Dövlət Suverenliyi Günündə - Xankəndinin azadlığının bir ilində bu qədim şəhərimizdə Qarabağ Universitetinin Prezident İlham Əliyev tərəfindən açılışının həyata keçirilməsi Zəfər salnaməmizə qızıl hərflərlə yazıldı. 2024-cü il sentyabrın 20-də universitetin fəaliyyətə başlamasının timsalında azadlığına qovuşdurulan torpaqlarımıza elmimizin də qayıdışı tarixi hadisəyə çevrildi.
Mindən çox tələbənin böyük qürur və sevinc hissi ilə seçdiyi təhsil ocağının açılış günündə Prezident İlham Əliyevin bu ünvana üz tutması, universitetin yataqxanasında tələbələr üçün yaradılan şəraitlə tanış olması, müəllim və tələbə heyəti ilə görüşməsi xüsusi diqqətçəkən və əlamətdar məqam oldu.
Ali məktəbin tələbə və müəllim heyəti ilə görüşündə Prezident İlham Əliyev fəxarətlə dilə gətirdi ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir: "Bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək, doğrudan da, böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz".
Qarabağ Universiteti 3 mindən çox şəhidimizin qanı, canı hesabına və Ali Baş Komandanımızın siyasi iradəsi ilə azad olunmuş tarixi şəhərimiz Xankəndində istifadəyə verilmiş universitetdir. Bu universitetin ənənələri olub. Öz təhsil ənənələri ilə zamanında fərqlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxşında bildirib: “İlk növbədə, sizi və bütün Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu günü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək.”
Dövlətimizin başçısı deyib ki, tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. Artıq Universitetdə ölkəmizin hər bir bölgəsindən 1200 tələbə var. Müəllim heyəti də formalaşıb. Təbii ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bundan ötrü bütün imkanlar var. Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər.
Bəli, Qarabağ Universitetinin fəaliyyətə başlaması müqəddəs zəfərimizin müstəsna töhfəsidir. Bu universitet təkcə təhsil müəssisəsi deyil, eyni zamanda, elm məbədidir. Qarabağ Universiteti zəfərimizin bizə qazandırdığı üstünlüyün təsdiq məkanıdır, milli ruhumuzun kəhkəşan ocağıdır. O ruh ki, 44 günlük müharibə dönəmində əsgər və zabitlərimizi daim irəli səslədi. Ona görə Prezident İlham Əliyev Qarabağ Universitetinin açılışı zamanı gənc nəslə öyüd manifesti kimi səslənmiş nitqində ilk növbədə savaş günlərini yada salıb, şanlı Ordumuzun hər gün irəli getdiyini, yaşayış məntəqələrini işğalçılardan azad etdiyini vurğulayıb: “Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir”.
Görüşdə Qarabağın işğal və zəfər tarixindən danışan ölkəmizin başçısı tələbə adını qazanmış gənclərə Azərbaycanın həmişə zirvələrdə olması üçün onların yaxşı təhsil almasının mühum şərt olduğunu xüsusi olaraq vurğuladı. Prezident qətiyyətlə bildirdi ki, peşəkar, vətənpərvər, milli ruhda tərbiyə olunaraq böyümüş gənc nəsli olan bir xalqın qabağında heç bir qüvvə dura bilməz. Məhz belə gəncliklə biz döyüş meydanında, nüfüzlu idman və elm yarışlarında qalib və nümunə olduq. İnanırıq ki, Qarabağ Universitetinin tələbələri də gələcəkdə da bu şərəfli ənənəni davam etdirəcək, Azərbaycan üçün faydalı olacaqlar.
Sehranə Rzayeva,
Əməkdar müəllim, YAP fəalı
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...