynamalıdır.
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...