Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

CƏMİYYƏT
Süni intellekt Fəzail Ağamalını belə təsvir etdi - FOTO
SİYASƏT
Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır 
SİYASƏT
Bu qərar ədalətin təntənəsi, dövlətimizin gücü və milli iradəmizin təzahürüdür - RƏY
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan süni intellekt sahəsində öz imkanlarını genişləndirir”
SİYASƏT
Münhen Təhlükəsizlik Konfransı yalnız müzakirə platforması deyil, həm də qlobal siyasətin istiqamətlərinin müəyyənləşdirildiyi mühüm beynəlxalq məkandır. 
SİYASƏT
Sülhdən tərəfdaşlığa: Bakı-Vaşinqton münasibətlərində yeni era
SİYASƏT
Azərbaycanın rəqəmsal gələcəyinə baxış
SİYASƏT
Azərbaycanın yeni rəqəmsal arxitekturası
SİYASƏT
Enerji Gücü və Qlobal Tərəfdaşlıq: Azərbaycanın Rəqəmsal Sıçrayışı üçün Strateji Baza
SİYASƏT
Rəqəmsal Azərbaycan: Prezident İlham Əliyevin Strateji Baxışı və Gələcəyin Yol Xəritəsi
SİYASƏT
Strateji tərəfdaşlıqda yeni mərhələ: ABŞ–Azərbaycan münasibətlərində tarixi dönüş
SİYASƏT
Strateji Xartiya və Yeni geosiyasi reallıq
SİYASƏT
Regionda sabitlik və iqtisadi inkişafın yeni perspektivləri
SİYASƏT
Azərbaycan artıq təkcə regionun deyil, regionlararası siyasətin də hesablaşdığı aktora çevrilir.
GÜNDƏM
“Bloomberg”: Rusiya əmək bazarındakı böhran səbəbindən Hindistan və Şri-Lankaya müraciət edib
SİYASƏT
Əfqanıstanda yol qəzası nəticəsində 12 nəfər ölüb
GÜNDƏM
Mənim ölçüm çox böyükdür, sizə olmaz, verin paltarlarımı – Müğənnidən Gömrüyə sərt sözlər
SİYASƏT
Aşınmış dəyərlər yoxsa “AZAD” gənclik...
SİYASƏT
Kriminal xəbərlər zorakılığı normallaşdırır - ETİRAZ
SİYASƏT
Müəllimi güllələdi Məktəbdə baş verən faciə: günahkar kimdir? 
SİYASƏT
Qalib Dövlətin Sülh Missiyası: Prezident
SİYASƏT
Sülh siyasətinə beynəlxalq ehtiram.
HADİSƏ
Deputat Günay Ağamalı Pakistana başsağlığı verib.
SİYASƏT
Prezident İlham Əliyevin sülhə əsaslanan siyasəti və beynəlxalq nüfuzunun növbəti təsdiqi
SİYASƏT
Sülhün yaradılması: müdriklik və cəsarətin nəticəsi
SİYASƏT
İlham Əliyev və “Zayed İnsan Qardaşlığı” Mükafatı: Sülhün qlobal simvolu
SİYASƏT
Regional və qlobal sülhə, təhlükəsizliyə töhfə verən Lider
CƏMİYYƏT
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Zirvə Gənclərin İnkişaf Klubunun təşkilatçılığı ilə keçirilən və 2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib
SİYASƏT
Azərbaycanla BƏƏ arasında təhlükəsizlik və müdafiə istiqamətində yeni mərhələ başlayır
SİYASƏT
Sülhə Töfhə, İnsan Qardaşlığına Xidmət

Antiterror tədbirləri - dünya hərb tarixinin mükəmməl örnəyi

2024-09-23 07:41:39 176 baxış
Xəbər şəkil

 

Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatdı. 2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Ağdam, Laçın və Kəlbəcər şəhərləri isə bir güllə atılmadan azad edilmişdir. 
Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır.
2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur.
Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdur. 
2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın – Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında "Laçın" Nəzarət-Buraxılış Məntəqəsinin qurulduğunu bildirmişdir.
Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.
Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.
Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.
Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.
Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.
Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunmuşdur. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilmişdir.
Dəfələrlə Azərbaycan nümayəndələrilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşdə Separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdır.
Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.

