image image

Ana  Vətən Partiyası Bəyanat yaydı

image


 
44 günlük Vətən müharibəsilə suverenliyini və ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı yeni inkişaf mərhələsində ciddi addımlarını atmaqda davam edir. Əldə olunmuş Qələbədən sonra regionda formalaşmış yeni reallıq ölkədə davamlı şəkildə aparılan sistemli islahatların daha da dərinləşdirilməsinə geniş imkanlar açmışdır. Dünyada cərəyan edən mürəkkəb proseslərdən qaynaqlanan ən müxtəlif təhdidlərə qarşı mübarizə ölkənin müqavimət potensialının artırılmasını tələb etdiyi üçün yeni və effektiv siyasi konfiqurasiyanın formalaşdırılmasını zərurətə çevirmişdir. Bu baxımdan ölkədə keçirilən parlament seçkiləri müstəsna əhəmiyyətə malikdir.
 
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun  (DTİHB) təşəbbüsü ilə 12 avqust 2024-cü ildə Ana Vətən Partiyasının ofisində Seçki Müşahidə Missiyası rəhbərinin müavini xanım Elissavet Karagiannidan və ATƏT DTİHB Seçki Müşahidə Missiyasının siyasət üzrə analitiki xanım Hoemi Arçidiakono ilə görüşün keçirilməsi qarşılıqlı etimadın yaranmasına öz töhfəsini verdi.
 
Qeyd edək ki, ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının əməkdaşları 14 avqust 2024-cü ildə AVP-nin 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki dairəsindən deputatlığa namizəd Günay Ağamalının Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərlə görüşünü müşahidə etmişdir.
 
Demokratik dəyərləri yüksək qiymətləndirən AVP siyasi münasibətlərdə sağlam dialoq mühitinin davamlı olmasına xidmət edən ən müxtəlif təşəbbüslərlə çıxış etmişdir. VII çağırış Milli Məclisin fəaliyyətində də sağlam siyasi dialoq və peşəkar əməkdaşlıq prinsiplərinin qorunmasını siyasi prioritet kimi qiymətləndirən AVP siyasi münasibətlərin bütün subyektlərini Milli Məclislə açıq və sağlam əməkdaşlığa dəvət edir.
 
Növbədənkənar parlament seçkilərində 7 namizədlə iştirak edən Ana Vətən Partiyasının (AVP) 50 dairə üzrə 4080 nəfər müşahidəçi seçki prosesini izləmişdir. Aşkarlıq, açıq rəqabət və demokratik şəraitdə keçən seçkilərdə ilkin hesablamalara görə AVP sədrinin müavini Günay Ağamalı seçici səslərinin əksəriyyətini qazanmış və VII çağırış Milli Məclisin deputatı seçilmək şansını əldə etmişdir. 
 
Azərbaycanda təşviq olunan siyasi dialoq mühitinin prinsiplərinə uyğun olaraq parlament partiyası kimi AVP ənənəsinə sadiq qalaraq növbəti beş ildə də ölkənin qanunvericilik bazasının təkmilləşdirilməsi prosesinə öz töhfəsini verəcək və müxtəlif sahələr üzrə peşəkar subyektlərlə əməkdaşlığını davam etdirəcəkdir.
Ana Vətən Partiyasından olan müşahidəçilərin verdiyi məlumatlara görə bəzi seçki məntəqələrində pozucu qüvvələrin təxribat törətmək cəhdləri iflasa uğramış və növbədənkənar parlament seçkiləri uğurla başa çatmışdır. 
 
 Müasir inkişaf mərhələsinin, siyasi həmrəyliyin və yeni siyasi konfiqurasiyanın təcəssümü olacaq VII çağırış Milli Məclisə keçirilən seçkilər ölkənin demokratik təcrübəsini daha da zənginləşdirdi və ölkədə yaşanan xalq-dövlət birliyini bir daha nümayiş etdirdi.
 
Ana Vətən Partiyasının
Seçki Qərargahı





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...