Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışır

2024-09-11 10:52:14 234 baxış
Xəbər şəkil

 

Hazırda planetimiz elə bir yeni eranın başlanğıcındadır ki, bəşəriyyəti idarə edən iqtisadi prinsiplərdir. Daha konkret desək, ölkələrin böyüklüyü və ya kiçikliyi sərhədlənmiş coğrafi ərazilərlə deyil, iqtisadi nüfuz dairələri ilə müəyyən olunur. Gərgin mübarizələrlə yaradılan vahid iqtisadi məkandakı payı ilə ölçülür. Bu baxımdan yanaşdıqda ötən əsrin sonlarında müharibələrin və toqquşmaların səngimədiyi bir regionda beynəlxalq iqtisadi maraqların intensivliyini artırmaqla yanaşı, supergüclərin, böyük dövlətlərin kor-koranə dini təəssübkeşlik hisslərini iqtisadi maraqlarla kompensasiya etmək, onları iqtisadi dividendlər müstəvisinə dəvət etmək ulu öndər Heydər Əliyevin böyük siyasətdə ən mühüm uğurlarından idi.
Beynəlxalq siyasət müstəvisində atılan bu addımlar həmin dövrdə ölkəmiz üçün yaradılmış ən böyük problemin həllinə, həm də Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və bütün dövrlər üçün dönməzliyinin təmininə yönəldilmişdir. Ümummilli Lider bu barədə öz fikirlərini belə ifadə etmişdi: "Biz istəyirik ki, həqiqətən Avropada təhlükəsizlik, sülh, əmin-amanlıq olsun, eyni zamanda öz problemimizin həllini, yəni Qafqazda əmin-amanlıq, sülh olmasını istəyirik". 
Bəşəriyyət tarixinə diqqət edəndə görünür ki, iqtisadiyyat da, mədəniyyət də, dövlətlər və ölkələrarası digər əlaqələr də arxa planda qalır, ən çox nəzərəçarpan müharibələr olur. Azərbaycan da 30 illik müstəqillik tarixində əks-hücumla başlayan, Zəfərlə tamamlanan Vətən müharibəsi dövrünü yaşadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsi Zəfərlə başa çatandan dərhal sonra işğaldan azad olunmuş ərazilərimizdə geniş yenidənqurma və irimiqyaslı quruculuq işləri başlandı. Müharibənin ilk günündən "Azərbaycan yalnız deyil, biz onun yanındayıq", - deyən qardaş Türkiyənin, həmçinin Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, İtaliyanın, İsrailin və digər dost və tərəfdaş ölkələrin şirkətləri layihələndirmə və quruculuq işlərində yaxından iştirak edirlər. Bu, həm dost, qardaş köməyi, həm də qarşılıqlı mübadilədir. Çünki ayrıca götürülmüş bir ölkə yalnız öz çərçivəsində iqtisadiyyatını yüksək səviyyədə inkişaf etdirə bilməz. Bu barədə ümummilli lider Heydər Əliyevin fikirləri daha dəqiq və konkretdir: "Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və ümumiyyətlə, dünyada daha da yüksəlmək üçün bu, yeganə bir yoldur".
Ulu Öndərin tövsiyələrinə uyğun olaraq həmin ənənələr bu gün də yaşadılır. Hazırda Azərbaycan Avropa-Qafqaz-Asiya və ya Avropa-Asiya dəhlizinin yenilənməsi, inkişafı və təkmilləşdirilməsi üçün xüsusi aktivlik göstərməklə həlledici aktora çevrilib. Çin-Mərkəzi Asiya-Azərbaycan-Türkiyə-Avropa xətti hazırda bütün daşımalar üçün ən əlverişli, perspektivli marşrutdur. Bu marşrutla (dəmiryolu da daxil) nəinki neft-qaz, alternativ enerji - "yaşıl enerji" Avropa və dünya bazarlarına çatdırılacaq, həm də digər xammal və yüngül sənaye məhsulları ixrac ediləcək. Ölkəmiz Şərq-Qərb nəqliyyat xəttində zəruri məntəqə olmaqla layihənin həyata keçirilməsində siyasi-iqtisadi mövqedən aparıcı rol oynayır. Mütəxəssislərin hesablamalarına görə, həmin marşrut üzrə yükdaşımaların sürəti 2 dəfə artmaqla 30 faiz ucuz başa gəlir. 
Dünyaya nümunə olan Azərbaycan qazandığı yüksək nüfuz sayəsində neft-qaz, bərpaolunan enerji - "yaşıl enerji", bir sözlə, iqtisadiyyatın müxtəlif sahələrində, yeni texnologiyaların tətbiqi ilə çoxşaxəli əməkdaşlıq əlaqələrini daha da genişləndirmək əzmindədir. Hazırda Azərbaycan Mərkəzi Asiya, Yaxın Şərq, Avropa və dünya ölkələri ilə münasibətlərinin yeni inkişaf mərhələsini yaşayır. Ölkəmiz müttəfiqlik, strateji tərəfdaşlıq, bərabərhüquqlu və etibarlı əlaqələrə əsaslanan münasibətləri bundan sonra da uğurla inkişaf etdirəcək.
Ulu öndər Heydər Əliyevin böyük siyasətdə ən əsas uğurlarından biri regionun coğrafi-siyasi xəritəsində iqtisadi meyillərin intensivliyini artırmaqla supergücləri zahiri ermənipərəstlikdən uzaqlaşdıraraq iqtisadi maraqlar müstəvisinə cəlb etməsi idi. "Əsrin müqaviləsi", BİY-in bərpası, BTC layihəsi, "Qafqazda təhlükəsizlik paktı" ideyası, digər çoxsaylı beynəlxalq neft-qaz müqavilələri vahid strateji siyasətin detalları olsa da, həmin böyük mərama xidmət etmişdir.
Bu gün Azərbaycan Prezidentinin böyük siyasətdə və uğurlu enerji strategiyasında ən əsas məqsədlərindən biri iqtisadi müstəvidə fokuslanmış maraqların əvəzləyici vektorunu Cənubi Qafqazda böyük sülhün reallaşmasına yönləndirməkdir, yəni 30 illik münaqişənin Azərbaycanın təşəbbüsü ilə sülh sazişinin imzalanması ilə yekunlaşmasıdır. Bu, həm də tarixdə iki ölkənin birlikdə özlərinin sülhə nail olması nümunəsi kimi qalar. Cənab Prezidentin dediyi kimi - "Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik... Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaqdır". 

 

Bayram Rəhimov, 
Salyan rayon Təzəkənd kənd ümumi orta məktəbin müəllimi, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19