Zamir Güvəndiyev, 
YAP Şəmkir rayon təşkilatının sədr müavini





Oxşar xəbərlər


Xəbər lenti
Süni intellekt Fəzail Ağamalını belə təsvir etdi - FOTO
2026-02-18
Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır 
2026-02-17
Bu qərar ədalətin təntənəsi, dövlətimizin gücü və milli iradəmizin təzahürüdür - RƏY
2026-02-17
Günay Ağamalı: “Azərbaycan süni intellekt sahəsində öz imkanlarını genişləndirir”
2026-02-17
Münhen Təhlükəsizlik Konfransı yalnız müzakirə platforması deyil, həm də qlobal siyasətin istiqamətlərinin müəyyənləşdirildiyi mühüm beynəlxalq məkandır. 
2026-02-17
Sülhdən tərəfdaşlığa: Bakı-Vaşinqton münasibətlərində yeni era
2026-02-17
Azərbaycanın rəqəmsal gələcəyinə baxış
2026-02-15
Azərbaycanın yeni rəqəmsal arxitekturası
2026-02-15
Enerji Gücü və Qlobal Tərəfdaşlıq: Azərbaycanın Rəqəmsal Sıçrayışı üçün Strateji Baza
2026-02-15
Rəqəmsal Azərbaycan: Prezident İlham Əliyevin Strateji Baxışı və Gələcəyin Yol Xəritəsi
2026-02-15
Strateji tərəfdaşlıqda yeni mərhələ: ABŞ–Azərbaycan münasibətlərində tarixi dönüş
2026-02-12
Strateji Xartiya və Yeni geosiyasi reallıq
2026-02-12
Regionda sabitlik və iqtisadi inkişafın yeni perspektivləri
2026-02-12
Azərbaycan artıq təkcə regionun deyil, regionlararası siyasətin də hesablaşdığı aktora çevrilir.
2026-02-08
“Bloomberg”: Rusiya əmək bazarındakı böhran səbəbindən Hindistan və Şri-Lankaya müraciət edib
2026-02-07
Əfqanıstanda yol qəzası nəticəsində 12 nəfər ölüb
2026-02-07
Mənim ölçüm çox böyükdür, sizə olmaz, verin paltarlarımı – Müğənnidən Gömrüyə sərt sözlər
2026-02-07
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim etdi – FOTOLAR
2026-02-07
Aşınmış dəyərlər yoxsa “AZAD” gənclik...
2026-02-07
Kriminal xəbərlər zorakılığı normallaşdırır - ETİRAZ
2026-02-07
Hadisə Bakıda liseydə şagird müəllimi güllələdi .
2026-02-07
Müəllimi güllələdi Məktəbdə baş verən faciə: günahkar kimdir? 
2026-02-07
Qalib Dövlətin Sülh Missiyası: Prezident
2026-02-06
Sülh siyasətinə beynəlxalq ehtiram.
2026-02-06
Deputat Günay Ağamalı Pakistana başsağlığı verib.
2026-02-06
Prezident İlham Əliyevin sülhə əsaslanan siyasəti və beynəlxalq nüfuzunun növbəti təsdiqi
2026-02-06
Sülhün yaradılması: müdriklik və cəsarətin nəticəsi
2026-02-06
İlham Əliyev və “Zayed İnsan Qardaşlığı” Mükafatı: Sülhün qlobal simvolu
2026-02-06
Regional və qlobal sülhə, təhlükəsizliyə töhfə verən Lider
2026-02-06
Milli Məclisin deputatı Günay Ağamalı Neftçala rayonunun Aşağı Surra kəndində seçicilərlə görüşü keçirildi.
2026-02-06