image image

Qarabağ universitetinin yaradılması tarixi hadisədir

image

 

     Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dövlət başçısı  Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşdə Qarabağ Universitetinin yaradılmasının  tarixi hadisə olduğunu vurğuladı. Universitet üçün gözəl yataqxana yaradıldığını, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcəyini söyləyən dövlətimizin başçısı Qarabağ Universitetinin ölkəmizin aparıcı ali məktəblərindən birinə çevriləcəyinə ümid etdiyini bildirdi.
     Qeyd edək ki, Prezident cənab  İlham Əliyev 2023-cü il noyabrın 28-də Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilr ki, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs (bundan sonra – Universitet) yaradılsın. Sərəncamda həmçinin  bildirilir ki, “Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır”.
     Ötən əsrdə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji İnstitutu artıq Qarabağ Universiteti adı ilə ikinci həyatına başlayır. Universitetin qurulması həmin ərazilərin iqtisadi potensialına uyğun olaraq yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək. Qarabağ Universiteti təkcə ali təhsil müəssisəsi deyil, həm də bir elmi mərkəz olacaqdır. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Universitetinin 1200 tələbəsi və 160 əməkdaşı var. Əməkdaşlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür. Universitetdə ölkəmizin hər bir bölgəsindən tələbə təhsil alacaq. Fəxr olunası haldır ki, yüksək bal toplayan tələbələrin seçimi məhz Qarabağ Universiteti oldu.Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya mövcuddur. Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondu  Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyatla təmin olunub. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana biləcəklər.
     Bu gün qürurla deyə bilərik ki ,Azərbaycanın suveren ərazisində belə bir universitetin yaradılması beynəlxalq aləmə də bir mesajdır ki, biz öz tarixi torpağımıza qayıtmışıq və ermənilərin saxtalaşdırdıqları tariximizi yenidən yazacağıq, yenidən  təbliğ edəcəyik. Bu öz ərazilərində suverenliyini bərpa edən Azərbaycan dövlətinin ən böyük uğurudur. Biz o ali məktəbə gənclərimizi cəlb etməklə bir daha dünyaya göstərəcəyik ki, Xankəndi, Qarabağ Azərbaycanın tarixi torpağı, ayrılmaz hissəsidir. Qarabağ Universiteti də bu məsələdə önəmli missiya daşıyır və dövətçiliyin və elm tariximizin yeni mərhələsinin ən vacib örnəklərindən biri kimi özünü göstərəcəkdir.


Şahmar Cavadov,
Salyan rayon Şorsulu kənd inzibati ərazi 
dairəsi üzrə nümayəndənin müavini





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...